Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Gürcüstan DTX-nın illik hesabatlnda Azərbaycan ilə əməkdaşlıqdan da bəhs olunur

Gürcüstan DTX-nın illik hesabatlnda Azərbaycan ilə əməkdaşlıqdan da bəhs olunur

21.04.2026 [13:21]

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) 2025-ci ildəki fəaliyyətinə dair parlamentə hesabat təqdim edib.

AZƏRTAC xəbər verir ki, 62 səhifəlik hesabatda Azərbaycanın müvafiq qurumları ilə təhlükəsizlik sahəsində əməkdaşlığa dair məlumat xüsusi yer tutur.

Sənəddə qeyd olunur ki, Gürcüstan təhlükəsizlik qurumu beynəlxalq tərəfdaşlarla yanaşı, Azərbaycan və digər region ölkələri ilə informasiya mübadiləsini və koordinasiyanı davam etdirir.

Sənədə əsasən, 2025-ci il ərzində təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivəsində Bakı şəhərində keçirilən Bakı Təhlükəsizlik Forumu mühüm platformalardan biri olub. Forum çərçivəsində bir sıra ölkələrin xüsusi xidmət orqanları arasında görüşlər və təhlükəsizlik müzakirələri aparılıb.

Bakıda keçirilən beynəlxalq tədbirlər və işçi görüşlər regional təhlükəsizlik risklərinin qiymətləndirilməsi, terrorizmə qarşı mübarizə və hibrid təhlükələrə qarşı əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli rol oynayıb.

Eyni zamanda, sənəddə qeyd olunur ki, Gürcüstan və Azərbaycan arasında təhlükəsizlik, sərhəd idarəçiliyi və hüquq-mühafizə sahələrində əməkdaşlıq müxtəlif formatlarda davam etdirilir.

DTX vurğulayır ki, regional əməkdaşlıq, xüsusilə Bakı-Tbilisi xətti üzrə əlaqələndirilmiş fəaliyyət Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir.

Paylaş:
Baxılıb: 61 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30