"Zəngəzur"dan sülhə gedən yolda ilk addım atıldı
22.10.2021 [11:05]
Üçlü İşçi Qrupun görüşündə əldə olunan pozitiv nəticələr ümidvericidir
Moskvada keçirilən Azərbaycan, Ermənistan və Rusiya hökumət başçıları müavinlərindən ibarət üçtərəfli İşçi Qrupunun növbəti görüşü pozitiv nəticələrlə bitib. Belə ki, görüşlə bağlı detallar açıqlanmasa da, bu təmasın "Zəngəzur dəhlizi" layihənin reallaşması istiqamətində mühüm mərhələ olacağı gözlənilir. Qeyd edək ki, görüşdə Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivləri əsas müzakirə predmeti olub. Bununla yanaşı, bu ilin yanvarın 11-də qəbul edilən 4 maddəlik üçtərəfli birgə bəyanat çərçivəsində görülən işlərin gedişatı da İşçi grup tərəfindən müzakirə edilib. Tərəflər 8-ci görüşün ikinci hissəsinin yaxın vaxtlarda keçirilməsi barədə də razılığa gəliblər.
Görünən budur ki, Azərbaycan ilə Ermənistan arasında hava məkanından qarşılıqlı istifadə ilə bağlı razılaşma ilə əsası qoyulan kommunikasiya mübadiləsi yeni mərhələdə "Zəngəzur dəhlizi"nin açılmasına da böyük ümidlər yaradıb. Bununla yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyanın həm ölkəsinin parlamentindəki, həm də MDB sammitindəki çıxışlarında məhz kommunikasiyaların açılması əsas prioritet olub. Ekspertlər də, Ermənistanın mövqeyinin dəyişməsini pozitiv hesab edirlər. Onlar ilkin anlaşmaların qarşıdakı dövrdə sülh danışıqlarına da müsbət təsir göstərəcəyinə ümid edirlər.
Milli Məclisin deputatı Azər Badamov Azərbaycanın hər zaman əməkdaşlığa, sülhə tərəfdar olduğunu önə çəkib. Onun sözlərinə görə, hətta 44 günlük Vətən müharibəsinin ardından da bu niyyət açıq şəkildə bildirildi: "Prezident İlham Əliyev müharibədən sonra regionda əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı mühüm layihələr irəli sürdü. Bu layihələr isə tək Azərbaycanın deyil, bütövlükdə region dövlətlərinin iqtisadi maraqlarına uyğun gəlir. "Zəngəzur dəhlizi"nin Ermənistanıngəlirlərinin artması ilə yanaşı iqtisadi müstəqilliyinin təmininə yol açacaq. Onlar bunu dərk etməlidir və hər kəsdən öncə bu layihəni dəstəkləməlidirlər. Digər tərəfdən, bu layihənin icrası həm də qarşıdakı perspektivdə Cənubi Qafqazın Şərq-Qərb tranzitinin əsas həlqəsinə çevrilə bilər".
Ilkin razılaşmaların əldə olunmasının qarşıdakı dövrdə sülh danışıqlarına da təsirsiz ötüşməyəcəyini bildirən A.Badamov əlavə edib ki, Ermənistan yeni mərhələdə bütün əsassız və yalan iddialarından əl çəkməli, Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalıdır: "Fikrimcə, artıq onlar dərk etməlidirlər ki, bu kimi əsassız iddialarla heç nə əldə edə bilməyəcəklər. Əksinə, ölkəmizin ərazi bütövlüyünü tanısalar və sülhə imza atsalar yeni mərhələdə regionun ümumi inkişafından onlar da pay alacaqlar. Hər bir halda bu ilkin təmas və kommunikasiyaların açılması ilə bağlı müsbət reaksiyalar pozitiv dəyərləndirilməlidir".
Politiloq Qabil Hüseynli də Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin tənzimlənməyə doğru yol aldığını düşünür. Onun sözlərinə görə, müsbət dəyişikliklərə start verilib: "Üçlü Işçi Qrupun Moskva görüşündə əsas müzakirə obyekti kommunikasiya xətlərinin açılması məsələsi olub. Fikrimcə, bununla bağlı artıq müəyyən razılaşmalar da mövcuddur. Kommunikasiya xətlərinin açılması istiqamətində diqqəti cəlb edən ən mühüm məsələ isə təbii ki, Mehri dəmir yolu və şosse yolu dəhlizinin açılmasına Ermənistan tərəfinin razılıq verməsidir. Onlar hələlik buna "Zəngəzur dəhlizi" demək istəmirlər və bu sözü özlərinin suverenliklərinə təhdid kimi qələmə verirlər. Zəngilanın Mincevan qəsəbəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək bu dəmiryolu və şosse yolunun açılması ilə bağlı artıq mövqe aydınlaşıb. Yəqin ki bu istiqamətdə yaxın vaxtlarda işlərə başlanılacaq".
Bu razılaşmanı pozitiv addım kimi dəyərləndirən Q.Hüseynli deyib ki, indiyə qədər proseslərin irəliləməsinə mane olan əsas faktor da məhz bu idi: "Sülh danışıqları prosesinin dalana dirənməsinə səbəb olan, sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərinin razılaşdırılmasına maneçilik törədən ən mühüm faktor məhz Zəngəzur dəmiryolu və şosse yolunun açılması idi. Bir neçə gün öncə Ermənistanın baş nazrinin öz parlamentlərindəki çıxışə bu maneənin aşılması kimi dəyərləndirilə bilər. Çünki Paşinyan bu yolların çəkiləcəyini bildirdi. Üçlü qrupun görüşündə də bütün kommunikasiyaların, o cümlədən sözügedən yolların açılmasına razılığın əldə olunduğu xəbərləri var. Fikrimcə bu, bölgənin gələcəyi üçün çox müsbət bir addımdır. Düzdür, hələ sülh danışıqlarına başlanılmasa da, bu açılım sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı danışıqların da yaxın zamanda başlayacağına ümid verir”.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxSiyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07

