“Xüsusi nümayəndələr” xüsusi statusa malik deyillər
23.04.2022 [10:24]
Azərbaycan istədiyi an Türkiyəni də prosesə qoşa bilər
Pərviz İSMAYILOV
Uzun illər Ermənistan - Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesində “vasitəçi” qismində çıxış edən Minsk Qrupunun dağılmasının ardından yeni bir “format” meydana çıxmaqdadır. Daha doğrusu, həmsədr ölkələr öz nümayəndələrinə “xüsusi nümayəndə” statusu verməklə yenidən prosesdə iştirak etmək arzularını nümayiş etdirirlər. Məsələn, ləğv olunmuş qrupun rusiyalı həmsədri İqor Xovayev artıq Rusiyanın xarici işlər nazirinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi, onun fransalı həmkarı Bris Rokfeyl isə Fransa XİN-in Şərq tərəfdaşlığı üzrə xüsusi nümayəndəsi kimi təqdim olunur. Amerikalı həmsədr Endryu Şoferin regiona səfəri isə ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşaviri qismində reallaşdı. Bu isə onu deməyə əsas verir ki, Ukrayna böhranı səbəbilə bir masa arxasında oturmaqdan imtina edən keçmiş həmsədrlər xüsusi nümayəndə statusu ilə prosesdə yenidən “iştirak etmək niyyətindədir”. Bəs bunun hüquqi əsası varmı? Nəzərə alsaq ki, bu dövlətlər illərlə işğalçı Ermənistanın maraqlarını daha çox qoruyublar, Azərbaycan qardaş Türkiyənin də prosesdə eyni statusla iştirakını təmin edə bilərmi?
Bununla bağlı qəzetimizə fikirlərini bölüşən politoloq Yeganə Hacıyeva bildirib ki, Minsk qrupu 30 ilə yaxın faktiki olaraq münaqişəni dondurmaq, status-kvonu saxlamaq üçün çalışıb. Torpaqlarımızın II Qarabağ müharibəsi ilə azad olunması ATƏT-in missiyasını faktiki olaraq sona yetirdi: “Ukrayna müharibəsindən sonra ABŞ-ın Minsk qrupu formatında olsa belə Rusiya ilə birgə fəaliyyətdən imtina etməsinin şahidi olduq. Hazırki xüsusi nümayəndələrə gəldikdə isə, bu fərqli məsələdir. Bu şəxslər sırf öz ölkəsinin xarici siyasəti çərçivəsində fəaliyyət göstərəcəklər. Artıq birgə format yoxdur. Digər tərəfdən, kiminsə xüsusi nümayəndə elan edilməsi ona Azərbaycana və ya Ermənistana təsir etmək kimi hər hansı bir səlahiyyət vermir. Xüsusi nümayəndəlik institutu təktərəfli qaydada qəbul edilir. Bu üç xüsusi nümayəndə heç bir halda Minsk qrupu formatı çərçivəsindəki üçlü format demək deyil. Onların səlahiyyəti fikirlərinin ifadəsi çərçivəsindədir. Fikrimcə, xüsusi nümayəndələrə ehtiyac da yoxdur. Onsuz da həmin ölkələrin xarici işlər nazirləri və ya nümayəndələri bu işi yerinə yetirirlər. Bunun üçün xüsusi bir nümayəndənin təyinatı mənasız görünür”.
Türkiyənin də xüsusi nümayəndə təyin etmək imkanlarına gəldikdə isə, Y.Hacıyeva bildirib ki, Azərbaycanın istəyi olarsa, bu mümkündür. “Bu bizim, eynilə də Türkiyənin haqqıdır. Amma bunun da hansısa bir beynəlxalq sənədlə tənzimlənməsi lazımdır. Daha doğrusu, Azərbaycan həmin ölkələr tərəfindən təyin olunan xüsusi nümayəndəni təsdiqləməli, ona mandat verməlidir. Azərbaycan bu gün üçün bu mandatı heç kimə verməyib. Bu üç ölkənin xüsusi nümayəndə təyin etməsi heç nəyi dəyişdirmir”, - deyə Y.Hacıyeva əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

