Gəncədə YAP rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi öz işinə başlayıb
15.05.2010 [08:38]
Yeni Azərbaycan Partiyasının (YAP) Gəncədə şəhər və rayon təşkilatları sədrlərinin iştirakı ilə respublika müşavirəsi keçirilib. SİA-nın Gəncə bürosunun verdiyi məlumata görə, müşavirənin əsas məqsədi son zamanlar ölkəmizdə qazanılan uğurları Gəncənin timsalında bütün şəhər və rayon təşkilatlarının rəhbərlərinə göstərmək, eləcə də, Gəncə şəhər təşkilatının qabaqcıl iş təcrübəsini öyrənmək, parlament seçkilərinə hazırlıqla bağlı fikir mübadiləsi aparmaqdır.
Müşavirə iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad edib, Ulu öndərin meydandakı muzeyində Onun həyat və fəaliyyətini əks etdirən eksponatlara baxıblar.
Cavad Xanın məzarı və görkəmli söz ustası Nizami Gəncəvinin məqbərəsi də ziyarət olunub.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini- İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov müşavirəni açaraq, tədbirin Gəncə şəhərində keçirilməsinin səbəbini açıqlayıb. Sonra Əli Əhmədov məruzə ilə çıxış edib, son illər ölkə iqtisadiyyatında qazanılmış uğurları, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində bölgədə liderlik edən Azərbaycanın nailiyyətlərini müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
İcra katibi qeyd edib ki, ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində son illər çox böyük iqtisadi və sosial irəliləyişlərə nail olunub: “Azərbaycan iqtisadiyyatının inkişafı bu gün dünyada yüksək dinamikaya malikdir. İqtisadiyayyatın inkişafı xalqın həyatında çox böyük dəyişikliklərə səbəb olmuşdur. İnsanların rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmış, ölkədaxili ictimai-siyası durumun sabitliyi Azərbaycanın bu yüksəlişinə daha da təkan vermiş, xalqın həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Bununla da respublikamızın rolu və nüfuzu regionda xeyli artmışdır. Söz yox ki, bütün bunlar dövlətimizin başçısının həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsi kimi xalq tərəfindən bəyənilir və dəstəklənir. Bunun bir ifadəsini də YAP-ın sıralarının artmasında görmək olar. 2005-ci ildə, parlament seçkiləri ərəfəsində YAP üzvləri 400 min nəfər idisə, indi bu rəqəm 500 mini keçmişdir. Bu rəqəm statistika deyildir. Bu, Azərbaycan vətəndaşlarının Heydər Əliyev ideyalarına, Onun yaratdığı partiyaya, bu partiyanın sədri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə münasibətlərinin ifadəsi olmaqla yanaşı, bu siyasətin qətiyyətlə dəstəklənməsinin bariz göstəricilərindən biridir”.
Əli Əhmədov deyib ki, Azərbaycan vətəndaşlarının Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti daha qətiyyətlə dəstəkləməsi YAP-ın gücünü, qüvvəsini, qüdrətini həm artıran, həm də onun çox etibarlı təməl üzərində dayanmasını təmin edən başlıca amildir: “Eyni zamanda, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları, onun insanlar tərəfindən yüksək qiymətləndirilməsi və dəstəklənməsi Yeni Azərbaycan Partiyasının qarşıdan gələn parlament seçkilərində həyata keçirəcəyi kampaniyanın ən güclü və möhtəşəm arqumentidir. Söz yox ki, partiya sıralarının artması özlüyündə bu uğurların təsdiqi olduğu kimi qarşıdan gələn parlament seçkilərində partiyanın irəli sürəcəyi namizədlərin daha qətiyyətlə dəstəklənməsi 5 il ərzində Azərbaycanda baş verən dəyişikliklərin insanlar tərəfindən yüksək qiymətləndirilməsinin yeni bir ifadəsi olacaqdır”.
YAP Sədrinin müavini qeyd edib ki, bu mənada hər bir partiya üzvünün qarşıdan gələn parlament seçkilərində 2005-ci ilin parlament seçkiləri ilə müqayisədə daha böyük uğurlara ümid bəsləməyə haqqı çatır: “Bu haqq Azərbaycanın inkişafının yeni 5 illik dövrünün nailiyyətləri, sosial həyatın inkişafı sahəsində əldə edilən uğurları, Azərbaycanın müasirləşməsi və yeniləşməsi ilə, regionların, hər bir şəhər, rayon və kəndin, qəsəbənin simasının, eləcə də insanların həyatının kökündən dəyişməsi ilə bağlıdır. Əslində bütün bölgələrdə nəzərəçarpan bu yeniliklər həyatımızın dəyişməsidir. Bütün bunlar bütövlükdə Azərbaycanın özünün inkişafında yeni bir mərhələdır”.
Əli Əhmədov əlavə edib ki, Ulu öndər Heydər Əliyev də, Onun yaratdığı partiya da xalqımızın çox taleyüklü və təlatümlü günlərində tarixi missiyanı layiqincə yerinə yetirə bilib: “Bu gün də YAP şərəfli bir missiya daşıyır. Hamıya yaxşı məlumdur ki, partiyanın həyata keçirəcəyi başlıca vəzifələrdən biri Heydər Əliyevin ideyalarını layiqincə yerinə yetirməkdir. Bu ideyalar 40 ildir ki, Azərbaycana xidmət edir və bugünkü yüksək inkişaf mərhələsinə gəlib çatmışdır. Ulu öndər Heydər Əliyev həyatda olmasa da, Onun ideyaları Azərbaycan xalqına xidmət edir”.
İcra katibi daha sonra deyib ki, bu gün Yeni Azərbaycan Partiyasının daşıdığı missiyalardan biri də Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı işlərdə iştirak etməkdən ibarətdir: “2003-cü ildən indiyədək Azərbaycan görünməmiş inkişaf mərhələsi keçmişdir. İstər iqtisadiyyatda, istər insanların həyat tərzində, istərsə də beynəlxalq aləmdə bu inkişaf hər birimizin gözləri qarşısında baş verir. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, bugünkü iqtidarın həyata keçirdiyi siyasətin qarşısında dayanan əsas hədəf insandır. İnsanın həyatını, yaşayışını dəyişdirməkdir. Şəhərlərimizin gözəlləşməsi, kəndlərimizin, qəsəbələrimizin yeniləşməsi, infrastruktur layihələrinin həyata keçirilməsi və bütövlükdə Azərbaycanın hər bir guşəsində müşahidə etdiyimiz yeniləşmə, müasirləşmə siyasəti söz yox ki, insanların şəraitinin yaxşılaşdırılmasına xidmət etmək məqsədi daşıyır. Gözəl şəhərdə və yaxud kənddə yaşayan insanlar bu gözəlliyi dərk edərək ruhlanır və özlərini inkişaf etmiş ölkənin vətəndaşları kimi hiss edirlər. Güclü və zəngin ölkənin vətəndaşı olmaq isə hər kəsdə qürur mənbəyi yaradır”.
Sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov çıxış edərək tədbirin Gəncədə keçirilməsini əlamətdar hadisə kimi qimətləndirib, 2003-cü ildən indiyədək istər ümummilli liderimiz Heydər Əliyev tərəfindən, istərsə də son 6 ildə 10 dəfə Gəncəyə səfər edən Prezident İlham Əliyevin bu səfərlərindən sonra şəhərin ictimai-siyasi həyatında baş verən yeniliklərdən danışıb.
Müşavirədə YAP Gəncə şəhər təşkilatının sədri İsrafil İsmayılov, Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Telman Məlikov, Milli Məclisin deputatı Asəf Hacıyev Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi tədbirlər nəticəsində qazanılmış uğurlardan danışıblar.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini- İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov müşavirəyə yekun vurub.
Tədbirdə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, Milli Məclisin üzvləri Məlahət İbrahimqızı, Musa Quliyev, Aydın Abbasov iştirak ediblər.
Müşavirə başa çatdıqdan sonra iştirakçılar Mir Cəlal Paşayev muzeyi ilə tanış olub, burada saxlanılan eksponatlara baxıb, sonra Gəncə şəhər kamera orkestrinin konsertini dinləyiblər.
Bu gün işini davam etdirəcək müşavirədə iştirakçılar Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının yenicə təmirdən çıxmış binasında olacaq, təcrübə mübadiləsi aparacaqlar.
Xəbər lenti
Hamısına baxİdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54

