Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gələn ay Zəfər və Dövlət bayrağı günləri ilə əlaqədar 4 gün iş olmayacaq

Gələn ay Zəfər və Dövlət bayrağı günləri ilə əlaqədar 4 gün iş olmayacaq

09.10.2026 [11:47]

Gələn ay 8 noyabr Zəfər Günü və 9 noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günü ilə əlaqədar 4 gün iş olmayacaq.

APA-nın xəbərinə görə, bu il 8 noyabr Zəfər Günü bazar gününə təsadüf edir.

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Bununla əlaqədar istirahət günü bilavasitə bayram günündən sonrakı iş günü olan 10 noyabra keçiriləcək.

Beləliklə, 7 noyabr şənbə günü olduğundan 4 gün ardıcıl – 7, 8, 9 və 10 noyabrda iş olmayacaq.

Xatırladaq ki, 12 noyabr Konstitusiya günü və 17 noyabr Milli Dirçəliş günü iş günü hesab edilən bayram günləridir.

Paylaş:
Baxılıb: 90 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Sosial

MEDİA

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31