Çin müharibəyə hazırlaşır?
28.05.2022 [09:31]
Pekinin Tayvan sərhədindəki hərbi təlimləri cavab xarakteri daşıyır
Pərviz SADAYOĞLU
ABŞ prezidentinin bir neçə gün öncə Uzaq Şərqə reallaşan səfəri bir sıra məsələləri yenidən aktuallaşdırıb. Yaponiyanın paytaxtında keçirdiyi mətbuat konfransı zamanı Ağ Evin sahibi dünyanın ən böyük dövlətlərindən sayılan və ABŞ-ın açıq rəqibi olan Çin ilə bağlı mühüm mesajlar səsləndirib. O bildirib ki, ehtiyac yaranarsa, Birləşmiş Ştatlar Tayvanı hərbi yolla müdafiə etməyə hazırdır. Cozef Bayden bunu, üzərlərinə götürdükləri öhdəlik adlandırıb. Bayden ABŞ-ın tək Çin siyasəti ilə razılaşdığını xatırladıb, lakin adanın statusunun güc yolu ilə dəyişdirilməsi ideyasının tamamilə yersiz olduğunu vurğulayıb: “Bu, Ukraynada baş verənlərə bənzər növbəti addım olacaq”.
Ümumiyyətlə, son dövrlərdə baş verən proseslər dünyanın diqqətini yenidən Uzaq Şərqə yönləndirib. Yaponiyada keçirilən görüşlər, AUKUS-un gücləndirilməsi ilə bağlı atılan addımlar, Hindistanın aktiv şəkildə prosesə cəlb olunması regionda yeni qarşıdurmaların anonsunu verir. Bununla belə, Çin və müttəfiqləri də “boş” dayanmır. May ayının əvvəlindən Çin ordusu Tayvan adasının şərqində və cənub-qərbində dənizdə və hava məkanında davamlı təlimlər keçirir. Təlimlərin keçirilməsində məqsəd silahlı qüvvələrin müxtəlif bölmələrinin birgə əməliyyatlarda döyüş qabiliyyətinin artırılmasıdır. Bundan başqa, son dövrlərdə Tayvanla sərhəd ərazilərinə əlavə hərbi qüvvələrin yığılması yaxın zamanda müəyyən proseslərin başlama ehtimalından xəbər verir.
Məsələ ilə bağl fikirlərini bölşən politoloq İlyas Hüseynov bildirib ki, Co Baydenin ABŞ prezidenti seçilməsinin ardından dünyada dondurulmuş münaqişələr, kənara atılmış problemlər qabarmağa başladı. Uzaq Şərqdə də uzun zamandır bir sıra proseslər gedir. Baydenin Yaponiya və Cənubi Koreya səfəri çərçivəsində də bəzi “mesajlar” özünü nümayiş etdirmiş oldu: “Məsələn, Çin ilə Tayvan arasında baş verən ziddiyyətlər fonunda ABŞ-ın Tayvana dəstək göstərəcəyi ilə bağlı mesajı Çinə qarşı yönəlmiş bir addımdır. KXDR-ın Yapon dənizinə ballistik raketlər atması da müəyyən mövqe nümayişi idi. Hər bir halda, yeni cəbhənin, münaqişə ocağının formalaşması beynəlxalq təhlükəsizlik sisteminə vurulan ən böyük zərbə kimi qiymətləndirilə bilər. Eyni zamanda, ABŞ Çinə qarşı həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsinin tərəfdarıdır. Tramp hakimiyyəti dövründə mübarizə əsasən ticari - iqtisadi müstəvidə inkişaf etdirilirdisə, artıq açıq mübarizənin şahidi oluruq. Şübhəsiz ki, burada Çin Rusiya yaxınlaşması da müəyyən rol oynamaqdadır. Pekinlə Moskva arasında demək olar ki, bütün sahələrdə razılaşmalar əldə olunub. Bu razılaşmalar isə, ilk növbədə, ABŞ-ın maraqlarına uyğun gəlmir”.
İ.Hüseynovun fikrincə, Çinə qarşı hansısa tədbirlərin həyata keçirilməsi ABŞ-ın geostrateji planlarına daxildir. Lakin bu planların hansı istiqmətdə inkişaf etdiriləcəyi hələ tam dəqiqləşməyib. Onun sözlərinə görə, hətta Əfqanıstandan ABŞ-ın kontingentinin müttəfiqləri ilə birlikdə çıxarılması da gələcək dövrə hesablanmış planlar idi. “Burada Çinə qarşı yeni bir cəbhənin açılması real görünə bilər. Hətta “Taliban” rejimindən də Mərkəzi Asiyada və Çinə qarşı istifadə olunması planları mövcuddur. Bu baxımdan, indidən demək olar ki, Tayvanın eskalasiyası yalnız mövcud coğrafiyada getməyəcək, Çinə qarşı yeni cəbhələrin açılması ilə bağlı planlar var. Çin də öz növbəsində sakit dayanmış kimi görünmür. Tayvan adasına yaxın ərazilərdə hərbi təlimlərin keçirilməsi, həmin regionda hərbi gücün daha da möhkəmləndirilməsi Pekinin irəli sürülən təhdidlərə cavabıdır. Qeyd edim ki, son dövrlərdə Çinin Tayvana hücumu ilə bağlı müəyyən xəritələr də ortaya çıxıb. Xatırlasaq, bu cür kəşfiyyat xarakteril xərit?lər Rusiya - Ukrayna müharibəsindən qabaq da yayılmışdı. Çin proseslərin inkişafını diqqətlə izləyir və bütün baş verə biləcəklərə hazır kimi görünür. Hazırlanmış geostrateji planlardan da xəbərdardırlar. Eyni zamanda Hindistandan da Çinə qarşı istifadə olunur ki, bu da Pekin üçün yeni bir şey deyil. İki ölkə arasındakı sərhəddə müəyyən fasilələrlə artıq bir neçə ildir ki, gərginliklər müşahidə olunur”, - deyən politoloqun fikrincə, Uzaq Şərqdə formalaşan bu münaqişə ocağı hər an alovlana bilər.
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

