Bloklara qarşı alternativlər...
28.05.2022 [10:00]
Yeni dünya nizamında fərqli hədəflər
Pərviz SADAYOĞLU
Beynəlxalq status pərdəsi altında bəzi ölkələrə qarşı tətbiq edilən ikili standartlar yeni parçalanmaların əsasını qoymaqdadır. Ortaya çıxan fikir ayrılıqları, fundamental dəyərlərə deyil, korporativ maraqlara uyğun davranışlar “tövsiyə” adı altında nəzarət və idarəçilik funksiyası həyata keçirən təşkilatlara qarşı təbii olaraq inamsızlıq yaradıb. Hətta iş o yerə çatıb ki, yeni ittifaq və bloklara ehtiyacın duyulduğunu nə qədər təəccüblü görünsə də, Qərbin özü tələb edir. Bu isə yeni dünya nizamında münasibətlərə yenidən baxılmasını şərtləndirir.
II Dünya ?üharibəsindən sonra yaranan yeni dünya düzənində birliklər və ittifaqlar ölkələrin ideoloji, hərbi, iqtisadi bloklarda birləşməsinə yol açdı. BMT-nin yaradılmasının ardından başlanan soyuq müharibə əsasən iki qütb - kapitalist Qərb bloku və sosialist SSRİ arasındakı ideoloji ziddiyyətlərin ortaya çıxardığı təzahürlər idi. Hərbi, iqtisadi, siyasi formatlarda ortaya çıxmış bu bloklar dünya dövlətlərinin həmin nizamda tərəf kimi qarşı səngərlərdə yerləşməsini təmin edirdi. SSRİ-nin dağılmasının ardından isə sosialist blokunun ittifaq və birlikləri təbii halda sıradan çıxdı. Sosializmin ən azından Şərqi Avropada hakim ideoloji xətt kimi məğlubiyyəti köhnə qitə üçün vahid istiqaməti müəyyənləşdirdi. Bu mənada, yeni dövrdə formalaşan yeni birliklər eyni hədəflərə diqqət kəsilmişdi. Belə ki, yaranan yeni təşkilatlar və bloklar yeni nizamda dünya siyasətinə təsir və təzyiq mexanizmlərini əllərində toplamaq uğrunda mübarizə aparırdılar. Ölkələrdə baş verən siyasi proseslərin istiqamətini və xarakterini, hərbi qarşıdurmaların həlli yollarını, hətta iqtisadi inkişaf planlarının yol strategiyalarını belə nəzarət altında saxlamağa çalışan yeni bloklar vahidqütblü idarəçilik üslubuna üstünlük verdilər. Ta ki...
XXI əsrin birinci onilliyinin sonunda 30 ilə yaxın davam etmiş bu strateji birləşmə xətti təbii şəkildə çat verməyə başladı. Beynəlxalq status pərdəsi altında bəzi ölkələrə qarşı tətbiq edilən ikili standartlar yeni parçalanmaların əsasını qoymaqdadır. Ortaya çıxan fikir ayrılıqları, fundamental dəyərlərə deyil, korporativ maraqlara uyğun davranışlar “tövsiyə” adı altında nəzarət və idarəçilik funksiyası həyata keçirən təşkilatlara qarşı təbii olaraq inamsızlıq yaradıb. Hətta iş o yerə çatıb ki, yeni ittifaq və bloklara ehtiyacın duyulduğunu nə qədər təəccüblü görünsə də, Qərbin özü tələb edir. Bu isə yeni dünya nizamında münasibətlərə yenidən baxılmasını şərtləndirir.
Ankara xəbərdarlıq edir
Məsələn, 1949-cu ildən əsası qoyulan və dünyada sülhün qorunmasını, azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin etməyi və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı - NATO-ya qarşı münasibət artıq birmənalı deyil. Son illərdə Şərqə doğru genişlənmə planı vasitəsilə özünün “sərhədlərini” daha da böyütməyə çalışan Alyans ciddi problemlərlə üz-üzədir. Belə demək mümkündürsə, ortaya çıxan bu problemlər yenidən ikili standart məsələsini aktuallaşdırır. Məsələn, İsveçi və Finlandiyanı öz sıralarında görmək istəyən NATO Türkiyənin bu məsələdəki mövqeyini mütləq şəkildə nəzərə almalıdır. Bunun səbəbləri çoxdur:
-Türkiyə Silahlı Qüvvələri, NATO üzvü ölkələr arasında ABŞ Silahlı Qüvvələrindən sonra gələn ən böyük ikinci hərbi gücdür.
- Rəsmi Ankara Almaniya, Belçika, Niderland və İtaliya ilə birlikdə NATO-nun nüvə paylaşma siyasətinin bir hissəsi olan beş ölkədən biridir.
- Ən əsası Türkiyə Yaxın Orta şərqdə NATO-nun nəinki gücü, əslində elə özüdür.
Bu mənada, Türkiyənin İsveçin terrorizmi dəstəkləməsi məsələsi ilə bağlı haqlı iradları mütləq şəkildə nəzərə alınmalıdır. Amma terrorçulara qucaq açmış Finlandiya və İsveçin NATO-ya üzvlüyü məsələsinin gündəmə gəlməsi fonunda rəsmi Ankaranın sərgilədiyi sərt mövqe bir çox dairələr tərəfindən anlayışla qarşılanmır. Bu isə Türkiyənin maraqları naminə hər cür addımlara getməyi vacib sayan siyasi çevrələrin haqlı etirazına səbəb olur. Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı deyib ki, Türkiyənin NATO-dan çıxma ehtimalını mümkün sayır: “Şərtlər yerinə yetirilməsə, hətta NATO-dan çıxmaq da alternativ kimi nəzərdən keçirilməlidir. Biz NATO-dan əvvəl də var idik və NATO olmadan yox olmayacağıq. Əgər Türkiyənin etirazları ciddi qəbul edilmirsə, deməli, onun NATO-dakı mövcudluğu ciddi qəbul edilmir və hörmət edilmir. İsveçi alsınlar, Finlandiyanı alsınlar, Rusiyaya qarşı yeni cəbhə açsınlar. Əgər zərurət yaranarsa, hadisələr başqa seçim qoymazsa, Türkiyə, ?ürk dünyası və İslam ölkələrinin daxil olduğu yeni təhlükəsizlik təşkilatı yaratmaq olar, bəlkə də bu yolla daha yaxşı olar”.
D.Baxçalının fikirləri yalnız bir siyasi partiyanın mövqeyi deyil. Türkiyə Təhlükəsizlik Şurasının mayın 26-da keçirilmiş iclasında müzakirə olunan prioritet məsələlərdən biri məhz ölkənin təmsil olunduğu qurumlardakı münasibətlərin yenidən gözdən keçirilməsi olub. İclasda beynəlxalq ittifaqlarda müttəfiqlik ruhunu və qanununu hər zaman yerinə yetirən Türkiyənin müttəfiqlərindən də eyni məsuliyyəti və səmimiyyəti gözlədiyi vurğulanıb. Terrora dəstək verərək beynəlxalq hüququ pozan ölkələrə bu münasibətə son qoyulması və Türkiyənin təhlükəsizlik həssaslığının nəzərə alınması çağırışı edilib. Bu, artıq rəsmi Ankaranın NATO-ya qeyri-rəsmi xəbərdarlığıdır. Türkiyənin seçəcəyi yol heç də NATO və müttəfiqlərinin ürəyincə olmayacaq. Regionun aparıcı güc mərkəzinə çevrilmiş rəsmi Ankara, hətta öz ətrafında belə yeni hərbi-siyasi ittifaq formalaşdıra bilər. Bu ittifaq isə artıq yalnız Türkiyənin deyil, böyük bir coğrafiyanın “hərbi aktor” rolunu təsdiqləyəcək...
Böyük Britaniyanın “yeni Avropa” xəritəsi...
Rusiya - Ukrayna müharibəsi dünyada yeni siyasi nizam yaratmaqla yanaşı, Avropa məkanı üçün həm xarakterik, həm də ənənəvi olan “köhnə rəqabəti” də xatırlatmış oldu. Tarixin bütün dönəmlərində maraqları üst-üstə düşməyən anqlo-sakson ittifaqı ilə mərkəzçi Avropanın (avrosentristlər) arasındakı ziddiyyətlər yenidən bariz formada özünü göstərməyə başlayıb. 2016-cı ildə böyük səs-küylə Avropa Birliyini tərk edən İngiltərə yaranan fürsətdən maksimum istifadə etmək fikrindədir. Belə ki, Böyük Britaniyanın baş naziri Boris Conson öz suverenliyini qorumaq niyyətində olan və Rusiya Federasiyasını milli təhlükə kimi görən liberal dövlətlərdən Avropa İttifaqına alternativ birlik yaratmaq niyyətindədir. Bu barədə İtaliyanın “Corriere della sera” nəşrinin materialında deyilir. Jurnalistlərin fikrincə, Böyük Britaniyanın baş naziri “bir aydan çoxdur ki, bu toru toxuyur”. Conson Avropa İttifaqına alternativ olacaq yeni siyasi, iqtisadi və hərbi ittifaqlar sistemini təklif edir. Brüsselə etibar etməyən ölkələri və ayrı-ayrılıqda Almaniyanın Rusiya təcavüzü ilə bağlı mövqeyini qəbul etməyənlər bu ittifaqda birləşə biləcəklər. Qəzet yazır ki, Conson ideyasını aprelin 9-da Kiyevdə Zelenskiyə təqdim edib. İngiltərə bu ittifaqa Ukrayna, Polşa, Estoniya, Latviya və Litvanı, bəlkə də sonrakı mərhələdə Türkiyəni də daxil etmək istəyir. Ukrayna hakimiyyəti də öz növbəsində Londonun təşəbbüsü ilə bağlı hələlik konkret mövqe nümayiş etdirməyib. Lakin onlar bundan imtina da etməyiblər. İyunun 23-də Ukraynanın Aİ-yə namizədliyinin taleyinin həll olunacağı Avropa sammiti bu yolda həlledici an ola bilər. Aİ Kiyevi öz sıralarına daxil etməsə, Ukrayna prezidenti Consonun alternativ birlik təklifini ciddi qəbul edə bilər.
Bu, artıq ciddi bir siqnaldır. Dünya siyasətinin aparıcı simalarından olan “Dumanlı Albion”un belə bir fikrə düşməsi onu göstərir ki, Aİ ən azından onlar üçün öz aktuallığını itirir. Bu halda formalaşacaq yeni birlik öz sələfindən bir çox parametrlərinə görə fərqlənməlidir və fərqlənəcək. Bu isə hər bir halda yeni bloklanmanı zəruri edir. İngiltərə və müttəfiqlərinin “yeni Avropa” xəritəsi isə mühafizəkar mərkəzçilərin maraqlarını tamamilə alt-üst edə bilər.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

