Ermənistana növbəti sarsıdıcı zərbə...
24.02.2022 [10:19]
Müttəfiqlik Bəyannaməsinin imzalanması ermənilərdə ciddi təlaş və qəzəb yaradıb
Taleh AĞAVERDİEV
Azərbaycan və Rusiya fevralın 22-də tarixi sənəd - Müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə imzaladılar. Bu, ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə müstəsna töhfədir. Eyni zamanda, Rusiyadakı müxtəlif ermənipərəst qüvvələrə ciddi zərbə oldu. Həmin dairələr uzun müddətdir ki, Bakı ilə Moskvanın arasını vurmaq üçün xüsusi canfəşanlıq edirdilər.
Bu sənədin imzalanması Ermənistanın özündə də, gözlənildiyi kimi, narazılıq və çaxnaşmaya səbəb oldu. Bəyannamə “sənədləşdirilmiş-hüquqi xəyanət” adlandırıldı. Əslində, Rusiya bu cür ittihamlara çoxdan öyrəşib. Moskvadan verilən bütün siyasi və iqtisadi dəstəyə rəğmən, Ermənistan tərəfi həmişə uğursuzluqlarına görə müttəfiqini günahlandırıb və xəyanətdə ittiham edib.
2000-ci ildə Ermənistan və Rusiya arasında müttəfiqliyə və əməkdaşlığa dair oxşar bəyannamə imzalanıb. Lakin orada cəmi 15 maddə var. Təkcə bu fakt Azərbaycanın və Ermənistanın həm Rusiyanın prioritetlərində, həm də ümumilikdə beynəlxalq aləmdə tutduğu yerdən xəbər verir. Ermənistan və Rusiya arasında imzalanmış bəyannamədə əsasən iki ölkə xalqlarının dostluğunu gücləndirmək, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, BMT Nizamnaməsinin məqsədlərinə və prinsiplərinə sadiqliyin təsdiqlənməsi və s. kimi ümumi məsələlər yer alıb. Bu da ondan irəli gəlir ki, heç bir resursu olmayan və daim iqtisadi böhran vəziyyətində olan Ermənistan əsasən başqalarının yardımı hesabına yaşamağa öyrəşib, onun təklif edə biləcəyi heç nə yoxdur.
Azərbaycan ilə Rusiya arasında imzalanmış Bəyannamənin bəzi bəndləri, məsələn, 13 və 14-cü maddələr Ermənistan cəmiyyətini xüsusilə narahat edib. 13-cü maddəyə əsasən, tərəflər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının silahlı qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər. 14-cü maddədə isə deyilir ki, tərəflər hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsini nəzərə almaqla müasir silah və hərbi texnika ilə təchiz olunma məsələləri, eləcə də bu sahədə qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə qarşılıqlı fəaliyyət göstərirlər.
Ermənilər vurğulayırlar ki, Rusiya Ermənistana müasir silahlarını satmaqdan imtina edən halda, Azərbaycanla imzalanan Bəyannamədə hərbi-texniki əməkdaşlıq məsələsi yer alıb. Görünür, Ermənistanda Rusiyanın silah alınması üçün ayırdığı çoxmilyonluq kreditləri, bu ölkənin 10 il ərzində Ermənistana silahlarının 94 faizini verdiyini unudublar. Yeri gəlmişkən, 44 günlük müharibə zamanı Ermənistanın silah və texnikasının böyük hissəsi məhv edilib və ya qənimət kimi ələ keçirilib. Ermənistanın iqtisadi vəziyyətini nəzərə alsaq, qeyd edə bilərik ki, Rusiya çox güman ki, borcun qaytarılmasını unutmalı olacaq.
Müxalifət də Ermənistan hakimiyyətini sözügedən Bəyannamənin imzalanmasına görə qınamaq fürsətini əldən vermədi. “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan Bəyannamənin imzalanmasını Ermənistanın xarici siyasətinin tam iflasa uğraması kimi səciyyələndirib. “Rusiya ilə münasibətlər tamamilə iflasa uğrayıb və Ermənistan cəmiyyəti bu uğursuzluğu hər gün görür”, - deyə o bildirib. Ermənistan Respublika Partiyası isə daha sərt reaksiya verib. Partiyanın bəyanatında qeyd olunur ki, Müttəfiqlik Bəyannaməsi Ermənistandakı mövcud rejimin dərhal istefası üçün yeni siqnaldır: “Sizin yeganə müttəfiqiniz düşməninizlə müttəfiq olduqda, bu, ilk növbədə sizin zəifliyiniz, səhvləriniz, hərbi-siyasi uğursuzluğunuz, geosiyasi iflasınızdır”.
Son vaxtlar Ermənistan cəmiyyətində davamlı olaraq anti-Rusiya çağırışları səslənir. İrəvan vaxtaşırı Rusiyanın arxasınca Qərblə hansısa danışıqlar aparır və elə bilшrdi ki, müttəfiqi buna göz yumacaq. Amma görünür, Rusiya həmişə nankorluq edən müttəfiqinin etibarsız olduğunu yaxşı bilir və Azərbaycanın simasında etibarlı tərəfdaşla əməkdaşlığı gücləndirmək niyyətindədir. Bir sözlə, döyüş meydanında Azərbaycana uduzan Ermənistan diplomatiyada da bir-birinin ardınca sarsıdıcı məğlubiyyətlər almaqda davam edir.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15

