III Dünya, yoxsa I Avropa müharibəsi?
05.04.2022 [10:22]
Şərqi Avropadakı regional miqyaslı, qlobal xarakterli savaş hansı geosiyasi dəyişikliklərə səbəb olacaq?
Nurlan QƏLƏNDƏRLİ
Dünyanın nəzəri - diqqəti Rusiya-Ukrayna müharibəsindədir. Bəzi siyasi ekspertlər bu savaşı III Dünya müharibəsi adlandırırlar, bir qisim analitik isə “yeni dünya nizamına keçidin başlanğıcı” kimi səciyyələndirir. Bəs reallıq nədir və hərbi toqquşmanı necə adlandırmalı?
- I və II Dünya müharibələrində hərbi-strateji qarşıdurma daha çox bir qitəni - Avropa məkanını əhatə edirdi. Avropa dövlətləri iki (bəzi hallarda daha çox) cəbhəyə bölünmüşdülər. “Üçlər ittifaqı” və “Antanta” bloklarında aparıcı qüvvə Avropa dövlətləri idi, bir-biri ilə ərazi savaşı aparır - bir-birinə qarşı vuruşurdular. Səfərbər edilmiş 70 milyondan artıq hərbçinin 60 milyonu avropalı idi. 70-ə yaxın dövlətin cəlb olunduğu, 6 il 1 gün (1 sentyabr 1939 - 2 sentyabr 1945) davam edən II Dünya müharibəsində də bir-biri ilə toqquşan əsas tərəflər məhz avropalılar idi. Amma proseslərdə fərqli qüvvələr də var idi. Digər oyunçular müxtəlif coğrafi koordinatlara malik olsalar da, “qoca qitə” sakinlərinin həm yanında, həm də qarşısında idilər. Beləliklə, bu, Avropanın müharibəsi deyil, avropalıların bir-birinə qarşı savaşı - Dünya müharibəsi idi;
- Rusiya-Ukrayna müharibəsi isə Qərb ilə Moskva arasında geosiyasi qarşıdurmanın hərbi fazası kimi səciyyələndirilir. Doğrudur, proseslərin Vaşinqtonun “dirijor çubuğunun” ilə idarə edilməsindən bəhs olunsa da, müharibə Şərqi Avropada getsə də... iki ölkənin qarşıdurması deyil, bütün Avropanın təhlükəsizliyi, suverenliyi məsələsi kimi dəyərləndirilir. Ona görə də Qərb ilə Rusiya arasındakı Ukrayna döyüşünü III Dünya yox, I Avropa müharibəsi kimi dəyərləndirmək olar. Başqa sözlə, Rusiyaya qarşı mübarizəyə “Avropanın - avropalıların savaşı” kimi yanaşılır. Çünki Avropa iki Dünya müharibəsində və heç vaxt belə birlik - həmrəylik nümayiş etdirməyib.
Necə adlandırılmasından asılı olmayaraq, bu müharibə regional miqyaslı, qlobal xarakterlidir. İki Dünya müharibəsi beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklərə səbəb olmuşdu. I Avropa müharibəsi də bu baxımdan istisna deyil.
Müharibələrin motivlərində isə heç bir dəyişiklik yoxdur. Forma fərqli olsa da, xarakter, mahiyyət - məzmun eynidir. Nəzər yetirək:
- 38 dövlətin qoşulduğu I Dünya müharibəsində “itirilmiş Elzas və Lotaringiya vilayətlərini geri qaytarmaq”, “Reyn vilayətinin bir hissəsini ələ keçirmək”, “Boğazlarda nəzarəti təmin etmək - hökmranlıq yaratmaq”, “iqtisadi cəhətdən zəiflətmək” kimi məqsədlərdən - strateji planlardan bəhs olunurdu. Bugünkü savaşda da eyni və oxşar hədəflərdən danışılır - adlar, zaman və məkan fərqli olsa da;
- I Dünya müharibəsində ABŞ Antanta tərəfində idi və müharibədən sonra üstünlük qazanan əsas qüvvə oldu. II Dünya müharibəsindən sonra yeni - ikiqütblü sistem yarandı, ABŞ aparıcı qüvvəyə çevrildi. Bu gün də Şərqi Avropa müharibəsində Vaşinqton fəal qüvvədir. Prezident Cozef Bayden Birləşmiş Ştatların mövqeyini açıq-aşkar ifadə edir: “Rusiya zəiflədiləcək, bu ölkənin iqtisadiyyatı ilk 20-liyə daxil ola bilməyəcək”. Bu isə ABŞ-ın mərkəzində dayanacağı yeni beynəlxalq nizamda Rusiyanın zəif halqaya çevrilməsi məqsədindən xəbər verir. Görünən odur ki, budəfəki hədəf də müharibənin nəticəsinin necə olmasından asılı olmayaraq, ABŞ-ın qazanmasıdır;
- “Hitler koalisiyası”na qarşı müttəfiq olan ABŞ və SSRİ II Dünya müharibəsindən sonra 50 ilə qədər davam edən “soyuq müharibə”yə başladı, Vaşinqton və müttəfiqləri qalib tərəf oldu. Beləliklə, Birləşmiş Ştatlar təkqütblü dünya nizamında alternativsiz qüvvəyə - güc mərkəzinə çevrildi. Bu gün isə belə bir iddia - ehtimal irəli sürmək olar ki, ABŞ Şərqi Avropadakı müharibə vasitəsilə müttəfiqi Avropanı və düşməni Rusiyanı zəiflətməyə, Çini isə uzunmüddətli “soyuq müharibə”yə cəlb edərək iqtisadi və siyasi taqətdən salmağa çalışır. Məqsəd eynidir: ABŞ-ı XXII əsrə də alternativsiz güc mərkəzi kimi daşımaq və Çinin də mərkəzində dayanacağı çoxqütblü dünya nizamının yaranmasının qarşısını almaq;
- İki cahan savaşının nəticələrindən bəhs edərkən “faşizm ideologiya kimi silindi və ya ona qarşı ciddi nifrət hissi formalaşdırıldı” deyilir. Görəsən, I Avropa müharibəsindən sonra hansı ideologiya və ya ideya-siyasi xətt qəzəbə, nifrətə tuş gələcək, ondan imtina ediləcək?
- I Dünya müharibəsindən sonra dörd imperiya sıradan çıxdı - siyasi xəritədən silindi. II Cahan savaşının nəticələri də dünyada çox ciddi geosiyasi dəyişiklikləri şərtləndirdi. Avropada və Asiyada bir sıra müstəqil dövlətlər yaradıldı, sərhədlər yenidən cızıldı. Görəsən, Rusiya-Ukrayna müharibəsindən sonrakı dönəm hansı siyasi proseslərə zəmin yaradacaq? Hansısa ölkədə və ya regionda mərkəzdənqaçma ssenariləri işə salınacaq - bölünmə-parçalanma meyilləri olacaqmı?
- II Dünya müharibəsi Millətlər Liqasının daha effektiv hesab olunan təşkilatla - BMT ilə əvəz olunmasını şərtləndirdi. Bəs yeni savaş uzun müddətdir ki, ciddi tənqidlərə məruz qalan Birləşmiş Millətlər Təşkilatında hansısa ciddi islahatların aparılmasına səbəb olacaqmı?
- II Dünya müharibəsi Avropanın aparıcı ölkələrinin beynəlxalq münasibətlər sistemində mövqeyinin zəifləməsini, onların təsir dairəsinin “qoca qitə” ilə məhdudlaşmasını şərtləndirdi. Avropa dövlətləri çıxış yolunu isə ümumi əməkdaşlıq və təhlükəsizlik məkanını qorumaq üçün yeni platforma (mexanizm) yaratmaqda gördülər - Avropa İttifaqı yarandı. Heç şübhəsiz, “qoca qitə” Şərqi Avropadakı müharibədən də müəyyən dərslər çıxarmalıdır və konkret nəticələrə gəlmək - müvafiq qərarlar qəbul etmək məcburiyyətindədir. Hansı addımların atılacağını isə zaman göstərəcək.
Nəhayət, görünən odur ki, iştirakçılar iki dağıdıcı geosiyasi zəlzələdən - Dünya müharibələrindən lazımi dərs çıxarmayıblar. Statistika məlum - mənzərə isə göz önündədir:
- 1772-1913-cü illərdəki müharibələrin hamısının birlikdə vurduğu ziyan 6 milyard dollar (1913-cü ilin qızıl-dollar hesabı ilə) olmuşdusa, I Dünya müharibəsində bu rəqəm 80 milyard dollar idi;
- II Cahan savaşında isə hərbi əməliyyatların əhatə etdiyi ərazi I Dünya müharibəsində olduğundan 5,5 dəfə çox, müharibəyə sərf edilən xərclərin miqdarı 4 trilyon ABŞ dolları idi;
- I Avropa müharibəsinin maddi təfərrüatları hələ məlum olmasa da, hər halda, yekun qiyməti riyaziyyatçılar, hesabdarlar və ya maliyyəçilər deyil, tarix(çilər) və siyasət(çilər) verəcək!
Xəbər lenti
Hamısına baxDünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19

