Əli Əliyevin ucuz populyarlıq qazanmaq cəhdi
07.09.2021 [09:07]
Bu gün Azərbaycan dünyada güclü və nüfuzlu dövlət kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizin milli gücünün daha da artmasını təmin edib. Xüsusilə də, 44 günlük müharibədə möhtəşəm qələbə qazanan Azərbaycan yeni reallıqlar yaradıb. Vurğulamaq lazımdır ki, 30 ilə yaxın müddət ərzində işğaldan əziyyət çəkən Azərbaycan dövləti bütün sahələrdə inkişafa hədəflənən uğurlu siyasət həyata keçirməklə tarixi Zəfərə nail olub.
Bunlarla yanaşı, ölkəmiz qlobal problemlərin həllində beynəlxalq həmrəyliyin və əməkdaşlığın təmin olunmasına mühüm töhfələr verir. Yeri gəlmişkən, öz siyasətini daim milli maraqlar və meydana çıxan yeni qlobal çağırışlar əsasında quran Azərbaycan dövləti koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində də əhəmiyyətli addımları ilə seçilir. Ölkəmizin təşəbbüsü ilə 2020-ci ilin aprelində Türk Şurasının, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantıları və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyası keçirilib. Respublikamızın qlobal pandemiyaya qarşı beynəlxalq həmrəyliyin möhkəmləndirilməsinə yönələn səylərindən biri isə dünya miqyasında vaksinlərin ədalətli bölüşdürülməsi ilə bağlıdır. Azərbaycan bəhs olunan problemin həlli məqsədilə bu ilin martında Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunub.
Digər tərəfdən, ölkəmiz ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirməklə yanaşı, beynəlxalq təşkilatlarda da müvəffəqiyyətlə təmsil olunur. Bütün bunlar Azərbaycanın beynəlxalq mövqeyinin daha da güclənməsini təmin edir.
Təəssüfləndirici haldır ki, son dövrlərdə gündəmə gəlmək üçün sosial şəbəkələrdə müxtəlif mövzularda manipulyasiyalar edən bəzi “siyasətçi”lər bütün bu müsbət reallıqları təhrif etməyə, ictimai rəyi yanıltmağa çalışırlar. Onlardan biri də Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevdir.
Qərəzli və qeyri-obyektiv fikirlərlə ucuz populyarlıq qazanmağa çalışan Ə.Əliyev konkret olaraq xalqı aldatmağa cəhd göstərir. Məsələn, özünü “peşəkar siyasətçi” kimi qələmə verməyə çalışan bu şəxs Azərbaycanın çoxvektorlu və milli maraqlara söykənən xarici siyasət kursu nəticəsində beynəlxalq müstəvidə qazandığı nailiyyətlərə kölgə salmağa çalışır. O, bu məqsədlə yalanlar danışır, gülünc iddialar səsləndirir. Lakin Ə.Əliyevə də məlumdur ki, bu gün Azərbaycanın qətiyyətli xarici siyasət kursu müttəfiqlərimiz olan dövlətlərlə münasibətlərin ən yüksək səviyyəyə çatmasını, o cümlədən ölkəmizin dünya siyasətində etibarlı tərəfdaş qismində qəbul olunmasını təmin edib. Eyni zamanda, Azərbaycanın dostlarının və tərəfdaşlarının sayı artıb. Əli Əliyevin bu məsələdə pafoslu “fikir”ləri - absurd iddiaları isə yalnız siyasi sayıqlamalardan ibarətdir.
Digər tərəfdən, iki ilə yaxındır ki, dünyanı cənginə almış koronavirus pandemiyasına “inanmadığını” deyən, bu xəstəliklə mübarizədə ən effektiv vasitə sayılan peyvəndləməyə qarşı kampaniya aparan Əli Əliyevin reallıqdan uzaq açıqlamaları ziyanlı olduğu qədər də təhlükəlidir. Bu şəxs anlamır ki, onun “həkim” olaraq verdiyi “məsləhət”lər yoluxmanın və xəstəlikdən ölüm sayının artdığı bir zamanda əsl məsuliyyətsizlik nümunəsidir. O, bu cür təxribatçı mövqe sərgiləməklə birbaşa vətəndaşların sağlamlığını hədəfə alır.
Göründüyü kimi, Ə.Əliyev sosial şəbəkələrdə bəsit yalanlar söyləməklə - absurd iddialar səsləndirməklə ictimai rəyi yanıltmağa, insanları aldatmağa çalışır. Bu isə cəmiyyətdə ikrah hissi ilə qarşılanır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53

