Heydər Əliyev Fondu tərəfindən şamaxılılara daha bir hədiyyə
19.11.2010 [09:40]
AzərTAc xəbər verir ki, bu sözlər Heydər Əliyev Fondunun Şamaxıda keçirilən “Təmiz şəhər, rahat nəqliyyat” layihəsinə verdiyi növbəti dəstəklə əlaqədər təşkil olunmuş təqdimat mərasimində səsləndirilib.
Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Nazim İsmayılov bildirib ki, son illərdə rayonda təkcə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 780 şagird yerlik 5 yeni məktəb binası tikilib istifadəyə verilib, 480 yerlik texniki, humanitar, təbiət fənləri üzrə liseyin, 200 şagird yerlik Qaleybuğurd kənd orta məktəbinin binaları əsaslı təmir edilib. Keçən il Fondun təşəbbüsü və dəstəyi ilə Şahmat məktəbi yüksək səviyyədə əsaslı təmir edilərək müasir inventar və avadanlıqla təchiz olunub. Hazırda Heydər Əliyev Fondunun təşəbbüsü ilə qədim Şamaxı məscidi əsaslı təmir və bərpa edilərək yenidən qurulur, habelə Uşaq İncəsənət Məktəbi üçün yeni bina tikilir. ötən il Fondun vəsaiti ilə gənc məcburi köçkün ailələri üçün 16 mənzilli yeni yaşayış binası da tiklib istifadəyə verilib.
Keçən ilin dekabrında ictimai nəqliyyatın yaxşılaşdırılması məqsədi ilə Fond tərəfindən rayona xaricdə istehsal edilmiş 4 avtobus hədiyyə olunmuşdu. Müqəddəs Qurban bayramı ərəfəsində isə Heydər Əliyev Fondu rayonda keçirilən “Təmiz şəhər, rahat nəqliyyat” layihəsinə dəstək olaraq müasir tipli 2 avtobus, məişət tullantıları daşıyan 3 avtomobil bağışlayıb. Avtobuslar əhalinin Sabir qəsəbəsinə, yeni istifadəyə verilmiş Diaqnostika Mərkəzinə, avtovağzala, “Az Samand” zavoduna və digər yerlərə asan və rahat gediş-gəlişinə imkan yaradacaq.
Tədbirdə çıxış edən digər natiqlər bütün bunlara görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahələrdə qazanılan böyük uğurlardan iftixar duyduqlarını bildirib, Azərbaycanın bütün sahələrdə daha da inkişafı və çiçəklənməsi naminə şamaxılıların bundan sonra dövlətimizin başçısının ətrafında sıx birləşərək var qüvvə ilə çalışacaqlarını söyləyiblər.
Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev çıxış edərək Fondun prezidenti Mehriban xanım Əliyevanın şamaxılılara salamını və bayram təbriklərini çatdırıb.
Sonda Heydər Əliyev Fondu tərəfindən göndərilən avtomaşınların açarları sürücülərə təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

