İkitərəfli, yoxsa üçtərəfli komissiya?
12.04.2022 [10:07]
Brüssel sülhü tezləşdirməyə çalışır
P.İSMAYILOV
Aprelin 6-da Brüsseldə baş tutan üçtərəfli görüş Azərbaycan ilə Ermənistan arasındakı problemlərin aradan qaldırılması istiqamətində dönüş nöqtəsi ola bilər. Belə ki, Aİ Şurasının prezidenti Şarl Mişelin sülh prosesinin tezləşdirilməsi və bu istiqamətdə əməli addımların atılması barədə fikirlər səsləndirməsi mühüm nüanslara yol açır. Bu, Avropanın problemin qısa zamanda aradan qalxmasında maraqlı olduğunu göstərir. Yeri gəlmişkən, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar da açıqlamasında Aİ Şurasının prezidenti Şarl Mişelin Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə əldə edilməsi istəyini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri özündə əks etdirən gələcək sülh müqaviləsini hazırlamaq barədə tapşırıq verilməsi qərara alınıb”.
Brüssel görüşündə Azərbaycan ilə Ermənistan arasında yaradılacaq ikitərəfli komissiyaların fəaliyyətinə də toxunulub. Amma deyəsən, bu komissiyaların “ikitərəfli” kimi qeyd edilməsi Rusiyanı “razı salmır”. Rusiya XİN başçısı Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə Rusiyanın prosesdən kənarda saxlanılmasının mümkünsüzlüyündən bəhs açıb. O bildirib ki, ikitərəfli delimitasiya komissiyasının yaradılması prosesində Rusiyanın məşvərətçi qismində iştirakı qüvvədədir. “Bu təkcə ona görə deyil ki, bizim Baş Qərargahda Ermənistan və Azərbaycanın istifadə etməyə hazır olduqları xəritələr var. Əsrlərdir ki, bizlər bu regionda birgə yaşayırıq. Bu baxımdan belə məsələlərin səmərəli həlli üçün üçtərəfli format daha ümidvericidir”, - deyə Lavrov əlavə edib.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, Avropa İttifaqı regionda öz nüfuzunu artırmaq niyyətindədir. Onun fkirincə, Cənubi Qafqaz regionu Avropa üçün mühüm strateji əhəmiyyət kəsb edir: “Hazırda Avropa üçün ən aktual məsələlərdən biri alternativ enerji məsələsidir. Bunun üçün isə həm infrastruktur baxımından, həm də alternativ yol olaraq bizim region olduqca əlverişlidir.
Eyni zamanda həmin bölgədən nəqliyyat infrastrukturu da keçir. Aİ istəyir ki, proses sülh və təhlükəsizlik şəraitində inkişaf etsin. Göstərdikləri səy əsasən bu istiqamətdədir. Bu məsələ Brüsseldə Paşinyana da izah olunub. Ermənistanın son görüşdəki davranışı bunu deməyə əsas verir. Bundan başqa, Aİ Azərbaycana və Ermənistana müəyyən vəsait ayırmaq fikrindədir. Məsələn, Ermənistana 2.6 mld dollar pul ayrıla bilər. Bu puldan səmərəli istifadə olunmalıdır. O cümlədən bu maliyyə konkret nəticələrin əldə olunması üçün istifadə edilməlidir. Regionda qeyri-stabil vəziyyət olarsa, Ermənistanın iqtisadi investisiya mühiti pisləşərsə, həmin pulların nə dərəcədə effektiv xərclənməsi də sual altında qalacaq”.
Rusiyanın komissiyalardakı fəaliyyəti ilə bağlı məsələyə gəldikdə isə, İ.Vəlizadənin fikrincə, Kreml də regionda nüfuzunu qoruyub saxlamağa çalışır. Bunu Rusiyanın davranışları da göstərir. “Rusiyanın sülhməramlıları regionda fəaliyyət göstərir. Eyni zamanda, üçtərəfli bəyanata əsasən Zəngəzur dəhlizinin təhlükəsizliyini də Rusiya hərbçiləri təmin etməlidir. Digər tərəfdən, Ermənistan tez-tez Rusiyaya müraciət edərək onları sərhədlərin delimitasiyası prossesində iştirak etməyə çağırır. Belə olan halda Rusiyanın bu danışıqlarda iştirakı qaçılmazdır. Lavrovun fikirləri onu göstərir ki, Brüsseldəki görüşün Rusiyasız keçirilməsinə baxmayaraq, Moskva hələ də regionun əsas oyunçularındandır. Texniki məsələlərdə olmasa da, Rusiya bu sülh prosesində iştirak edəcək. Əsas şərt Rusiyanın maraqlarınin zərbə altında qalmamasıdır. Rəsmi Moskva bunun üçün çalışır”, - deyə İ.Vəlizadə əlavə edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

