Rusiya bəyanatı Minsk qrupunun üstündən xətt çəkdi
16.04.2022 [10:44]
Taleh AĞAVERDİEV
Ermənistanın ümid bəslədiyi ATƏT-in Minsk qrupu faktiki olaraq yox oldu. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın ötən gün brifinq zamanı verdiyi açıqlama bunu əyani şəkildə sübut edir. Belə ki, Zaxarova bəyan edib ki, bu il fevralın 24-də Vaşinqton və Paris ATƏT-in Minsk qrupunun həmsədrlərinin “üçlüyü” çərçivəsində Moskva ilə bütün əlaqələri kəsib.
Bu arada o qeyd edib ki, “Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda fasilələrə yol vermir” və buna görə də Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Xovayev öz işini yeni vəzifədə, yəni Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi kimi davam etdirəcək. Onun diqqət mərkəzində Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması mövzusu olacaq.
Rusiyada çoxdan dərk ediblər ki, Minsk qrupu formatı çərçivəsində danışıqları davam etdirmək ideyasının perspektivi yoxdur. Brüsseldə Azərbaycan və Ermənistanın delimitasiya və sülh müqaviləsi məsələləri üzərində vasitəçilərsiz işləyəcəyi barədə razılıq əldə olunsa da, buna baxmayaraq, indiki şəraitdə də Rusiya iştirak təşəbbüsünü tamamilə əldən buraxmaq istəmir. Ümid etmək qalır ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikdən fərqli olaraq, Xovayev yeni vəzifəsində tərəflər arasında danışıqlarda müsbət nəticələr əldə etmək üçün real səylər göstərəcək.
Bu bəyanat faktiki olaraq erməni tərəfinin Minsk qrupunun formatını canlandırmaq üçün cəhdlərinin üstündən xətt çəkir. Ermənistan rəhbərliyinin rəsmi Bakının təklif etdiyi prinsipləri qəbul etməsi və sülh müqaviləsi üzrə danışıqlara hazır olması barədə bəyanatlarına baxmayaraq, Brüsseldə əldə olunan razılaşmalardan sonra da ermənilər bu saman çöpündən axıra kimi yapışmağa çalışdılar. Bu günlərdə ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bris Rokfeyin Ermənistan rəsmiləri, o cümlədən baş nazir və xarici işlər naziri ilə bir sıra görüşlər keçirməsi də buna sübutdur. Görüşlərdə Azərbaycanla bağlı şikayətlərdən əlavə, “Qarabağ münaqişəsinin həlli prosesində ATƏT-in Minsk qrupunun rolu” barədə danışılıb, Fransa formatın saxlanmasında maraqlı olduğunu bildirib. Bununla belə, qeyd etmək lazımdır ki, bir sıra açıq mənbələrdə olan məlumata görə, Rokfey Ermənistana ATƏT-in Minsk qrupunun həmsədri kimi deyil, Fransa Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı məsələləri üzrə nümayəndəsi kimi səfər edib. Bu informasiya özlüyündə Minsk qrupunun iflası deməkdir.
Maraqlıdır ki, bu səfər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Fransa və ABŞ-ın həmsədrlər “üçlüyü” çərçivəsində Rusiya ilə Qarabağ məsələsi ilə bağlı əməkdaşlıqdan imtina edərək, faktiki olaraq Minsk qrupunun formatını məhv etdiyi barədə sensasion bəyanatından sonra edilib. Bunun ardınca Amerikanın İrəvandakı səfirliyindən “centlmen” bəyanatı gəldi: ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Moskva ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Xatırladaq ki, bu bəyanat Rusiyanı bir neçə gün ərzində faktiki olaraq dünyadan təcrid edən ölkədən gəlib.
Təəccüblü bir vəziyyət yaranır. Rusiya Azərbaycanın sərhədlərinin toxunulmazlığını tanıyaraq Minsk qrupunun fəaliyyətinin bərpası ideyasını rədd edir. ABŞ və Fransa Ermənistanı Qarabağda separatçılıq istəklərini gücləndirmək üçün hər cür sövq edir. Axı Minsk qrupunun fəaliyyətinin bərpası ideyasını yalnız bu cür izah etmək olar.
Lakin bütün bu cəhdlər boşa çıxacaq. Prezident İlham Əliyevin bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə qeyd etdiyi kimi, Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır. “Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib. Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər”, - deyə dövlət başçısı bildirib.
Ölkəmizin ərazi bütövlüyü bərpa edilib, Bakı ilə İrəvan arasında birbaşa dialoqun həyata keçirilməsi, yekun sülh sazişinin hazırlanması və sərhədlərin delimitasiyası prosesinin həyata keçirilməsinə dair razılıq əldə olunub. Regionda keyfiyyətcə yeni təhlükəsizlik sisteminin yaradılması üçün yeni perspektivlər açan uğurlu Brüssel prosesini nə fransızlar, nə də başqaları poza bilməyəcək, Azərbaycan Prezidenti buna imkan verməyəcək.
Azərbaycanın Minsk qrupunun həmsədrləri ilə müzakirə edəcəyi məsələ artıq qalmayıb. Beləliklə, faktiki olaraq “Dağlıq Qarabağ”la yanaşı “Minsk qrupu” da dəfn olundu və beynəlxalq münasibətlər sistemində “turist diplomatiyasının” banilərinə çevrilənlər işsiz qaldılar.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

