YAP üzvlərinin parlament seçkilərində iştirakı ilə bağlı mövqeyini açıqlayıb
10.07.2010 [08:09]
Hakim Yeni Azərbaycan Partiyası (YAP) üzvlərinin parlament seçkilərində iştirakı ilə bağlı mövqeyini açıqlayıb. “Seçkilərdə namizədlik irəli sürmək hər bir vətəndaşın hüququdur. Lakin Yeni Azərbaycan Partiyasının hazırladığı vahid siyahıdan kənar partiya üzvünün namizədliyini irəli sürməsi partiyanın iradəsinə, siyasətinə qarşı getməkdir. Ona görə də həmin şəxslərlə biz eyni partiyada ola bilmərik. Təşkilatlardakı görüşlərimizdə də əsas prinsipial məsələlərdən biri ondan ibarətdir ki, hər bir dairədən partiya tərəfindən bir namizəd irəli sürüləcək və digər partiya üzvləri həmin namizədləri dəstəkləyəcək və lazımi köməklik göstərəcək”. Bunu Trend-ə partiyanın İcra katibinin müavini Siyavuş Novruzov bildirib. S.Novruzovun sözlərinə görə, belə bir hal baş verərsə, həmin şəxsin partiya ilə münasibətlərinə yenidən baxılacaq. “Hər hansı partiya üzvü öz namizədliyini irəli sürmək fikrindədirsə, vətəndaş kimi irəli sürə bilər, lakin həmin şəxsə partiya tərəfindən heç bir dəstək göstərilməyəcək və partiya ilə münasibətlərinə də baxılacaq”, - deyə YAP funksioneri əlavə edib.
S.Novruzov YAP-ın parlament seçkilərindəki namizəd siyasından da danışıb. “İndi bu proses davam edir. YAP rayon və şəhər təşkilatlarının nümayəndələri ilə görüşlər keçirilir. Bu proses seçki proqramına uyğun olaraq bir neçə mövqedən öyrənilir. Yəni ki, keçmişdə bizim ordan olan namizədlər, hazırda Milli Məclisin deputatı olan şəxslər, gələcəkdə kimlərin hansı dairədən keçmək imkanları və ona alternativ olacaq şəxslər və başqa məsələlər araşdırılır. Bakı şəhəri üzrə bu proses başa çatmaq üzrədir. Bundan sonra seçkiyə qədər olan dövrdə kənd rayonlarında bu proses davam edəcək. Bütün informasiyaları topladıqdan, namizədlərimizi saf-çürük etdikdən sonra, təbii ki, seçki başlayan ərəfədə namizədlərin hansı dairədə iştirakı üçün siyahı dərc olunacaq”, - deyə millət vəkili qeyd edib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38

