“Dəmir yumruq” Paşinyanın ağlını başına gətirir
27.10.2021 [11:10]
Son günlər Ermənistanın baş naziri Nikol Paşinyanın iqtisadi və nəqliyyat infrastrukturunun açılmasının önəmi, erməni ordusunun hücum deyil, müdafiə məqsədli formalaşdırılması və s. istiqamətdə verdiyi açıqlamalar diqqəti cəlb edir. Ötən il 44 günlük müharibədə başına dəyən “dəmir yumruq”dan sonra “Düşünürəm ki, Cənubi Qafqaz regionunda düşmənçilik atmosferini aradan qaldırmalıyıq. Bu, regional inkişafın yeganə yoludur”, – deyən erməni baş nazir konstruktuv mövqe göstərməyə meyilli görünür. Radikal və barışmaz mövqe tutan erməni cəmiyyəti üçün bu açıqlamalar çox riskli və cəsarətli açıqlamalar sayıla bilər. Daha əvvəl belə çıxışlar edən erməni liderlərin, siyasətçilərin başları müsibətlər çəkib. Ancaq ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın da dediyi kimi, son seçkilərdə rəqiblərini əsaslı fərqlə udan Paşinyan xeyli cəsarətlənib. Bu açıqlamalar real əməllərlə tamamlanarsa, o zaman Ermənistan üçün yaşam imkanları genişlənəcək. Çünki bölgədə sülh və sabitliyin olması, buradakı bütün dövlətlər üçün, xüsusən də Ermənistan üçün son dərəcədə faydalıdır. Düşmənçilik atmosferini aradan qaldırmaq lazımdır və bu istiqamətdə də əsas addımları Ermənistan, onun indiki rəhbəri atmalıdır. 27 sentyabr 2020-ci il tarixinə qədər Azərbaycana və digər qonşularına ərazi iddiaları irəli sürən, aqressiv siyasət yürüdən Ermənistan rəhbərliyinin “Dəmir yumruğ”un zərbəsindən sonra ordusunu hücum üçün deyil, müdafiə üçün hazırlamasını dilə gətirməsi gələcək üçün ümidverici perspektivlər vəd edir. Barıt çəlləyinə bənzəyən Cənubi Qafqazda sülh və sabitlik olması bölgənin iqtisadi inkişafında mühüm rol oynayacaq və bu məsələdə Ermənistanın davranışları mühüm əhəmiyyət kəsb edir. Çünki Azərbaycan, o cümlədən də Türkiyə daim konstruktiv mövqe sərgiləyirlər və qarşı tərəf ərazi iddialarından, aqressiyadan əl çəkəcəyi təqdirdə onunla əməkdaşlıq etməyə hazır olduqlarını bəyan edirlər. Paşinyanın bu çıxışları qarşıdakı günlərdə Moskvada Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün keçiriləcəyi və mühüm bir sənədin imzalanacağı ilə bağlı xəbərlərin yayıldığı ərəfəyə təsadüf edir. Ehtimal ki, erməni baş nazir bununla həm daxili auditoriyanı həmin prosesə hazırlamaq məqsədi güdür, həm də beynəlxalq ictimaiyyətə sülhə, əməkdaşlığa hazır olmasının mesajını verir. Bəllidir ki, daxildəki radikal millətçi qrup, erməni kilsəsi, xaricdəki erməni lobbisi Azərbaycanla, Türkiyə ilə hansısa əməkdaşlığın, qarşılıqlı münasibətlərin qəti şəkildə əleyhinədir. Onların kiçik bir qismi isə ümumiyyətlə II Qarabağ müharibəsində itirdiklərini qaytarmaq, qisas almaq həvəsində və ümidindədir. Lakin “Dəmir yumruğ”un zərbəsini görmüş Paşinyan bu addımın Ermənistanın sonu olacağını anladığı üçün ərazi iddialarından imtina etməyə, aqressiyanı aradan qaldırmağa, əməkdaşlığa, anlaşmağa meyilli kimi görünür. Hadisələr təbii axarda davam edərsə, Paşinyana daxildən və xaricdən hansısa süni müdaxilələr olmazsa, yaxın gələcəkdə fərqli, qonşularla normal ünsiyyət və əlaqələr saxlayan bir Ermənistanı görə biləcəyik.
Siyasi şərhçi Mübariz Göyüşlü
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

