Köhnə siyasətin “minaları” və yeni reallığın sınaqları - RƏY
21.04.2026 [17:54]
Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan tarixi Qələbəmizdən dərhal sonra ölkənin siyasi ritorikasına daxil olmuş anlayışlardan biri də “yeni reallıq”dır. Bəli, sözügedən ifadə siyasi məfhum olmaqla yanaşı, öz məzmun və tutumuna görə eyni zamanda fəlsəfi-ideoloji anlayışdır. Elə buna görə də qeyd olunan ifadəyə sadəcə, gündəlik siyasi ritorikanın müvəqqəti və populyar atributu kimi yanaşmaq yanlışdır. “Yeni reallıq” mütləq yeni ideologiyanı xarakterizə edən əsas anlayışlardan birinə çevrilməlidir. Odur ki, sözügedən ifadənin adekvat ideoloji məzmunla doldurulması cəmiyyətin, o cümlədən ziyalı və elmi elitanın üzərinə düşür. Əks təqdirdə virtual məkanda nəzarətsiz şəkildə dolaşan peşəkarlıqdan uzaq, populist, məsuliyyətsiz və qərəz dolu şərhlər səbəbindən sözügedən ifadənin əsl dəyəri qısa müddət ərzində “xərclənə” bilər.
Azərbaycan xalqının tarixi Qələbəsinin nəticəsində bütün regionda formalaşmaqda olan “yeni reallıq” ətrafında məsuliyyətsiz sözbazlıq yolverilməzdir. Diqqətdən qaçırmamalıyıq ki, “yeni reallıq” yazılan yeni tarixin başlanğıc nöqtəsidir və bu səbəbdən də xalqımız üçün universal fürsətlər yaradır. Dünya tarixində nadir ölkələrin taleyinə qismət olan bu cür unikal fürsəti dövlət, millət və cəmiyyət olaraq layiqincə dəyərləndirməyi bacarmalıyıq. Bu mənada dövlətin risk etmək “lüksü” yoxdur və müxtəlif təxribatların qarşısının alınması üçün hətta populyar hesab olunmayan belə addımlarının atılması labüddür.
İdeologiya müstəvisində “fikir” və “siyasəti” bir-birindən ayırd etmək mümkün deyil. Fikri olmayan siyasətin ömrü qısa, siyasətsiz olan fikrin də ictimai faydası olmaz. Dünya ölkələrinin siyasi təcrübəsi açıq şəkildə göstərir ki, ideologiya dövlətin dayanıqlı inkişafını təmin edən əsas amildir. Müasir təlatümlü dünyada ideologiya dövlət və cəmiyyətin tükənməz resursu kimi çıxış edə bilir. Əlbəttə ki, qeyd olunanları nəzərə alaraq, bizim də ideologiyamız mütləq olaraq “yeni reallıq” məfhumu ilə zənginləşməlidir.
Təxribat və çaxnaşma məkanı
Milli siyasi fikir və milli ideologiyanın formalaşması prosesini “küçə” və sərhədsiz internetin öhdəsinə buraxmaq təhlükəlidir. Küçədə dayanıqlı və sağlam demokratik ənənələr formalaşa bilməz. “Küçə” tarixən təxribat və çaxnaşma məkanı olub. Heç şübhəsiz ki, ideoloji sabitliyin qorunması məsələsində üstünlük dövlət və dövlətin müvafiq institutlarına məxsusdur, “elm” isə bu institutların ən vacibidir. Müasir dünyanı səciyyələndirən əsas keyfiyyətlərindən biri müşahidə olunan sərt rəqabət mühitidir. Açıq rəqabətdə isə elmi yanaşmalardan imtina əzəldən məğlub mövqe tutmaq deməkdir. Son dövrlərdə trend hesab olunan kreativ yanaşma da, əslində yaxşı kamuflyaj olunmuş elmdir. Nədənsə ictimai münasibətlərin müxtəlif sahələrində “kreativliyə” çağıranlar unudurlar ki, elmsiz olan kreativlik notsuz musiqi kimidir.
Mövcud məsələdə mütləq nəzərə almağımız şərt olan digər önəmli amil ondan ibarətdir ki, müəllifi Azərbaycan xalqı olan “yeni reallıq” bəzi dövlətləri çox narahat edir və bu reallıq onların geosiyasi maraqlarına heç uyğun gəlmir. Bu məqamda Prezident İlham Əliyevin 2024-cü ildə andiçmə mərasimində səsləndirdiyi fikri yada salmalıyıq: “Biz, - İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, - sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik.” İllər keçdikcə və müxtəlif hadisələrə şahidlik etdikcə dövlət başçısının bu fikirlərinin nə dərəcədə doğru olduğunu daha aydın şəkildə anlayırıq.
Köhnə yanaşma və köhnə siyasətin qalıqları
Şahid olduğumuz bəzi proseslərin əsl səbəblərini anlamaq üçün kiçik müqayisə aparaq. Azərbaycan və hətta dünya ictimaiyyəti artıq çox gözəl bilir ki, erməni işğalçı siyasətinin irsi olan minalı ərazilərin bu günə qədər mövcudluğu səbəbindən işğaldan azad olunmuş ərazilərin bərpası, habelə uzun illər ərzində əziyyət çəkən keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması prosesi əsaslı çətinliklər ilə rastlaşır. Təqribən analoji vəziyyət formalaşmaqda olan “yeni reallıq” ilə yaşanır. Azərbaycanın beynəlxalq qüdrətini artıran və xalqı düşündürən məsələlərin sürətli həllinə şərait yaradan “yeni reallığa” aparan yolda dərin basdırılmış müxtəlif “minalar” mövcuddur.
Köhnə yanaşma və köhnə siyasətin qalıqları dərin basdırılmış minalar kimi yeni reallığın surətli inşasını ləngidir. Ehtimal edə bilərik ki, müxtəlif təzyiqlərə rəğmən Prezident İlham Əliyevin öz islahatlar kursuna prinsipial olaraq sadiq qalmasının əsas səbəblərindən biri məhz budur. Mövcud məsələdə dövlət başçısı hər zaman prinsipial mövqe və dönməz siyasi iradəni nümayiş etdirir. Əlbəttə ki, “yeni reallığı” siyasətdə yeni münasibətlər sistemi olmadan təsəvvür etmək mümkünsüzdür.
Təsadüfi deyil ki, son illər ərzində ölkənin siyasi münasibətlər sistemində məzmun etibarı ilə önəmli dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklərin mahiyyətini görmək üçün 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans zamanı Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş fikri yada salaq: “Çünki müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır”.
Siyasi dialoqun potensialı
İşlək demokratiya üçün siyasət və cəmiyyətdə sadəcə müxtəlif yanaşmaların mövcudluğu kifayət etməz. Bunun üçün müxtəlif yanaşmaların effektiv sintezi və bir-birini tamamlanması şəraiti mövcud olmalıdır. Təqribən son 5-6 il ərzində bütün qərəzli tənqidlərə rəğmən aktiv şəkildə təşviq olunan siyasi dialoq mühiti məhz həmin münbit şəraitin yaradılmasına hesablanıb. Bunun nəticəsidir ki, uzun illər antaqonist mahiyyəti ilə səciyyələnən Azərbaycan siyasətində dialoq sayəsində artıq “razılaşma” və “güzəşt” kimi məfhumlar yer tutmağa başladı. Bu cür tendensiyalar isə bilavasitə dayanıqlı demokratik ənənələrin formalaşmasına xidmət edir. Beləliklə, siyasi dialoq mühiti dərin basdırılmış “minaları” zərərləşdirən effektiv mexanizmlərdən biridir. Siyasi dialoqun sözügedən potensialını anlamış təxribatçı qüvvələrin vaxtaşırı təkrarlanan isterikalarına şahidlik etməyimizin əsas səbəbi də elə məhz qeyd etdiyimiz amildir.
Politoloq Asif Usubəliyev
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58

