“Heydər Əliyev dövlət qadın və gənclər siyasətinin müəllifidir” mövzusunda konfrans keçirilib
04.05.2022 [16:54]
Mayın 4-də Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Heydər Əliyev dövlət qadın və gənclər siyasətinin müəllifidir” mövzusunda konfrans keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.
Bakı Gənclər Mərkəzində keçirilən konfransda ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin moderatoru, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva ulu öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətlərindən danışıb. O Ümummilli liderimizin müəyyənləşdirdiyi dövlət qadın və gənclər siyasətinin əhəmiyyətindən də ətraflı bəhs edib.
Konfransda çıxış edən YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Azərbaycanda dövlət qadın siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Qeyd edib ki, Ulu Öndərin hakimiyyətinin bütün dövrlərində qadınlara göstərilən diqqət və qayğının artdığının şahidi olmuşuq. Onun sözlərinə görə, Ulu Öndərimizin müəyyənləşdirdiyi bu siyasət Prezidentimiz cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlət Komitəsinin sədr müavini vurğulayıb ki, Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan qadınları üçün örnəkdir.
Çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Pərvin Kərimzadə qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri misilsizdir. Onun sözlərinə görə, bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatının elə bir sahəsi yoxdur ki, o sahənin inkişafı Ulu Öndərin adı ilə bağlı olmasın. Deputat dövlət qadın və gənclər siyasətinin uğurlarından bəhs edərək deyib ki, hər iki təbəqənin nümayəndələri müxtəlif sahələrdə böyük nailiyyətlər əldə edirlər. Əlbəttə ki, bu nailiyyətlərin əsasında dövlətimizin diqqət və qayğısı dayanır.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov isə çıxışında deyib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. B.İslamov qeyd edib ki, Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində böyük şücaət göstərərək tarix yazdı.
Konfransda Bakı Gənclər Mərkəzinin direktor müavini Arzu Əzizova çıxış edərək gəncliyin inkişafı ilə bağlı həyata keçirilən proqramların əhəmiyyətindən danışıb. O, eyni zamanda Bakı Gənclər Mərkəzinin bu istiqamətdə reallaşdırdığı layihələr və tədbirlər haqqında da məlumat verib.
Konfransın sonunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Unudulmaz gün” adlı sənədli film nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49

