/ / "Səs" qəzetinin redaksiyasında Ulu öndərin anadan olmasının 87-ci ildönümü ilə bağlı dəyirmi masa keçirilib
"Səs" qəzetinin redaksiyasında Ulu öndərin anadan olmasının 87-ci ildönümü ilə bağlı dəyirmi masa keçirilib
06.05.2010 [13:03]
Dəyirmi masanı giriş sözü ilə açan “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev Ulu öndər Heydər Əliyevin 1969-cu ildən - Azərbaycana rəhbərliyə gəldiyi dövrdən həyatının sonuna qədər millət və dövlət üçün gördüyü xeyirli, gərəkli işlər barəsində konkret faktlara söykənərək çıxış edib. Baş redaktor Ulu öndərin hakimiyyətdə olduğu illəri müxtəlif dövrlərə ayıraraq, bu dövrlərin hər biri haqqında geniş və əhatəli məlumat verib. Bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövründə Azərbaycanda dövlət idarəçiliyi sistemi tamamilə yenidən qurulub, vətəndaş cəmiyyəti quruculuğunda, demokratik proseslərin sürətlənməsi istiqamətində, əhalinin sosial rifah halının yaxşılaşmasında, ordu quruculuğunda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə inqilaba bərabər islahatlar həyata keçirilib.
B.Quliyev dəyirmi masa iştirakçılarına Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı diskussiya xarakterli müzakirələrin aparılmasının vacibliyini söyləyib.
Daha sonra çıxış edən Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov dəyirmi masanın keçirilməsinə görə, qəzetin baş redaktoru və onun kollektivinə minnətdarlığını bildirib. Müzakirələri faydalı hesab edən N.Məmmədov Ulu öndəri insan qalaktikasında parlaq ulduza bənzədib. O söyləyib ki, Onun şəffaf parıltısı və istiliyi daim qəlbimizdə qalacaq. “Mən Ulu öndərlə dünyanın 60 ölkəsinin rəhbərləri ilə tanış olmuşam, söhbətlər aparmışam. Həmin söhbətlərdə iştirak etməyimin mənim üçün çox böyük faydası olub. XX-XXI yüzilliklərdə dünyanın heç bir ölkəsində Ulu öndər Heydər Əliyev kimi şəxsiyyətə rast gəlməmişəm. Mübaliğəsiz deyirəm ki, onların hamısı Heydər Əliyev simasının, zəkasının, dühasının kölgəsində qalıblar. Bunu zaman özü artıq sübut edib. ümummilli lider Heydər Əliyev elə bir şəxsiyyət idi ki, Onun yaşadığı zaman tarixə çevrildi. O, həyatının böyük qərinəsini xalqına xidmət edib. Bununla Ulu öndər göstərdi ki, xalqa xidmət etmək yolu var və hər kəs bu yolla getməlidir”, - deyə o qeyd edib.
Tədbirdə çıxış edən Milli Məclisin komitə sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov Ulu öndər Heydər Əliyevin fəaliyyəti haqqında danışıb. O bildirib ki, Azərbaycanı keçmiş SSRİ-də də tanıdan məhz Heydər Əliyev olub.
Daha sonra müzakirələrə qatılan YAP Siyasi Şurasını üzvu Vilayət Əliyev söyləyib ki, ümumilli lider Heydər Əliyev Azərbaycançılığın yaradıcısı, ilhamçısı və müdafiəçisidir: “Azərbaycançılıq fəlsəfəsini dərk etməyən şəxs Azərbaycan vətəndaşı ola bilməz! Azərbaycançılıq nədir? Bu sualın ən kamil cavabını Ulu öndər Heydər Əliyev verib: “Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Qeyd edək ki, dəyirmi masa müzakirələr əsasında davam edib.
Xəbər lenti
Hamısına baxSosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25

