Prezident Administrasiyasında Milli Cəbhə Partiyasının sədri ilə görüş keçirilib
19.05.2022 [14:39]
Ölkəmizdə həyata keçirilən iqtidar-müxalifət dialoqunun davamı olaraq, mayın 19-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev ilə görüş keçirib.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə şöbə müdiri Ədalət Vəliyev ölkəmizdə siyasi plüralizmin, fikir azadlığının təmin olunması, bu məqsədlə ictimai iştirakçılığın genişmiqyaslı tətbiqi və digər önəmli məsələlərlə bağlı görülən qanunvericilik və institusional tədbirlər çərçivəsində çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahüründən söz açıb. Şöbə müdiri bu istiqamətdə son bir neçə ildə yeni partiyalarla birgə Milli Cəbhə Partiyasının da dövlət qeydiyyatından keçməsi və bugünkü legitim fəaliyyəti, Azərbaycan Milli Məclisində təmsilçiliyi haqqında fikirlərini bildirib.
Ədalət Vəliyev müxtəlif siyasi qüvvələrin təmsil olunduğu VI çağırış Milli Məclisin ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü siyasi islahatlar çərçivəsində formalaşdığını, buradakı müxalifət partiyalarının nümayəndələrinin müstəqil Azərbaycanın parlament tarixində ilk dəfə olaraq həm Milli Məclisin rəhbərliyində, həm də komitə və komissiyaların rəhbərliyində təmsil olunduqlarını qeyd edib.
Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev ölkəmizdəki siyasi dialoq təşəbbüslərinin ilkin mərhələsində baş verən Vətən müharibəsi zamanı mütərəqqi qüvvələrin siyasi birliyinin və milli həmrəyliyinin şanlı Zəfərə və dövlətçiliyimizin möhkəmlənməsinə birbaşa xidmət etdiyini vurğulayıb, hazırda aparılan və gələcəkdə aparılacaq iqtidar-müxalifət dialoqunun davam etdirilməsinin zəruriliyini bildirib. Yeni siyasi plüralizm mühitinin daha da inkişafı üçün ölkədəki bütün partiyalarla konstruktiv əməkdaşlığın qurulması, xüsusən partiyaların dövlət qeydiyyatına alınması, qurultayların keçirilməsi, hesabatların Mərkəzi Seçki Komissiyasına vaxtında və müəyyən edilmiş qaydada təqdim olunması, azad və demokratik mühitin formalaşması çərçivəsində kütləvi informasiya vasitələrinə məhdudiyyətsiz çıxış imkanlarının yaradılması, onların ofislə təmin olunması, partiyaların aktivləşməsi ölkədə aparılan siyasi dialoq təşəbbüslərinin ən vacib xarakterik xüsusiyyəti kimi dəyərləndirilib.
Prezident İlham Əliyevin “Dövlət təşəbbüslərinin davamlılığı, çoxpartiyalı sistemin formalaşması, islahatçı kursa sadiqlik, ölkədə siyasi fəaliyyət üçün münbit şəraitin dəstəklənməsi, demokratik ənənələrin inkişafı və s. sadaladığım strateji prioritetlərin icrası prosesində siyasi partiya və vətəndaş cəmiyyəti institutları fəal mövqe tutmalıdır”, - tezisini xatırladan Ədalət Vəliyev bu fikirlərin əslində siyasi partiyalara və vətəndaş cəmiyyəti institutlarına çağırış olduğunu ifadə edib, xüsusən Milli Məclisdə təmsil olunan partiyaların bu çağırışa daha yaxından qoşulmasının əhəmiyyətini bildirib.
Sonda ölkəmizdə dərinləşməkdə olan siyasi dialoq mədəniyyəti prosesi, dövlət siyasətinin müxtəlif istiqamətləri ilə bağlı siyasi partiyaların təklif və təşəbbüsləri, işğaldan azad olunan torpaqlarımızda aparılan quruculuq işlərinin dövlətimizin iqtisadi qüdrətinin göstəricisi olması, bu işdə beynəlxalq qurumların Azərbaycana olan ikili münasibəti və ölkəmizə qarşı hələ də davam edən beynəlxalq ədalətsiz təhdidlərə müxalifət partiyalarının öz etirazlarını bildirməsinin önəmi və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

