Həqiqəti söyləməyin bədəli
14.08.2010 [09:05]
Artıq bir neçə gündür ki, Mirşahin Ağayev bəzi qələm əhlinin və bəzi dairələrin hədəfinə tuş gəlib. Buna səbəb isə, ANS TV-də nümayiş etdirilən və Eynulla Fətullayevə həsr olunmuş “Bədbəxt adam” adlı sənədli filmidir.
Xatırladaq ki, sözügedən filmdə E.Fətullayevin jurnalist fəaliyyəti, ermənilərə simpatiyası, onun məhbusluğu, Avropa İnsan Haqları Məhkəməsinə qədər gedən işi barədə fikirlər öz əksini tapıb. Lakin nədənsə bu film bəzi kəsimlərin narazılığına səbəb olub və bir neçə gündür ki, müxalifət mətbuatı narazıların fikirlərini dərc etməkdədir.
Bu qüvvələr məsələni o qədər aktuallaşdırırlar ki, sanki işğal altındakı Dağlıq Qarabağa səfər edərək, separatçıların rəhbərləri ilə canı-dildən söhbət edən, Xocalıdakı soyqırımı ermənilərin deyil, azərbaycanlıların törətməsi haqqında yalan iddianı qələmə almağa özündə cəsarət tapan Eynulla Fətullayevin əməlləri haqqında film çəkməklə Mirşahin Ağayev cinayət edib. Halbuki, bu gün ölkəmizin gələcəyini düşünən hər bir azərbaycanlı filmdə əksini tapan məqamların bir daha xatırlanmasına görə, Mirşahini təqdir etməlidir ki, bu cür filmlər, bu cür xatırlatmalarla bizlər özümüzü daha yaxından tanıya bilirik.
Və yaxud Mirşahin Ağayevin öz dili ilə desək onun E.Fətullayev barədə filmi- “Bədbəxt adam”- deyəsən doğru anlaşılmayıb. Əgər anlaşılsaydı bəlkə də o zaman narazılar kimi təqdim olunan qüvvələr reallıqla barışmalı olardılar. çünki Mirşahin özünün də qeyd etdiyi kimi, həmin filmdə “Eynullanı jurnalist hesab etmədiyini” deyib. Yeri gəlmişkən, Mirşahin “Onu dəqiq və qərəzsizliyə öyrədə bilmədiyimizdən işdən govmuşuq.. özü də mən!!! Şəxsən mən govmuşam! Bu da faktdır”, “Anarı müdafiə edirəm. Və mənə elə gəlir ki, Azərbaycana Eynullalar yox Anar kimi insanlar lazımdır. Anar DƏYƏRDİ. Eynullaya isə... dəyməz!”, “Eynulladan tarixdə nə qalacaq! Azərbaycana qarşı iş. Anardan isə AZƏRBAYCAN üçüN GöRüLƏN İŞ!” deyib.
Mirşahin Ağayev E.Fətullayevin bir zamanlar Xocalıda qətlə yetirilənlərin guya AXC batalyonları, yəni, özümüzünkülər, azərbaycanlılar tərəfindən güllələnməsinə dair yazdıqlarının ermənilərin işinə necə yaradığını xatırladıb. Mirşahin Eynullanın işğal altındakı Dağlıq Qarabağda separatçılarla birgə çəkdirdiyi gülərüzlü şəkillərin əsl mənasını izah etməyə çalışııb.
Qısası, Mirşahin Ağayev özündə vətəndaşlıq borcu hiss edərək “Bədbəxt adam” filmi ilə əsl həqiqətləri bir daha xalqımıza çatdırmaq istəyib. Elə bir həqiqətləri ki, onları heç zaman unutmaq olmaz...
Xəbər lenti
Hamısına baxSiyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28

