"Yeni Müsavat" və "Azadlıq" qəzetləri özlərini yenidən ifşa ediblər
18.08.2010 [09:32]
Məlum olduğu kimi, müxalifət qəzetləri sensasiya yaratmaq və bununla da, oxucu auditoriyası qazanmaq, qəzetin satışını artırmaq məqsədilə ölkənin nüfuzlu şəxsləri, məmurları haqqında əsassız məlumatlar yayırdılar. Bir müddət əvvəl isə müxalifət qəzetlərində nüfuzlu şəxslər, vəzifə sahibləri və onların ailə üzvləri barədə həqiqətə uyğun olmayan, qərəzli məlumatlar ölkə ictimaiyyəti, KİV-lər tərəfindən sərt tənqid də olundu. Əlbəttə ki, cəmiyyət də bunların hansı məqsədlərə xidmət etdiyini detallı olaraq, obyektiv və qəzəzsiz KİV-lər vasitəsilə öyrəndi. Belə bir ağır vəziyyətlə qarşılaşan müxalifət qəzetləri isə sonda çıxış yolunu özünü ifşa etməkdə və dərc etdiyi materiallarla bağlı təkzib verməkdə gördü.
Konkret olaraq, burada söhbət “Yeni Müsavat” və “Azadlıq” qəzetlərindən gedir. Bu qəzetlərdə dərc olunmuş materiallara görə, təkziblərin verilməsi artıq ənənəvi hal alıb. Bu dəfə də onlar öz üslublarına uyğun olaraq, dərc etdikləri məlumatları təkzib etmək məcburiyyətində qalıblar.
Xatırladaq ki, “Yeni Müsavat” xarici ölkələrin birində yaşayan azərbaycanlı vəzifəli şəxsin qızının erməni millətindən olan şəxslə yaxın münasibətdə olduğunu iddia etmişdi. Qəzetin 16.08.10 tarixli sayında isə həmin məlumatın həqiqətə uyğun olmadığı bildirilir.
“Azadlıq” qəzeti isə iddia etmişdi ki, hansısa millət vəkilinin oğlu məşhur Türkiyə aktrisası Səadət Aksoya dəyəri 250 min manat olan villa bağışlayıb. Qəzetin 16.08.10 tarixli sayında isə bu məlumat təkzib edilib və məsələyə S.Aksoyun münasibəti dərc edilib.
Göründüyü kimi, “Azadlıq” və “Yeni Müsavat” qəzetləri ayrı-ayrı nüfuzlu şəxslərin, xüsusilə, dövlət orqanları rəhbərlərinin şəxsi və ailə həyatına kobud müdaxilə edir, heç bir əsası olmayan, yalan və şantaj xarakterli “məlumatlar” yayırlar...
Qeyd edək ki, mətbuatda söz azadlığından, fikir və məlumat müstəqilliyindən söz düşərkən, bu qəzetlər hər kəsdən öncə səhifə-səhifə materiallar dərc edərək guya Azərbaycanda demokratik dəyərlərə hörmət edilməməsindən ağız dolusu danışırlar. Amma bu hadisələr bir daha subüt etdi ki, Azərbaycanda mədəni-etik kodeksləri, jurnalist peşə-davranış qaydalarını ən çox kobud şəkildə pozan elə məhz, bu qəzetlərdir.
Təbii ki, bu və ya digər qəzetlərin ictimaiyyətdə çaşqınlıq yaratmaq, hakimiyyətdə yüksək vəzifə tutan şəxslər və onların ailə üzvləri haqqında yalnız şayiələrə söykənən fikirləri dəfələrlə təkrarlamaq yolu ilə mənfi rəy formalaşdırmaq cəhdi “qara piar”dır və jurnalist fəaliyyəti ilə heç bir araya sığmır.
Ona görə də, öz uydurduqları məlumatları növbəti saylarında təkzib edən qəzetlərin informasiya siyasəti yalan və böhtan üzərində qurulub və onlar ictimai qınağa məhkumdurlar.
RAMİL
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

