Vyanada ikinci, sayca üçüncü...
30.04.2022 [10:51]
Növbəti dəfə Ankara ilə İrəvanın təmasları baş tutacaq
Nardar BAYRAMLI
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Serdar Kılıçla Ruben Rubinyan arasında növbəti görüş mayın 3-də keçiriləcək. Sayca üçüncü olan bu görüş də Avstriyanın paytaxtı Vyana şəhərində baş tutacaq. Belə ki, xüsusi nümayəndələrin ilk görüşü bu ilin yanvar ayında Moskvada, ikinci görüşü isə fevralda Vyanada keçirilmişdi.
Daha çox Ermənistana lazımdır
Görüşdən hansı gözləntilər var? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, tərəflərin məqsədi münasibətlərin normallaşdırılmasıdır. Onun sözlərinə görə, bu prosesdə əsas məqamlardan biri Türkiyə və Ermənistan arasında sərhədlərin açılmasıdır: “İki ölkə arasında sərhədlərin açılması daha çox Ermənistana lazımdır. Çünki işğalçı siyasəti nəticəsində özünü regionda təcrid vəziyyətə salan, qonşuları ilə münasibətlərini pozan bu ölkə dərin böhran içərisindədir. Türkiyə Cümhuriyyəti Ermənistanla sərhəddi 1993-cü ildə bu ölkənin Azərbaycana qarşı işğalçı siyasətinə görə bağlayıb. Məhz Azərbaycan torpaqlarının işğalı səbəbinə görə Ermənistan 30 ilə yaxın regionda tam təcrid vəziyyətində yaşayıb. Ermənistanın təkcə Azərbaycana yox, Türkiyəyə qarşı da müxtəlif iddiaları var. Hazırda Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına çox çalışır. Amma onu da bilirlər ki, sərhədlərin açılması üçün əsassız iddialardan geri çəkilməlidirlər”.
İki görüş ilkin şərt olmadan...
“Təsadüfi deyil ki, erməni tərəfi Türkiyə ilə münasibətlərin bərpasının zəruriliyini anlayır. Bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan da Türkiyə ilə münasibətlərin vacibliyi etiraf etmişdi. İndiyə qədər keçirilmiş iki görüş ilkin şərt olmadan baş tutub. Amma təbii ki, müzakirələr zamanı problemli məsələlər xüsusi olaraq diqqətdə saxlanılır. Türkiyənin bu prosesi Azərbaycanla koordinasiyalı formada apardığını nəzərə alsaq, deyə bilərik ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, uydurma “erməni soyqırımı” iddialarına son qoyulmalı və Zəngəzur dəhlizinin açılmasına əngəl törədilməməlidir”.
Yeganə çıxış yolu
Millət vəkilinin fikrincə, 44 günlük Vətən müharibəsindən sonra rəsmi İrəvan başa düşməlidir ki, qonşulara qarşı ərazi iddiaları ilə çıxış etmək bu ölkəyə yalnız fəlakət gətirə bilər: “Ona görə də Ermənistanın iflasdan yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir. Bu ölkənin isə Türkiyəyə qarşı irəli sürə biləcəyi heç bir şərt yoxdur. Çünki Türkiyə kimi böyük bir dövlətə Ermənistan kimi kiçik və zəif bir ölkənin hansısa şərtlər irəli sürməsi reallıqlarla uzlaşmır. Mart ayında Antalya Diplomatiya Forumunda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iştirak etməsi və forum çərçivəsində iki ölkənin xarici işlər nazirlərinin görüşünün keçirilməsi deməyə əsas verir ki, erməni tərəfi artıq reallıqları anlayır. Ümumiyyətlə, Türkiyə xoşməramlı jestlərini qarşı tərəfə göstərir. Əgər Ermənistan düzgün yanaşma sərgiləsə, Azərbaycana və Türkiyəyə qarşı iddialarından əl çəksə, prosesdə müsbət nəticələr əldə ediləcək. Şübhəsiz ki, xüsusi nümayəndələrin ilk görüşündə bu məsələlər diqqət mərkəzində olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45

