Şərtləri Azərbaycan Prezidenti diktə edir
27.09.2021 [14:10]
Məlum olduğu kimi, BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub. Dövlətimizin başçısı olduqca mühüm məqamlara toxunub, bir çox vacib mesajlar verib. Azərbaycan Prezidenti Ermənistanın 30 ilə yaxın müddət ərzində davam edən işğalçı siyasətindən və onun nəticələrindən, Azərbaycanın təcavüzkarları döyüş meydanında cəzalandıraraq erməni faşizminin başını əzməsindən - belini qırmasından, respublikamızın ərazi bütövlüyünün, tarixi ədalətin bərpa olunmasından, regionda yaranmış yeni geostrateji situasiyadan və digər bir sıra məqamlardan bəhs edib. Bu kontekstdə bəzi nüanslara xüsusi diqqət yetirmək məqsədəmüvafiq olar.
Azərbaycan milli güc resurslarını səfərbər edərək dünyada yeni müsbət presedent yaratdı
İlk növbədə vurğulamaq gərəkdir ki, 44 günlük müharibənin Azərbaycanın mütləq qələbəsi ilə nəticələnməsi, torpaqlarımızın işğaldan azad edilməsi təkcə ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil. Bu, eyni zamanda, həm respublikamız, həm də region üçün yeni siyasi-iqtisadi reallıqlar formalaşdıran, mühüm strateji perspektivlər təmin edən əhəmiyyətli geosiyasi amildir. Digər mühüm məqam budur ki, Azərbaycan milli güc kontekstində beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı mühüm presedent yaratdı və yeni strateji yanaşmanın - baxışın ortaya çıxmasını şərtləndirdi. Yəni 30 ilə yaxın Ermənistanın işğalçı siyasətindən, təxribatçı hərəkətlərindən, təcavüzkar, destruktiv mövqeyindən əziyyət çəkən Azərbaycan öz iqtisadi potensialı, siyasi imkanları, diplomatik resursları və hərbi qüdrəti vasitəsilə torpaqlarını azad etdi, ərazi bütövlüyünün bərpasına nail oldu. Dolayısıyla, bu, bir dövlətin öz milli gücü vasitəsilə beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsini təmin etməkdir. Məlumdur ki, BMT-nin 4 qətnaməsi uzun illər ərzində kağız üzərində qaldı. İstər ATƏT-in Minsk qrupunun həmsədrləri, istərsə də beynəlxalq təşkilatlar və ayrı-ayrı güc mərkəzləri Ermənistanı işğalçı siyasətinə son qoymağa məcbur edə bilmədilər, yaxud bunu etmədilər. Lakin beynəlxalq münasibətlər sistemində mövqeyini ardıcıl olaraq gücləndirən Azərbaycan döyüş meydanında öz sözünü deyərək hərbi-siyasi yolla münaqişəni həll etdi.
Beləliklə, ölkəmiz məlum qətnamələrin icrasının təmin edilməsinə müvəffəq oldu. Bu, heç şübhəsiz, dünya siyasi tarixinin çox əlamətdar hadisələrindən biri, eləcə də ədalətin və beynəlxalq hüququn təntənəsidir. Prezident İlham Əliyev bu məsələlərdən bəhs edərkən “44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edilmişdir. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, Ermənistan öz qoşunlarını Azərbaycanın digər ərazilərindən - Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını özü təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır”, - deyə vurğulayıb. Əlbəttə, milli güc resurslarını səfərbər edərək təcavüzkar qüvvəni kapitulyasiya aktına imza atmağa məcbur edən Azərbaycan bütün dünyaya işğalçı siyasətin və separatizmə əsaslanan mövqeyin, yaxud neqativ geosiyasi faktor olan bölücülüyə rəvac verən aqressiv politikanın hər hansı bir perspektivi olmadığını sübut etdi.
Yeni geostrateji reallıqlar regiona sülh, təhlükəsizlik və əməkdaşlıq vəd edir
Vacib nüanslardan biri budur ki, Azərbaycanın yaratdığı geostrateji reallıqlar regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və perspektiv çoxtərəfli əməkdaşlığın təmin olunması üçün həm unikal, həm də universal imkanlar formalaşdırır. Bütün bu reallıqlar təkcə Azərbaycan dövləti üçün deyil, həm də region xalqları və ölkələri üçün gələcək inkişaf və rifah naminə strateji əhəmiyyət daşıyır, mühüm perspektivlər vəd edir. Şübhəsiz ki, regionda autsayderə çevrilmiş Ermənistan da rasional hərəkət edərək - ərazi iddialarından əl çəkərək, təxribatçı hərəkətlərdən imtina edərək bu imkanlardan yararlansa, siyasi və iqtisadi dividendlər əldə edə bilər. Yox, əgər bu ölkənin siyasi dairələri yenə də revanşist yanaşma ilə köhnə - ənənəvi siyasi stereotiplərini davam etdirəcəksə, daha böyük faciə və fəlakətlərlə üzləşəcəklər. Xüsusilə də, hər hansı bir təxribat cəhdi onlar üçün “bumeranq effekti” verəcəkdir. Bu hərəkətlər, eyni zamanda, regional təhlükəsizlik, bölgədə genişmiqyaslı və çoxformatlı əməkdaşlıq baxımından da arzuolunmazdır. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi: “Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır”.
Göründüyü kimi, bütün şərtləri yeni geostrateji reallıqlar yaradan qalib Azərbaycan diktə edir!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28

