Radikal müxalifət öz ampluasında...
13.07.2021 [08:36]
44 günlük Vətən müharibəsi dövründə xalqının, dövlətinin yanında yer almayan, siyasi həmrəyliyə qoşulmayan radikal müxalifət yenə də öz ampluasındadır. Postmüharibə dövründə belə, erməni maraqlarının qorunmasına yönəlik fəaliyyət göstərən, hətta işğaldan azad edilmiş regionlarımızda aparılan abadlıq-quruculuq işlərini hədəfə almağa çalışan antimilli ünsürlər indi də 30 il ərzində ermənilər tərəfindən minalanmış ərazilərin xəritələrinin əldə olunması prosesinə kölgə salmağa çalışırlar. Bu işə radikal müxalifətlə yanaşı, xaricdəki “sapı özümüzdən olan baltalar” da cəlb olunublar. Belə ki, ermənipərəst Sevinc Osmanqızının internet kanalına “müsahibə” verən Əli Kərimli bu proseslə bağlı manipulyasiya etməyə cəhd göstərir. Amma Azərbaycan cəmiyyəti onların kimliyini yaxından tanıdığı üçün dağıdıcıların bu yalanları sabun köpüyündən başqa effekt vermir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, Ermənistanın işğal dövründə Ağdam rayonuna basdırdığı 97 min, Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələri Azərbaycan dövlətinə təqdim etməsi dövlətimizin bu istiqamətdə apardığı məqsədyönlü və prinsipial siyasətin məntiqi nəticəsidir. Millət vəkilinin fikrincə, Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırılan minaların xəritələrinin əldə olunması ölkəmizin növbəti diplomatik uğuru kimi qiymətləndirilməlidir: “Radikal müxalifətin bu məsələ ilə bağlı tutduğu mövqe bir daha onların hansı məqsədə qulluq etdiklərini açıq şəkildə ortaya qoyur. Vurğulamaq lazımdır ki, dünənə qədər Böyük Qayıdışla bağlı manipulyasiyalar etməyə çalışanlar bu gün mina xəritələrinin əldə olunmasını hədəf seçiblər. Bu isə onu deməyə əsas verir ki, antimilli ünsürlər xarici ermənipərəst dairələrdən yeni sifarişlər alıblar. Mina xəritələrinin əldə olunması Qarabağda gedən yenidənqurma işlərinin də sürətlənməsinə yol açacaq. Görünən budur ki, radikal müxalifət və onların xaricdəki uzantıları bunu istəmirlər”.
Milli Məclisin deputatı Kamilə Əliyeva da bildirib ki, Ağdam, Füzuli, Zəngilan rayonlarının minalanmış ərazilərinin xəritələrinin əldə olunması həm də insan itkisinin qarşısının alınması baxımından olduqca önəmlidir. Digər tərəfdən, Füzuli rayonunun strateji önəmini, bölgənin bütün yol-nəqliyyat infrastrukturlarının bu ərazidən keçməsini nəzərə alsaq, minalanmış ərazilərin xəritələrinin alınmasının necə böyük əhəmiyyət kəsb etdiyini bir daha anlayarıq: “Maraqlıdır ki, radikal müxalifət ötən dövr ərzində erməni vəhşiliyi, torpaqlarımızın minalanması haqqında bir dəfə də olsun etiraz bildirməyib. Bir dəfə Ermənistanı qınamaq cürətini özündə tapa bilməyən antimilli ünsürlərin Azərbaycanın uğurlarına kölgə salmaq üçün səfərbər olmaları onların xəyanətkar mövqedən əl çəkmədiklərinin göstəricisidir. Görünür, onlar insanların daha çox minaya düşməsini və ya Qarabağdakı yenidənqurma işlərinin ləngiməsini arzulayırlar. Bəlli məsələdir ki, Azərbaycan tərəfindən bölgədə yeni iqtisadi-siyasi reallıqların yaradılması, o cümlədən ölkəmizdə gündən-günə daha da möhkəmlənən vətəndaş birliyi, iqtisadi inkişaf, sabitliyin qorunması və milli maraqlara xidmət göstərən dövlət siyasətinin yürüdülməsi radikal müxalifəti stress vəziyyətinə salır. Adını müxalifət qoymuş, əslində isə faktiki olaraq “beşinci kolon” missiyasını həyata keçirən, heç bir sosial gücü və dayağı olmayan Ə.Kərimli və onun kimiləri ölkəmizdə aparılan düşünülmüş, prinsipial milli siyasətin qarşısında aciz vəziyyətdə qalmağa məhkumdurlar”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

