Türkiyənin mövqeyi dəyişməzdir
16.07.2010 [08:48]
Bu, bir həqiqətdir ki, hazırda Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar edilməsinə əngəl törədən əsas amillərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsidir. Eyni zamanda, sözügedən münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında təxirəsalınmadan tənzimlənməsi zəruridir. Başda Prezident İlham Əliyev olmaqla Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilə bilər və bunun başqa yolu yoxdur. Lakin Ermənistanın işğalçılıq siyasətindən əl çəkmək istəməməsi hələlik ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların nəticəsiz tamamlanmasına səbəb olur. Bütün bunlar, yəni, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi qəbuledilməzdir. Təbii ki, münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu bildirən Azərbaycan tərəfi, həmçinin, ölkəmizin ərazi bütövlüyünün istənilən yolla həllinə nail olunacağını da dəfələrlə bəyan edib.
Onu da qeyd etmək yerinə düşər ki, ölkəmiz artıq 20 ildən artıqdır ki, davam edən bu münaqişənin sülh yolu ilə və ədalətli şəkildə həlli istiqamətində müxtəlif qurum və dövlətlərdən dəstək almaqdadır. Və heç şübhəsiz, qardaş ölkə Türkiyənin bu istiqamətdə Azərbaycana verdiyi dəstəyi xüsusi olaraq qeyd etmək vacibdir.
Daha doğrusu, münaqişənin alovlanmağa başladığı ilk illərdən bu günədək Azərbaycan Türkiyənin dəstəyini hər zaman hiss edib. Sevindirici haldır ki, bu dəstək Türkiyədə dəyişən siyasi iqtidarlardan asılı olmayaraq, hər zaman olub, bu gün də var. Türkiyənin Baş naziri, Rəcəb Tayyib Ərdoğanın ötən ilin mayında Bakıda səsləndirdiyi fikirlər həm rəsmi Ankaranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyişməz mövqeyinin ifadəsi, həm də dünya birliyinə iki dost, qardaş dövlətlərin birgə mesajı idi. Baş nazir bir daha bəyan etdi ki, Türkiyə indiyə qədər Dağlıq Qarabağ məsələsində Azərbaycanı necə dəstəkləyibsə, gələcəkdə də dəstəyini eyni şəkildə qətiyyətlə davam etdirəcək: “Təbii ki, ikitərəfli əlaqələrimizin təməlində bizim “bir millət, iki dövlət” anlayışımız eynilə davam etməkdədir. Xüsusilə Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki həssaslığı, həmçinin, bizim də həssaslığımızdır. Dağlıq Qarabağ məsələsində bu günə qədər yol verilmiş bəzi möhtəkirlikləri Türkiyə olaraq, Türkiyə Cümhuriyyətinin hazırkı hökuməti olaraq bizim qəbul etməyimiz mümkün deyildir. Bu günə qədər necə qəbul edilməyibsə, bu gün də eyni şəkildə qəbul edilə bilməz, inanıram ki, belə bir şey bundan sonra da əsla qəbul edilməyəcəkdir. çünki burada bir səbəb-nəticə bağlılığı vardır. Dağlıq Qarabağın işğalı bir səbəbdir. Sərhədlərin bağlanması bir nəticədir. Dağlıq Qarabağ işğal edildiyi üçün Türkiyə sərhədləri bağlamışdır. İşğala son qoyulmayınca bilavasitə sərhədlərin açılması da mümkün deyildir. Bunu çox açıq şəkildə bir çox yerdə ifadə etdiyim kimi, bu gün Bakıda da bunu ifadə edirəm. Təbii ki, burada digər bir atılmalı olan addım Minsk qrupu üçlüyünün - ABŞ, Rusiya, Fransa - 18 ildir sürən müzakirələri sürətləndirməsi və qısa bir zamanda nəticə əldə olunması vacibdir. Burada da, yenə inanıram ki, son qərar dəyərli qardaşım Əliyevlə Ermənistan prezidenti Sarkisyanın görüşlərində əldə ediləcəkdir. Ondan sonra bizim də üzərimizə bir vəzifə düşərsə həmin vəzifəni icra edərik”.
Bəli, Baş nazir Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi, Türkiyə indiyə qədər Dağlıq Qarabağ məsələsində Azərbaycana verdiyi dəstəyi eyni şəkildə də davam etdirir. Bu günlərdə qardaş ölkənin xarici işlər naziri Əhməd Davudoğlunun səsləndirdiyi fikirlər də bunu bir daha təsdiqləyib. Belə ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu millət vəkili Süleyman Yağızın deputat sorğusuna yazılı cavabında Dağlıq Qarabağ və Türkiyə-Ermənistan əlaqələri ilə bağlı son vəziyyəti şərh edib.
AzərTAc-ın məlumatına görə, “Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək” deyən Türkiyə xarici siyasət idarəsinin başçısı vurğulayıb ki, Azərbaycanla münasibətlərimiz beynəlxalq əlaqələrimizdə müstəsna bir yerə sahibdir və hökumətimiz bu məsələdə verdiyi sözü hər zaman tutacaq. Ermənistanla aparılan normallaşma prosesində də Azərbaycanın mənafeləri heç bir zaman arxa planda olmayıb.
Əhməd Davudoğlu daha sonra qeyd edib ki, Cənubi Qafqaz bölgəsində münaqişə atmosferi bütün ölkələrə ziyan vurur və Türkiyənin Ermənistanla protokol imzalamasının əsas məqsədi sabitliyə nail olmaq idi. Lakin bu protokollar əvvəlcə parlamentlərdə ratifikasiya olunmalıdır. Biz dəfələrlə bəyan etmişik ki, bölgədə sülhə və sabitliyə nail olmaq üçün Türkiyə-Ermənistan əlaqələrinin normallaşması kifayət deyil. Ermənistan-Azərbaycan münaqişəsinin həllində də konkret nəticələr əldə olunmalıdır. Bu iki proses paralel olaraq davam etməlidir.
Bir sözlə, istər Azərbaycan tərəfinin qətiyyətli mövqeyi, istərsə də qardaş Türkiyənin məsələyə yanaşması işğalçı ölkəni ciddi şəkildə düşündürməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, Ermənistan anlamalıdır ki, Türkiyə sözünün üstündə möhkəm dayanıb, Dağlıq Qarabağ münaqişəsi həllini tapmayınca sərhədlər açılmayacaq.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxMüsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25

