Əli Kərimlinin xəyanətkar fəaliyyəti ilə bağlı yeni faktlar
01.10.2010 [11:53]
Bütün dövrlərdə pafos, yalan pərdəsi arxasında gizlənən müxalifət düşərgəsinin əksər nümayəndələri bununla cəmiyyəti aldatmaq, öz korporativ maraqlarının təminatı üçün çalışmaq məqsədi güdürlər. Yalnız gündəmdə qalmaq məqsədi uğruna min bir cildə girən, demək olar ki, hər gün fikrini və istiqamətini dəyişənlərin əlindən isə, elə pafosdan və yalandan başqa bir iş gəlmir.
Amma bu şəxslər cəmiyyəti aldatmağa, özünü “aydan arı, sudan duru” göstərmək üçün min bir vasitəyə əl atmaq istəsə də, addımları hər zaman fiasko ilə qarşı-qarşıya dayanır. Yəni, onların yalanları, xəyanətləri ifşa olunur. Təsadüfi deyil ki, bu xəyanətlər və yalanlar elə onların öz silahdaşları, əqidədaşları tərəfindən ifşa edilir...
Bu mənada AXCP sədri Əli Kərimli ilə bağlı açıqlanan xəbərlər daha qabarıq və rəngarəngdir. Məsələn, AXCP sədri ilə bağlı bir müddət öncə keçmiş silahdaşı, hazırkı KAXCP sədri Mirmahmud Mirəlioğlu maraqlı açıqlamalar vermişdi, onun öz lideri Əbülfəz Elçibəyə xəyanətini açıqlamışdı. M.Mirəlioğlu qeyd etmişdi ki, Ə.Kərimli öz lideri Ə.Elçibəy haqqında böhtan yaymaq üçün xarici fondlardan böyük məbləğdə maddi vəsait alıbmış... Maraqlıdır ki, AXCP sədri səslənən bu fikrin qarşılığını susmaqla vermişdi...
Ə.Kərimli ilə bağlı bir neçə maraqlı məqam isə keçmiş dostu, Rusiyada yaşayan iş adamı Sakit Allahverdiyev tərəfindən səslənmişdi. S.Allahverdiyev 2005-ci ildə “Azadlıq” qəzetinə yardım məqsədi ilə Əli Kərimliyə verdiyi pulun son qəpiyinə qədər AXCP sədri tərəfindən mənimsənildiyini bildirmişdi. Rusiyalı iş adamı həmin pulu Ə.Kərimliyə qəzetin işçiləri və borcları üçün verdiyini söyləmişdi, nəticədə isə pul göndərildiyi ünvana çatmamışdı. Təbii ki, Əli Kərimlinin “səyi nəticəsində”... S.Allahverdiyev bildirmişdi ki, “Azadlıq” qəzeti Əli Kərimli üçün alver mənbəyidir. Açıq korrupsiya faktının mövcud olduğu, heç bir şəffaflığın olmadığı mühitdə isə hansı demokratiyadan danışmaq olar?
Liderinə xəyanətdə suçlanan, qəzetinin büdcəsinə edilən yardımı mənimsəyən partiya sədri haqqında yenidən bir sıra maraqlı məqamlar gündəmə gəlib. Bu dəfə isə onun xəyanətləri ilə bağlı keçmiş lideri Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev danışıb. H.Əliyev Ə.Kərimlinin illərdir ki, öz liderinin adını alver predmetinə çevirdiyini açıqlayıb. Onun sözlərinə görə, sağikən Elçibəyə xəyanət edən hazırkı AXCP sədri, ölümündən sonra da onun adı ilə özünə nüfuz qazanmağa çalışır: “Əli Kərimli 20-30 ildir ki, Elçibəyin adı ilə hərəkət edir. Əgər Ə.Kərimli yenə də seçkilərdə Elçibəyin adı ilə səs qazanmaq istəsə, bu, alınmayacaq. Nə onun, nə də o partiyada olanların Elçibəyə sevgisi yoxdur. Bu insanlar alverçidirlər və bilirlər ki, bu seçkilər onların axırıncı şanslarıdır. Bu şanslarını itirsələr, birdəfəlik siyasi səhnədən gedəcəklər”.
H.Əliyevin sözlərinə görə, Əli Kəriml
inin Elçibəyə xəyanətləri çoxdur, hətta onları saymaq da olar. Bunu sübut etmək üçünsə, H.Əliyevin əlində arxiv sənədləri mövcuddur: “Əli Kərimli Elçibəy yoluna xəyanət etmiş şəxsdir, buna görə də, onun cavabı verilməlidir. Mən Elçibəyin sağlığında və dünyasını dəyişməsindən keçən illər ərzində Ə.Kərimlinin ona olan xəyanətlərini saya bilərəm. Bəyin onlara qoyub getdiyi partiyanı nüfuzdan salıblar. Mən Elçibəyin arxivinin sahibiyəm. Elə məsələlər var ki, üzərimizə çox gəlsələr, aça bilərəm”.
Müxalifətin mövsümi birləşib-ayrılmalarına da münasibət bildirən H.Əliyev qeyd edib ki, onların bir-birilərinə qarşı münasibətləri qeyri-səmimidir. çünki cəmisi bir neçə gün öncə mətbuatda açıq təhqirlərlə bir-birilərinə qarşı səngər seçmiş insanların birləşməsi sadəcə, mümkün deyil: “AXCP-Müsavat birləşməsi nağıldır. Əgər birləşən idilərsə, 5 il əvvəl birləşəydilər. Bir müddət əvvəl bu partiyaların başında dayananlar bir-birilərini söyür, təhqir edirdilər, bu gün isə onlar Elçibəy-Rəsulzadə ideologiyasından danışırlar. Bu birlik bir aylığa hesablanıb və baş tutmayacaq. özləri də bunu bilirlər və xalqa etiraf etməlidirlər ki, bu bir oyundur”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

