Heç kimə lazım olmayan Ermənistan...
09.02.2022 [10:44]
Taleh AĞAVERDİYEV
Müstəqillik illərində Ermənistan tamhüquqlu dövlət formalaşdıra bilməyib. Sərhədlərini belə qoruya bilməyən və bu məqsədlə rus sərhədçilərindən istifadə edən qonşu ölkənin çarəsizliyi və müstəqilliyi, Rusiyadan tam iqtisadi asılılığı artıq erməni cəmiyyətinə də aydın görünür.
Qarabağda 44 günlük müharibədə məğlubiyyətdən sonra Ermənistanda böhran daha da dərinləşdi və hətta KTMT müttəfiqləri də başa düşürlər ki, onun bir dövlət kimi mövcudluğunu davam etdirməsi böyük sual altındadır. Bu baxımdan, Belarus prezidenti Aleksandr Lukaşenkonun rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində Ermənistanı postsovet məkanında Belarus və Rusiya İttifaq Dövlətinə qoşula biləcək ilk mümkün namizədlərdən biri adlandırması heç də təəccüblü deyil.
“Ermənistanın başqa çarəsi yoxdur. Sizcə onlar kiməsə lazımdır? Onlar bunu artıq görüblər”, - deyə, Lukaşenko bildirib. Onun fikrincə, Türkmənistan, Özbəkistan və Tacikistan da qoşulacaq. Eyni zamanda, Belarus dövlətinin başçısı qeyd edib ki, güclü iqtisadiyyatına və Türkiyə ilə sıx əlaqələrə görə “Azərbaycan bu qrupdan fərqlənir”.
Erməni cəmiyyətində Lukaşenkonun bəyanatı isterikaya səbəb olub. O cümlədən Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatları Rustam Bakoyan və Vaqarşak Akopyan bununla bağlı narazılıqlarını bildirdilər və “Bəs Lukaşenko kimə lazımdır?” üslubunda Belarus prezidentinin cavabını verməyə çalışdılar. Eyni zamanda, Ermənistanın “Past” (“Fakt”) qəzeti bu cür bəyanatların sözgəlişi verilmədiyini qeyd edib. Qəzetə (“Past”) daxil olan məlumata görə, İttifaq dövləti mövzusu “əslində Ermənistan hökuməti tərəfindən pərdəarxası fəal şəkildə müzakirə edilir”.
Narazılıqla qarşılanmağa baxmayaraq, İttifaq dövlətinə qoşulmaq ideyası doğrudan da Ermənistan üçün heç də yeni deyil. Bu məsələ qonşu ölkənin ekspert icmasında dəfələrlə müzakirə olunub, müxtəlif ictimai-siyasi xadimlər oxşar təşəbbüslərlə çıxış ediblər. Çünki Ermənistanın Azərbaycana məğlubiyyətindən sonra onlardan başqa hamının bildiyi həqiqəti başa düşdülər - Ermənistan Rusiyasız mövcud ola bilməz, asılılıq həddindən artıq böyükdür. Niyə də yox? Axı İttifaq Dövlətində subsidiyalar da olacaq - Rusiya Ermənistanı dar vəziyyətdə qoymaz. Onsuz da illərdir Ermənistana kömək edir və niyə də belə deyək, “ bu nikahı rəsmiləşdirməsinlər”?
Bununla bağlı Ermənistanın Respublika Partiyasının sədr müavini Armen Aşotyanın ötən ilin sonunda öz Facebook səhifəsində dərc etdiyi gecikmiş etiraf yada düşür:
Danılmaz faktdır ki, artıq bizim dövlətimiz yoxdur. Ermənistan sadəcə əlifba indeksidir, ritual detaldır, latın dilində yazılmış BMT-yə üzv dövlətlərin siyahısında Argentina və Avstraliya arasında olan bir siyasi anlaşılmamazlıqdır”.
Bir sözlə, Ermənistan belə bir perspektivdən ancaq məmnun olardı. Lakin Rusiyanın ekspert icması bir sıra səbəblərə görə, o cümlədən Ermənistan sərhədlərinin delimitasiya olunmadığından və Rusiya ilə ümumi sərhədin olmaması səbəbindən belə bir ehtimala skeptik yanaşır. Qeyd edilir ki, İttifaq dövləti ideyası daha çox “cəmiyyəti sakitləşdirmək üçün ideoloji nağıldır” və “müharibədən sonrakı travmatik sindromun nəticəsidir” və Rusiya Ermənistanın “yeni evi” kimi deyil, yalnız müttəfiq kimi İrəvanın təhlükəsizliyinin qarantıdır...
Bu cür skeptisizm başa düşüləndir. Ermənistan dövlətinin iqtisadiyyatı deqradasiyaya doğru gedir, investorlar kütləvi şəkildə ölkədən qaçır. Ermənistanın dövlət borcu çoxdan “qırmızı xətti” keçərək ÜDM-in 60%-ni ötüb keçib (2021-ci ilin sonuna olan vəziyyətə görə 9 milyard 226 milyon ABŞ dolları təşkil edir). Adambaşına düşən dövlət borcu baxımından Ermənistanın faktiki olaraq hər bir vətəndaşının doğulduğu günündən 3112 dollar borcu var. İttifaq dövlətində belə “ağır yük” kimə lazımdır?
Ümumiyyətlə, Rusiya üçün Ermənistan çoxdan “qulpsuz çamadan”a çevrilib - onu daşımaq da çətindir, atmağa da heyifsilənirsən. Və bu ideyanın həyata keçirilməsi ehtimalının yeganə görünən səbəbi Ermənistanın müttəfiq kimi xəyanətə meyilli olmasıdır. Orada artıq çoxdan Qərb tərəfə baxırlar və ola bilsin ki, arxadan zərbə almamaq və sərhədlərinin yaxınlığında NATO hərbi bazalarının peyda olmasının qarşısını almaq üçün Rusiya, “dostunu özünə yaxın, düşməni daha da yaxın tut” prinsipini rəhbər tutaraq bu addımı atsın.
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46

