Arzuman Abdulkərimov: Azərbaycan dövləti həm də tarixi abidələrimizi düşməndən azad etdi
18.08.2021 [14:24]
“30 ilə yaxın müddətdə, ayrı düşdüyümüz torpaqlarımız erməni vandallarının vəhşiliyi nəticəsində tamamilə dağıdılıb, xarabalığa çevrilib. Tarixi abidələrimiz dağıdılıb, oradan xalqımıza məxsus izlərin silinməsinə cəhdlər göstərilib. Amma düşmənin bu cəhdi heç bir işə yaramadı. Azərbaycan dövləti öz torpaqlarını işğaldan azad etməklə həm də tarixi abidələrimizi düşməndən azad etdi. Bütün dünya gördü ki, ermənilər heç bir mədəniyyətə malik deyillər, əksinə Azərbaycanın mədəni abidələrinə qarşı barbar davranış sərgiləyiblər. Avqustun 16-da Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər şəhərində Dövlət bayrağının ucaldılması mərasimindəki çıxışında bildirdi ki, erməni mifologiyasının biri də o idi ki, guya ermənilər qədim tarixə, mədəniyyətə malikdirlər və burada “vəhşi müsəlmanlar” arasında qalıblar. Guya ki, o, Qafqazda mədəniyyətin ocağıdır, beşiyidir, yaxud da son məntəqəsidir. Onların mədəniyyəti, bax, budur. Bax, bu binalardır, qazılmış qəbirlərdir, dağıdılmış məscidlərdir”.
Bu fikirləri açıqlamasında “Ana Vətən” Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyib. Onun sözlərinə görə, ermənilərin işğal etdikləri ərazilərdə bütün mədəni, dini obyektləri dağıtması, təhqir etməsi aşkar cinayətdir. A.Abdulkərimov qeyd edib ki, erməni vandallarının bu vəhşiliyi və cinayətləri həmin regionlara səfər edən xarici ölkələrin, beynəlxalq təşkilatların nümayəndələrinin də diqqətinə çatdırılır: “Cənab Prezident İlham Əliyev bir daha diqqətə çatdırdı ki, bunu hansısa başqa planetdən gələn yadplanetli yox, erməni edib. Özü də Birinci Qarabağ müharibəsi dövründə yox, müharibədən sonra, məqsədyönlü şəkildə, barbar kimi, vəhşi kimi, vandal kimi, bir-bir evlərin kərpiclərini, daşlarını söküb aparıb özləri üçün daxmalar tikiblər. Bəli, erməni vandalizminin qurbanına çevrilmiş tarixi abidələrimiz, məscid və mədəni tikililərimiz də bu ötən dövr ərzində soyqırımına məruz qalıb. Tarixi zəfərimiz nəticəsində bu gün həmin abidələr də də öz azadlığına qovuşdu”.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07

