/ / Lənkəranda "Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda sayca beşinci konfrans baş tutub
Lənkəranda "Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda sayca beşinci konfrans baş tutub
14.07.2010 [08:05]
T.Süleymanov ölkədə media sahəsində həyata keçirilən dövlət siyasətinin müxtəlif aspektləri barədə məlumat verib. O bildirib ki, ölkə Prezidentinin milli mətbuatın 135 illik yubileyinin keçirilməsi haqqında 10 iyun 2010-cu il tarixli Sərəncamından irəli gələrək müxtəlif bölgələrdə konfranslar düzənlənib. Tədbirlərin yüksək şəkildə təşkil olunduğunu, medianın hazırkı durumu, keçdiyi tarixi yol haqqında geniş diskussiyaların aparıldığını deyən şöbə müdirinin müavini Lənkəranda baş tutan toplantının da əhəmiyyətli olacağına əminliyini bildirib.
Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov rayonun Azərbaycanın ictimai fikrində xüsusi yerinin olduğunu deyib. Rəhbərlik etdiyi bölgədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri barədə statistik məlumatlar verən T.Hüseynov medianın kəmiyyət əmsalının keyfiyyətlə uzlaşmasının vacibliyini önə çəkib. “ölkədə mediaya dövlət qayğısı daim artmaqdadır. Mövcud sahədə ardıcıl siyasət yürüdülür. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının milli mətbuatın 135 illik yubileyi münasibətilə imzaladığı Sərəncam bunun növbəti əyani nümunəsidir. Belə bir durumda istər kütləvi informasiya vasitələrinin, istərsə də onların məlumat mənbələrinin üzərinə böyük məsuliyyət düşür”, - deyə o əlavə edib.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər” mövzusunda məruzə edib. Şura sədri bildirib ki, 1875-ci ildən bu günədək Azərbaycan mətbuatı respublikanın ictimai-siyasi, sosial-mədəni ab-havasının formalaşmasında başlıca faktor rolunu oynamağı bacarıb. Bunu böyük nailiyyət adlandıran Ə.Amaşov mövcud statusun heç də asanlıqla əldə edilmədiyini vurğulayıb: “Həsən bəy “Əkinçi”nin nəşrini demək olar, tək həyata keçirib. Əsrin əvvəllərində fəaliyyət göstərən müstəqil ruhlu mətbuatın fəaliyyətinə də çar Rusiyası tərəfindən məhdudiyyətlər olub. Sovet dönəmi hər birimizə yaxşı məlumdur. Qadağalar, təqiblər və sair. Bununla belə mətbuatımız əsrin sonlarına doğru əsrin əvvəllərində oynadığı missiyanı təkrarən üzərinə götürdü - Azərbaycanın müstəqillik ideyasının carçısına çevrildi”.
ölkədə media sahəsində mükəmməl qanunvericilik bazasının mövcud olduğunu vurğulayan MŞ sədri diqqəti bəzi sui-istifadə hallarına da yönəldib: “ölkədə qəzet, jurnal, informasiya agentliyi təsisi üçün münbit şərait var. Hər kəs cüzi tələbləri yerinə yetirməklə media sahibi ola bilər. İstərdim ki, məsələnin mənfi və müsbət tərəflərini ətraflı nəzərdən keçirək. Kütləvi informasiya vasitələrinin 4000-i ötən sayı keyfiyyətlə nə dərəcədə uzlaşır?”, - deyən Ə.Amaşov media sahəsindəki problemlərin digər cəhətlərindən də geniş bəhs edib.
Məruzə ətrafında çıxış edən Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söhbət açıb. Mətbuata dövlət dəstəyinin prinsip və formaları barədə məlumat verən V.Səfərli qurumun görəcəyi işlər barədə məlumat verib.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxışında KİV-lərin cəmiyyətin həyatında daşıdığı missiyanı xüsusi vurğulayıb. Mətbuatın tarixi və keçdiyi yol barəsində danışan İH üzvü media vasitələrinin Azərbaycanın dövlət müstəqilliyini əldə etdiyi ilk dönəmdəki çətin anlarını xatırladıb, həmin vaxt ümummilli lider Heydər Əliyevin apardığı siyasətin həlledici rol oynadığını deyib. O bildirib ki, eyni kursun Prezident İlham Əliyev tərəfindən də davamı özünü çoxsaylı Fərman və sərəncamlarda göstərir. R.Məcid nitqində KİV-lərin cəmiyyət həyatının müxtəlif sahələrinə dair nöqsanları işıqlandırma xüsusiyyətlərinə və məmur-jurnalist münasibətlərinə də diqqət yetirib.
Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli media sahəsindəki problemlərin kökündə iqtisadi amilin dayandığını vurğulayıb. Mövcud cəhət isə digər çoxsaylı problemlərə, o cümlədən jurnalistlərin sosial-məişət qayğılarının çoxluğuna səbəb olur. “çox yaxşı haldır ki, ölkədə jurnalistika sahəsində müsabiqələrin sayı artır. Bunlar jurnalistlərin maddi durumlarını nisbətən də olsa, yaxşılaşdırmaq, peşəni stimullaşdırmaq baxımından əhəmiyyətli rol oynayır”, - deyə o əlavə edib.
çıxış edənlərdən “Yeni gün” qəzetinin (Cəlilabad) redaktoru Böyükxan Bağırlı, “Suqovuşan” qəzetinin (Sabirabad) redaktoru Pakizə Məmmədova, “Yeni həyat” qəzetinin (Masallı) redaktoru Əyyub Mehdiyev, Cəlilabad rayon İcra Hakimiyyətinin şöbə müdiri İnqilab Quliyev, Lerik Rayon İcra Hakimiyyətinin şöbə müdiri Əlipənah Bayramov, Astara Rayon İcra Hakimiyyətinin şöbə müdiri Azər Abdullayev və başqaları ölkə rəhbərliyinin söz və mətbuat azadlığı ilə bağlı məsələlərə daim həssas yanaşdığını bildirərək milli mətbuatın 135 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident Sərəncamını bunun və jurnalistikanın tarixinə verilən önəmin növbəti bariz nümunəsi kimi dəyərləndiriblər.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

