Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Finlandiya vətəndaşlıq testi tətbiq edir

Finlandiya vətəndaşlıq testi tətbiq edir

09.10.2026 [17:52]

2027-ci ilin martından etibarən Finlandiya 18 yaşdan 64 yaşa qədər olan əcnəbi ərizəçilər üçün vətəndaşlıq testi tətbiq edəcək. Yeni tələb vətəndaşlıq qanunvericiliyində aparılan islahatların bir hissəsi olacaq.

AZƏRTAC YLE-yə istinadla xəbər verir ki, bu barədə Finlandiya İmmiqrasiya Xidmətinin mətbuat açıqlamasında bildirilib.

Ərizəçilər xüsusi test zamanı bu ölkə haqqında biliklərini sübut edə biləcəklər. Alternativ olaraq, onlar Finlandiya və ya İsveçin orta məktəb diplomu və ya yerli universitetinin diplomunu təqdim edə bilərlər.

Testləri Finlandiya İmmiqrasiya Xidməti təşkil və idarə edəcək.

Agentliyin baş direktoru İlkka Haahtelanın sözlərinə görə, vətəndaşlıq tələbləri 2026-cı il ərzində artıq bir neçə dəfə sərtləşdirilib. Testin tətbiqi islahatın son mərhələsi olacaq. Əvvəlki dəyişikliklər, xüsusən də ölkədə yaşama müddəti və ərizəçilərin gəlir səviyyəsi ilə bağlı tələblərə aid olub. Finlandiya vətəndaşlığını almaq üçün ölkədə minimum səkkiz il və ya fin, İsveç dillərini bildiyinizi sübut edən sertifikatınız varsa, beş il yaşamalısınız. Digər tələblərə son iki il ərzində sabit gəlirinizin sübutu, məhkumluğun və ödənilməmiş borcların olmaması daxildir.

Paylaş:
Baxılıb: 76 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Sosial

MEDİA

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31