Əsli Kazımova: Dağlıq Qarabağ və ətrafındakı rayonlarda həyat yenidən canlanacaq
17.02.2021 [08:59]
“Cənab Prezidentimizin də bildirdiyi kimi, artıq regionda “Dağlıq Qarabağ münaqişəsi” adında münaqişə yoxdur. Artıq regionda yeni reallıqlar formalaşıb. Bu reallıqlar həm bölgənin inkişafını təmin edəcək, həm də yeni əməkdaşlıq platformaları yaradacaq”.
Bu fikirləri Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti işğaldan azad edilmiş bölgələrimizdə abadlıq-quruculuq fəaliyyətinə start verib. Hətta bu istiqamətdə bir sıra xarici dövlətlərlə əməkdaşlıqlar da nəzərdə tutulur. “Bilindiyi kimi, cənab Prezidentimiz bir neçə gün öncə İtaliya Respublikasının ölkəmizə səfər edən nümayəndə heyətinin üzvləri ilə görüşlər keçirdi. İnanırıq ki, qısa zaman kəsiyində Dağlıq Qarabağ və ətrafındakı rayonlarda həyat yenidən canlanacaq və öz doğma yurd-yuvalarına qayıdan vətəndaşlarımız rahat yaşayış şərtləri ilə təmin ediləcək. Qısa zamanda bir sıra bölgələrimizdə vacib infrastrukturlar yaradılıb, elektrik enerjisi ilə təminat, su təminatı bərpa olunub. Azərbaycan qüdrətli dövlətdir və ölkəmizin maliyyə sabitliyi imkan verir ki, həmin regionlar digər rayonlarımız kimi yenidən qurulsun və özünün inkişaf mərhələsinə qədəm qoysun”, - deyə Ə.Kazımova əlavə edib.
Partiya sədri vurğulayıb ki, mütəxəssislərimiz işğaldan azad edilən ərazilərimizin iqtisadi potensialını da yüksək qiymətləndirirlər. Yəni bu regionlarda həyatın bərpası, qaçqın və məcburi köçkünlərimizin evlərinə qayıdışı ölkəmizdə kənd təsərrüfatının və digər sahələrin inkişafına müsbət yöndə əhəmiyyətli təsir göstərəcək. Bu isə ölkəmizin ərzaq təhlükəsizliyinin təminatında böyük rol oynayacaq.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50

