Rostovda beynəlxalq forum və elmi konfrans keçirilir
22.05.2010 [09:35]
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar dünən Rusiyanın Rostov şəhərində beynəlxalq forum və elmi-nəzəri konfrans işə başlayıb.
Konfrans iştirakçıları əvvəlcə Rostov Dövlət Dəmir Yolları Universitetinin böyük foyesində Ulu öndər Heydər Əliyevin Rusiyadakı fəaliyyətinin müxtəlif dövrlərini və istiqamətlərini, Azərbaycanın sosial-iqtisadi inkişafını əks etdirən fotosərgilərlə tanış olub, Ulu öndərin həyatından və Azərbaycandan bəhs edən filmlərə baxıblar. Sonra konfrans işini Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini və sahələrini əks etdirən bölmə iclaslarında davam etdirib. İclaslarda Heydər Əliyevin həyat və fəaliyyətinə, Onun Azərbaycanda və keçmiş SSRİ-də yüksək vəzifələrdə çalışarkən gördüyü işlərə dair məruzələr dinlənilib.
Fasilədən sonra nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi ilə Azərbaycanın nümayəndə heyətinin qatıldığı konfransın geniş iclası keçirilib.
İclasda Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş geniş məruzə ilə çıxış edib. O, deyib ki, mehriban qonşuluq və dostluq münasibətləri, beynəlxalq aləmdə böyük nüfuza malik olan Rusiya ilə sıx əməkdaşlıq Azərbaycanın xarici siyasətinin öncül istiqamətlərindəndir: “Azərbaycanla Rusiya arasında heç bir problem yoxdur, hazırda əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə qalxıb”.
Məruzə ətrafında müzakirələrdə rusiyalı və azərbaycanlı mütəxəssislər, o cümlədən Azərbaycan Milli Aviasiya Akademiyasının prorektoru Ədalət Səmədov çıxış edib, Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı fikirlərini söyləyiblər.
Konfransda Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziya Məmmədov çıxış edərək Ulu öndər Heydər Əliyevə həsr olunmuş belə bir tədbirin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara minnətdarlığını bildirib.
Konfransda Rusiya Dəmir Yolları İdarəsinin sədri Vladimir Yakuninin təbriki səsləndirilib, Rostov Dövlət Dəmir Yolları Universitetinin rektoru, akademik Vladimir Kolesnikov Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı çıxış edib. Akademik Ulu öndərin lider və dövlət xadimi kimi fəaliyyətini çox yüksək qiymətləndirib.
Konfransın sonunda Azərbaycan və Rusiya prezidentlərinə müraciət və qətnamə qəbul olunub.
Bu gün forum və konfrans iştirakçıları görkəmli dövlət xadimi Heydər Əliyevin ayrı-ayrı dövrlərdə Rostova səfərləri çərçivəsində olduğu yerlərə - mədəniyyət, elm və təhsil obyektlərinə, istehsalat müəssisələrinə baş çəkəcək, Böyük Vətən müharibəsində azərbaycanlılardan ibarət Taqanroq diviziyasının əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edəcəklər. Bununla da, Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq forum və konfrans işini başa çatdıracaq.
Xəbər lenti
Hamısına baxDünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37

