/ / Arif Paşayev: Vətənini azad görmək istəyən hər bir kəs bilməlidir ki, qələbə yalnız onu arzu edənlərin birliyindədir
Arif Paşayev: Vətənini azad görmək istəyən hər bir kəs bilməlidir ki, qələbə yalnız onu arzu edənlərin birliyindədir
08.05.2010 [13:31]
Bəşər tarixində ən qanlı savaşlardan birinin döyüş meydanlarında şücaət göstərmiş soydaşlarımızın əziz xatirəsini yad edən akademik A.Paşayev bu böyük Qələbənin qazanılmasında Bakı neftçilərinin sonsuz qəhrəmanlığından söhbət açıb. Məlum olduğu kimi, bəşəriyyətin qanına susayan faşizmin başlıca məqsədlərindən biri də Bakı şəhərinin işğal edilməsi olduğunu vurğulayan akademik yazır ki, məqsəd sovet texnikasını yanacaqsız qoymaq və bununla müharibənin taleyini həll etmək idi. Niyyətinə nail ola bilməyən faşistlərə ən böyük zərbəni də məhz Bakının qəhrəman neftçiləri vurublar. Bakı nefti bu savaşda düşmənə qarşı müqavimət göstərmək üçün əsas zərurətlərdən biri kimi tarixi prosesə ciddi təsir gostərib. Lakin təəssüf ki, paytaxtımız öz layiqli adını - “Qəhrəman şəhər” statusunu almayıb. Bu tarixi ədalətsizlikdir və gec də olsa aradan qaldırılmalıdır.
Milli Aviasiya Akademiyasının rektoru vurğulayıb ki, həmin dövrdə Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağı hazırlanıb. Sovet aviasiyası məhz sözügedən kəşfdən sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq olub. Bu məqsədlə xalqımızın qəhrəman övladlarının, alimlərinin və döyüş zamanı hər 10 texnikadan 8-ni hərəkətə gətirə bilən “Qara qızıl”ımızın oynadığı rolu bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq vacibdir.
Arif Paşayev qeyd edib ki, bütün müharibələr sonda haqqın qələbəsi ilə nəticələnir. Hazırda ildönümünü qeyd etdiyimiz Qələbə də ədalətin Qələbəsidir. Azərbaycanın erməni təcavüzünə məruz qaldığını vurğulayan müəllif bu ədalətsiz müharibədə də haqqın zəfər çalacağına əmin olduğunu bildirib ki, İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmiş Azərbaycan övladlarının davamçıları da bu işğalla heç vaxt barışa, Vətəninin bir qarışını belə kimsə ilə bölüşə bilməzlər.
Müstəqil ölkəmizdə şanlı Qələbə bayramının alın açıqlığı ilə qeyd olunduğunu deyən akademik Arif Paşayev Azərbaycan xalqını Böyük Qələbə naminə birliyə çağırıb. O deyir: “Tarixi qələbənin əldə olunmasında yüksək qəhrəmanlıq nümayiş etdirib, əbədi təşəkkürə və təqdirəlayiq olan bütün xalqların qarşısında baş əyir, ali şərəf hissi ilə bir daha Qələbə bayramınızı təbrik edirəm. Birliyimiz olmasaydı, bu qələbə də olmazdı. Vətənini azad görmək istəyən hər bir kəs bilməlidir ki, qələbə yalnız onu arzu edənlərin birliyindədir”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37

