/ / Eldar İbrahimov: Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri tərəfindən Bakı Bəyannaməsinin imzalanması tarixi hadisədir
Eldar İbrahimov: Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri tərəfindən Bakı Bəyannaməsinin imzalanması tarixi hadisədir
03.08.2021 [09:26]
“44 günlük Vətən müharibəsindən, tarixi Zəfərimizdən sonra bütün sahələrdə, xüsusilə siyasi və diplomatik müstəvilərdə uğurlarımızın hər an davamı gəlir. Hər gün, demək olar ki, növbəti nailiyyətlərin, tarixi anların şahidi və iştirakçısı oluruq. Bu tarixi nailiyyətlərin də memarı qalib Azərbaycanın Müzəffər Ali Baş Komandanı, ölkə Prezidenti cənab İlham Əliyevdir. Məhz Onun son dərəcədə uğurlu, uzaqgörən, müdrik daxili və xarici siyasət kursu nəticəsində Azərbaycan bu uğurlara, parlaq qələbələrə imza atıb və atmaqdadır”.
Bu fikirləri Milli Məclisin İntizam Komissiyasının sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.
Eldar İbrahimov bildirib ki, son günlərin mühüm hadisələrindən biri Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin tarixi görüşü və Milli Məclisdə Bakı Bəyannaməsinin imzalanmasıdır. Bu hadisə bir daha dünyaya mesaj vermiş oldu ki, istər Azərbaycan, istər qardaş Türkiyə, istərsə də hər zaman yanımızda olan qardaş Pakistan bu günə kimi bütün məqamlarda, bütün məsələlərdə bir, həmrəy olduqları kimi, bundan sonra da həmrəy olacaqlar. Xüsusilə də, parlamentlərası əməkdaşlıqda, parlament diplomatiyasında hər zaman eyni mövqedən çıxış ediləcək, daim həmrəylik nümayiş etdiriləcək.
Millət vəkilinin sözlərinə görə, Bakı Bəyannaməsində qeyd olunduğu kimi, Azərbaycan, Pakistan və Türkiyə öz xalqlarını daha da yaxınlaşdırmaq üçün həm ikili, həm də çoxtərəfli səviyyələrdə parlamentlərararası dialoq və əməkdaşlığı inkişaf etdirməyə yönəlik qərarlılıqlarını bəyan etdilər: “Həmçinin mövcud əlaqələri gücləndirmək və daimi komitələrin, dostluq qruplarının və parlamentlərin işçi heyətlərinin əlaqələrini təşviq etmək məsələsində qərarlılıqlarını təyin etdilər. Eyni zamanda, beynəlxalq problemlərin həllində və dünyada barış və təhlükəsizliyin möhkəmləndirilməsində ikitərəfli və çoxtərəfli parlament əlaqələrinin rolu vurğulandı. Bəli, bunlar olduqca vacib və mühüm məqamlar, hədəflərdir. Bu hədəflərə çatmaqda da heç bir maneə və çətinliyin olmayacağı qənaətindəyəm. Çünki digər sahələrdə olduğu kimi, parlamentlərarası əməkdaşlıqda da böyük məsafə qət edilib, mühüm uğurlara imza atılıb. Mən özüm də uzun illər Milli Məclisin Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşam, bu ölkəyə dəfələrlə səfərlər etmişəm və hər zaman qardaş və dost Pakistan xalqından Azərbaycan qarşı sevgi, hörmət görmüşəm. Heç təsadüfi deyil ki, dünyada üç ölkədən (Türkiyə və Özbəkistanla birlikdə) biridir ki, Pakistan Ermənistanla bu günədək heç bir siyasi və diplomatik münasibətlər qurmayıb. Həm də Xocalı qətliamını soyqırımı aktı kimi tanıyan ilk ölkələrdən, ilk palamentlərdən biri məhz qardaş Pakistan və Pakinstan ali qanunverici orqanıdır. Odur ki, Bakı Bəyannaməsinin ruhuna uyğun olaraq, 3 ölkənin parlamentinin, parlamentarilərinin qarşıdakı hədəflərə çatacağı da birmənalı və şübhəsizdir. Buna kimsənin şübhəsi ola bilməz. Bakı Bəyannaməsinin imzalanmasına görə də Milli Məclisimizin hörmətli Sədri xanım Sahibə Qafarovaya, o cümlədən, Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şentopa və Pakistan Milli Assambleyasının rəhbəri cənab Əsəd Qeysərə dərin minnətdarlığımı bildirirəm. Sahibə xanım Qafarovanın da imzalanma mərasimində dediyi kimi, bu sənəd ölkələrimiz arasında strateji əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək”.
YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Bakı Bəyannaməsinin imzalanmasından sonra parlament sədrlərinin işğaldan azad olunmuş Qarabağa, Füzuli və Şuşaya səfərləri tarixin yaddaşına əbədi həkk olunacaq bir addımdır: “Bakı Bəyannaməsinin imzalanmasından sonra Qarabağ, Şuşa səfəri bir daha həmrəyliyimizin, qardaşlıq və dostluğumuzun bəyanı oldu. Bütün bunlar üç qardaş və dost dövləti zəfərlərdən zəfərlərə aparacaq. Bu, qarşısıalınmaz bir prosesdir, kimsə də buna əngəl ola bilməz”.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57

