Erməni lobbisinin siyasi girovluğunda...
19.11.2021 [10:14]
Robert Menendesin Azərbaycana qarşı “yeni təşəbbüs”ü onun timsalında erməni lobbisinin məğlub və miskin simasını əks etdirir
Azərbaycan İkinci Qarabağ müharibəsində təkcə döyüş meydanında işğalçı Ermənistanın təcavüzkar silahlı qüvvələrini məğlub etməyib, eyni zamanda, diplomatik müstəvidə qərəzli dairələri, ikili standartlar siyasəti yeridən ermənipərəst qüvvələri darmadağın edib. Hərbi-siyasi və diplomatik müstəvidə qazanılan tarixi qələbələr, həmçinin erməni lobbisinin fiaskosunu şərtləndirib, ermənilərin “güclü lobbi-diaspor mifi”nə son qoyulub. Amma revanşizm xəstəliyindən əziyyət çəkən ermənilər, o cümlədən çirkli pulların yuyulması vasitəsinə çevrilmiş erməni lobbisi müxtəlif cəhdlərlə çarəsiz çırpınışlarını davam etdirir.
Azərbaycanın bir neçə gün əvvəl Ermənistanın növbəti genişmiqyaslı hərbi təxribatlarının qarşısını alaraq düşmənə layiqli cavab verməsindən sonra “yeni təşəbbüs”lər diqqəti cəlb edir. Məsələn, ABŞ Senatının Beynəlxalq Komitəsinin sədri Robert Menendes ABŞ-ı Bakıya hərbi yardımını azaltmağa çağırıb. Erməni lobbisinin siyasi girovluğunda olan Robert Menendes bunu “Ermənistanla Azərbaycan arasında gərginliyin artması” ilə əlaqələndirib.
Bu cür cəhdlərin heç bir əhəmiyyəti və təsiri yoxdur
Ekspertlər qeyd edirlər ki, həlak olan ermənilərə və terrorçuların saxlanılmasına görə təəssüfünü gizlətməyən senatorun anti-Azərbaycan kampaniyası onun timsalında erməni lobbisinin cılız təzyiq cəhdidir. Milli Məclisin Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Məmmədov deyib ki, bu cür cəhdlərin heç bir əhəmiyyəti və təsiri yoxdur: “Artıq XX əsrin 90-cı illərinin əvvəli deyil. Azərbaycan regional və beynəlxalq miqyasda yüksək nüfuza malik olan, etibarlı tərəfdaş kimi tanınan, öz ərazi bütövlüyünü təmin etmiş güclü dövlətdir. 44 günlük müharibə işğalçılara, o cümlədən erməni lobbisinə və ermənipərəst dairələrə dərs olmalıdır. Anlamalıdırlar ki, təcavüz ritorikasının, revanşist mövqeyin, yalan, iftira siyasətinin heç bir nəticəsi ola bilməz. Əksinə, bununla onlar növbəti faciə və fəlakətlərlə üzləşə bilərlər. Elə bəhs olunan çağırışla çıxış edən Robert Menendes də bu reallığı dərk etməlidir. Ümumiyyətlə, ABŞ senatorunun anti-Azərbaycan təşəbbüsü dünya erməniliyinin iflasının növbəti təsdiqidir”.
Qərəzli lobbi fəaliyyəti reallıqları dəyişdirə bilməz
Millət vəkili əlavə edib ki, Azərbaycan siyasi nüfuzu, iqtisadi potensialı və hərbi gücü istənilən vəzifənin öhdəsindən gəlməyə, strateji hədəflərə çatmağa imkan verir: “Ona görə də “907-ci düzəliş” məsələsini vaxtaşırı ortaya atmağın heç bir əhəmiyyəti yoxdur. Azərbaycan heç bir subyektdən asılı deyil, müstəqil siyasət yeridən qüdrətli regional güc mərkəzidir. Digər tərəfdən, ayrı-ayrı dövlətlər, o cümlədən beynəlxalq miqyasda mühüm təsir imkanlarına malik olan güc mərkəzləri Azərbaycanla əməkdaşlığa böyük üstünlük verir. Robert Menendes kimilərin qərəzli lobbi fəaliyyəti bu reallıqları dəyişdirə bilməz”.
İşğalçıların maliyyə dəstəyi əsasında fəaliyyət göstərmək “siyasətçi” və “senator” adına təhqirdir
Politoloq Ramiz Alıyev isə bildirib ki, ABŞ senatorunun bu cəhdi erməni lobbisinin ənənəvi taktiki gedişidir və uğursuzluğa məhkumdur: Onun sözlərinə görə, Azərbaycanın yaratdığı yeni reallıqlar revanşistlərin, işğalçılıq niyyəti güdənlərin, o cümlədən erməni lobbisinin planlarını alt-üst edir, puça çıxarır: “ABŞ senatoru, yaxşı olar ki, mina xəritələrinin Azərbaycana verilməməsindən, işğalçı dövlətin yeni hərbi təxribatlarından, müharibə cinayətlərindən danışsın və Ermənistana sanksiya tətbiq olunması tələbi ilə çıxış etsin. Dünya ictimaiyyətinə məlum olan bu reallıqları Robert Menendes görmürsə, o zaman senatorluqdan və siyasətdən getməli, özünə yeni peşə fəaliyyəti taparaq obyektiv mövqedən çıxış etməyi öyrənməlidir. Erməni lobbisinin siyasi girovluğunda olmaq, işğalçıların maliyyə dəstəyi əsasında fəaliyyət göstərmək “siyasətçi” və “senator” adına təhqirdir”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxAnalitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

