Azərbaycan həmişə regionda sülhün və sabitliyin hökm sürməsinə tərəfdar olub
21.05.2010 [09:49]
Dünən Moskvada “Cənubi Qafqaz ölkələrinin sosial-iqtisadi inkişafı: problemlər və perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransın nəticələrini və əhəmiyyətini AzərTAc-ın müxbiri ilə söhbətində Azərbaycan Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov şərh edib. Elnur Aslanov deyib: “Konfransın əhəmiyyəti bundan ibarətdir ki, Azərbaycan, Rusiya və Qazaxıstan politoloqları birlikdə Cənubi Qafqaz regionunun inkişafının sosial-iqtisadi perspektivləri və gələcək formatı ilə əlaqədar bir sıra problemləri müzakirə etmişlər. Məlum olduğu kimi, Cənubi Qafqazın sabit və səmərəli inkişafının əsas maneələrindən biri ayrı-ayrı qrupların, habelə onlara havadarlıq edən dövlətlərin bu inkişafın qarşısını almaq cəhdləridir. Söhbət hazırda qeyri-konstruktiv mövqe tutan, regionda irrasional siyasət aparan və bununla da sabitliyi pozmağa can atan, regionda sülhün və sabitliyin bərqərar olmasına mane olan Ermənistandan gedir. Konfransın məqsədi Cənubi Qafqaz regionunun səmərəli inkişafına mane olan əsas amilləri üzə çıxarmaq idi. Tədbirdə təkcə problem xarakterli məsələlər deyil, regionun perspektiv inkişaf amilləri müzakirə olunmuşdur”.
Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri daha sonra bildirib ki, bu gün Azərbaycan regionun iqtisadi baxımdan lider ölkəsidir. E.Aslanov deyib: “Azərbaycan nümayəndə heyətinin üzvlərinin dediyi kimi, - nümayəndə heyətinə Azərbaycan parlamentinin təmsilçiləri, müstəqil politoloqlar, Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri daxil idi, - Azərbaycan regionda iqtisadi proseslərin və miqyaslı layihələrin əsas inteqratorudur. Bu cəhəti nəzərə alaraq, ölkəmiz müxtəlif yollarla Ermənistanla dialoq aparmağa, regionda sülhün bərqərar olmasına kömək etməyə çalışır. Biz dəfələrlə dialoqa hazır olduğumuzu bəyan etmiş və bütün səviyyələrdə demişik ki, ölkəmiz sülh danışıqlarını axıradək aparmağa hazırdır. Təbii ki, hər bir prosesin öz limiti, o cümlədən səbir limiti də vardır. İndiki mərhələdə masa üzərinə Madrid prinsiplərinin yeni variantı qoyulmuşdur. Azərbaycan bu prinsipləri bəzi təshihlərlə qəbul edir, Ermənistan isə təəssüf ki, bu məsələ ilə bağlı hələ də cavab verməmişdir. Lakin Azərbaycan Ermənistan rəhbərliyinin, nəhayət, irrasionalizm siyasətindən əl çəkəcəyinə və regionda sülhün və sabitliyin bərqərar olmasında daha fəal iştirak edəcəyinə ümid bəsləyir”.
E.Aslanov vurğulayıb ki, hazırda Azərbaycanda erməni dilində televiziya kanalı, informasiya agentliyi fəaliyyət göstərir. Bu gün Azərbaycan Dağlıq Qarabağ ərazisində yaşayan de-yure vətəndaşlarına ölkənin digər həmsərhəd şəhərlərinin əhalisinin malik olduğu analoji iqtisadi və sosial imtiyazları təqdim etməyə hazırdır. Digər dövlətlərin təcrübəsində görürük ki, birgə yaşamaq təcrid edilmiş məkanda, ac-yalavac, heç bir real perspektiv olmadan, yalnız uydurma müstəqillik xülyası ilə yaşamaqdan siyasi və iqtisadi cəhətdən daha rentabellidir.
Ekspert birliyinin Azərbaycanın ədalətli mövqeyini qəbul edib-etməməsi sualını şərh edən E.Aslanov etiraf edib ki, bəzən bu çox çətin olur, çünki “bizimlə eyni vaxtda digər tərəflər də öz mövqeyini ortaya qoyur”. O, deyib: “Lakin bu cür konfransların başlıca məqsədi məhz Rusiya ekspert birliyinə bu və ya digər məsələlərlə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın xarici və daxili siyasətinin inkişaf istiqamətləri ilə bağlı əsas mövqeləri çatdırmaqdır. Biz, əlbəttə, ümid edirik ki, bu məsələdə uğur bizim tərəfimizdə olacaqdır və biz nailiyyətlərimizlə kifayətlənmirik. Bu cür görüşlər davam etdiriləcək və Azərbaycan ilə Rusiya arasında, o cümlədən ölkələrimizin ekspert birlikləri arasında münasibətlərin möhkəmlənməsinə xidmət edəcəkdir”.
Xəbər lenti
Hamısına baxDünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05

