Prezident Administrasiyasında Ədalət Partiyasının sədri ilə görüş keçirilib
21.05.2022 [13:06]
Prezident Administrasiyasında siyasi partiya rəhbərləri ilə görüşlər davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən siyasi dialoq prosesi çərçivəsində növbəti görüş Ədalət Partiyasının sədri İlyas İsmayılovla təşkil olunub. Mayın 20-də Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələri şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə keçirilmiş görüşdə sözügedən partiyanın sədr müavini Elxan Şükürlü da iştirak edib.
Görüş zamanı Administrasiyanın rəsmisi Ədalət Vəliyev Prezident İlham Əliyevin ölkədə demokratik münasibətlərin bərqərar olunmasına dair nümayiş etdirdiyi siyasi iradənin nəticəsində qazanılmış nailiyyətlər, həmçinin aktual olan və mühüm əhəmiyyət kəsb edən digər məsələlər haqqında geniş məlumat verib.
İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində regionda yaranmış yeni geosiyasi reallıqlar, aparılan islahatların əhəmiyyəti, ölkəmizin qlobal təşəbbüsləri və Avropanın enerji təhlükəsizliyin təmin olunmasında Azərbaycanın artan rolu, Böyük Qayıdış ilə bağlı icra olunan layihələr, dünyada baş verən müxtəlif hadisələr fonunda ölkəmizdə siyasi sabitliyin qorunmasının strateji əhəmiyyəti və bir sıra digər məsələlərin müzakirəsi çərçivəsində xüsusi olaraq vurğulanıb ki, dövlətin inkişafı üçün strateji əhəmiyyət kəsb edən məsələlərdə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar fəal mövqe tutmalıdırlar.
Siyasi dialoq mühitinin inkişafı nəticəsində siyasi partiyaların fəaliyyəti üçün yaradılan münbit şəraitdən bəhs edən şöbə müdiri bildirib ki, müxalifət partiyalarının Prezident İlham Əliyevin mövcud istiqamətdəki təşəbbüslərini dəstəkləməsi Azərbaycanda dayanıqlı demokratik ənənələrin formalaşdırılması prosesini sürətləndirir. Azərbaycanda bütün demokratik məzmunlu təşəbbüslərə rəğmən sabitliyin pozulmasına xidmət edən təxribatlar təkcə ölkənin inkişafı üçün deyil, ümumiyyətlə, regionun sabit inkişafına təhdid yaradır. Bu səbəbdən radikal müxalifətin təxribatlarının yalnız təəssüf hissi doğurduğu və cəmiyyət tərəfindən bu cür qərəzli yanaşmanın sərt tənqid edilməsinin heç də təsadüfi olmadığı vurğulanıb. Bu mənada siyasi dialoqda fəal iştirak edən və bu təşəbbüsləri dəstəkləyən partiyalar Azərbaycanda siyasi sabitliyin təmin olunması prosesində bilavasitə iştirak etmiş olurlar.
Təşkil olunmuş görüşə və bu cür təşəbbüslərə görə təşəkkürünü bildirən partiya sədri İlyas İsmayılov qeyd edib ki, ölkədə həmrəylik mühitinin qorunması dövlətin və cəmiyyətin strateji prioriteti kimi qəbul olunmalıdır. Bu mənada ölkənin və cəmiyyətin inkişafı naminə atılan bütün addımlarda dövlətin yanında olacağını vurğulayan İlyas İsmayılov deyib ki, rəhbərlik etdiyi siyasi partiya öz fəaliyyətində hər zaman yalnız dövlətin və millətin maraqlarından çıxış edəcək.
Administrasiya rəsmisi Ədalət Vəliyev görüşün sonunda konstruktiv əməkdaşlığın əhəmiyyətini bir daha vurğulayaraq, İlyas İsmayılova və onun sədrlik etdiyi siyasi partiyaya gələcək fəaliyyətində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

