Separatçılar təşviş içində
02.04.2022 [10:50]
Azərbaycan antiterror əməliyyatı keçirə bilər
Ötən həftə Xankəndidə keçirilmiş etiraz aksiyaları bir sıra həqiqətlərin üzərinə işıq salmağa başladı. İllərdir ki, Ermənistanın və onun yaratdığı qondarma separatçıların terrorçu fəaliyyətindən cana doymuş insanlar artıq öz etiraz səslərini çıxarırlar. Bundan təşvişə düşən qondarma qurumun başçısı Araik Arutyunyan “hərbi vəziyyət” elan edilməsi ilə bağlı 4 bəndlik sənəd imzalayıb.
Hərbi cinayətkar Arutyunyanın bu “qərarı” beynəlxalq hüquqa və Azərbaycan qanunlarına zidd deyilmi? 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata görə, separatçı silahlılar Azərbaycan torpaqlarından çıxarılmalı idi. Bu qeyri-qanuni addım Azərbaycanın öz torpaqlarında yenidən antiterror əməliyyatlarına start verməsi üçün hüquqi əsas yaradırmı? Digər tərəfdən, sülhməramlı kontingentin məsuliyyətində olan ərazilərdə belə bir addımın atılmasını tənzimləyici rolu üzərinə götürmüş Rusiya necə izah edə bilər?
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq Tofiq Zülfüqarovun fikrincə, bu məsələnin kökündə hüquqi əsaslar axtarmaq düzgün deyil. Çünki separatçı qurumun özü ölkə qanunlarına və Azərbaycan Konstitusiyasına ziddir. Onlar, ilk növbədə, buna görə Azərbaycan qanunvericiliyi qarşısında məsuliyyət daşımalıdırlar: “Həmin regionda bir sıra proseslər gedir. Hiss olunur ki, separatçı dəstə və onların başçısı təşvişə düşüb. “Hərbi vəziyyət” elan edilməsi də bu təşvişdən qaynaqlanır”.
T.Zülfüqarov deyib ki, separatçıların arasında bəzi qruplar, hətta başqa bir dövlətə birləşmək üçün cəhdlər belə göstərirlər. Həmin dövlətdəki erməni diasporunun da bu məsələdə dəstəyi var. “Qarabağdakı separatçıları qorxudan odur ki, Azərbaycan öz məqsədlərinə nail olmaq üçün israr edir. Sülhməramlılara və ya Rusiyaya gəldikdə isə, onlar bizə mane olmasa bəsdir”, - deyə T.Zülfüqarov əlavə edib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev də separatçı qüvvələrin “hərbi vəziyyət” “elan etməsini” son vaxtlar həmin regionda yaşayan ermənilər arasındakı narahatlıqlarla bağlı olduğunu deyib. Bu “hərbi vəziyyət”in isə heç bir hüquqi əsası yoxdur: “Qondarma qurum 4 maddəlik bir sənəd qəbul edib. Bu sənəddə birinci maddə kimi mitinqlərin keçirilməməsini, ikinci maddə kimi QHT-lərin iştirakının məhdudlaşdırılmasını, üçüncü maddə kimi hər hansı bir problemlə bağlı narazılıq yarancağı təqdirdə bunun qarşısının dərhal alınmasını, sonuncu maddə kimi isə “xüsusi xidmət orqanları” və “hüquq-mühafizə orqanları”nın ortaya çıxan problemlərin dərhal qarşısını alması əks olunub. Həmin sənəddə bir kəlmə də olsun Azərbaycan tərəfindən hər hansı hərbi yerdəyişmə və ya digər məsələ qabardılmayıb. Deməli, ortadakı əsas məqsədi qondarma separatçı qurumu qorumaqdır”.
A.Nağıyevin fikirincə, son vaxtlarda Araik Arutyunyanın axtarışa verilməsi, onun cinayətləri və Qarabağ klanının süquta uğraması bir sıra məsələlərə yol açıb. Bunlar onu göstərir ki, separatçılar status-kvonu saxlamaq üçün xarici diaspor təşkilatlarından, Ermənistan və digər ölkələrdən dəstək almağa çalışır. “Bu isə alınmır. Orada yaşayan ermənilərin başını qatmaq üçün isə “hərbi vəziyyət” kimi qanunsuz və məntiqsiz addımlar atmağa məcburdurlar. Bununla, həm də özlərini sığortalamağa çalışırlar. Qarabağın Azərbaycan torpağı olduğunu bütün dünya, ermənilər də təsdiqləyir.
Azərbaycan dövləti öz torpaqlarında istənilən addımı atmaq hüququna malikdir. Burada heç bir beynəlxalq norma pozulmur. Bir müddət öncə qazla bağlı problem qabardılmışdısa da, həll olundu. Onların əsas məramı status-kvonu saxlamaq üçün müxtəlif siyasi spekulyasiyalar etməkdir”, - deyən millət vəkilinin fikrincə, ortaya çıxan problemlə bağlı Türkiyə - Rusiya Birgə Monitorinq Mərkəzi məlumatlandırılmalı, oradan isə yüksək siyasi rəhbərliyə məruzə edilməlidir. Bununla bağlı isə müvafiq qərarlar qəbul ediləcək. Sülhməramlıların əsas məqsədi isə iki münaqişə tərəfinin arasında dayanmaqdır: “Çox təəssüf ki, orada separatçı qüvvələr hələ də qalır. Amma 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq onlar Azərbaycan torpaqlarından çıxarılmalı idilər. Düşünürəm ki, sülhməramlılar da, Rusiya da mandatlarına uyğun davranmalıdırlar. Azərbaycan isə öz ərazisində heç bir hüquq pozmadan antiterror əməliyyatı belə keçirə bilər”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17

