Tullantı suları təmizlənəcək, dəniz suyu şirinləşdiriləcək
24.04.2010 [09:11]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov mətbuat konfransı keçirib. Nazir 2010-cu ilin “Ekologiya ili” elan olunması ilə bağlı Prezident İlham Əliyevin Sərəncamı çərçivəsində görülən tədbirlərdən danışıb.
Nazir bildirib ki, “Azərbaycanda “Ekologiya ili” - yaşıl dünya naminə” devizi ilə dünyada tanınan tədbirlər, əslində, qlobal ekoloji problemlərin həllinə, dünyada gedən yaşıl hərəkata töhfədir. Onun sözlərinə görə, Azərbaycanda gedən proses dünyada gərginləşmiş ətraf mühitə müsbət təsir edir.
“Ekologiya ili” çərçivəsində hazırlanan layihələrin gerçəkləşməsində, ekoloji siyasətin həyata keçirilməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, “Azərsu” ASC, Dövlət Neft Şirkəti, Kənd Təsərrüfatı, həmçinin, Sənaye və Energetika nazirlikləri də iştirak edir. Odur ki, mövcud problemlərə kompleks yanaşma onların həllini sürətləndirir.
Nazir ətraf mühitə birbaşa təsir edən layihələrdən danışıb. Belə layihələrin bəzilərinin mövsümi xarakter daşıdığını vurğulayan nazir yaşıllaşdırma istiqamətində görülən işlərə xüsusi yer ayırıb. Onun sözlərinə görə, hazırda yenidən qurulan Heydər Əliyev prospektində, Ələt-Astara avtomobil yolu boyu ərazilərdəki yaşıllaşdırma işlərindən əlavə 7-8 iri layihələr həyata keçirilir.
Binədəki ticarət mərkəzlərinin yerində qalan 1,5 metr qalınlığında tullantıların təmizlənməsi həyata keçirilib. Artıq təxminən 1 milyon kubmetrədək tullantı yığışdırılıb və ora 1 milyon kubmetrə qədər münbit torpaq və gübrələr daşınıb. Hazırda həmin ərazidə həmişəyaşıl ağaclar, o cümlədən, zeytun ağacları əkilib. Ərazidə xüsusi suvarma sistemi də qurulub.
Bayıl yamacında isə 60 hektar sahədə yaşıllıq salınıb. Orada damcılı suvarma texnologiyası tətbiq olunacaq. Nazirin sözlərinə görə, hazırda həmin ərazidə geoloqların nəzarəti altında suvarma sistemi qurulur. Ərazidə həm də üzüm ağacları əkilib. Lakin məqsəd məhsul əldə etmək yox, yaşıllıq zonası yaratmaqdır. Burada az su tələb edən və uzun müddət yaşıllığını saxlaya bilən otlar əkilib. Bakı-Qazax və Ələt-Atbulaq avtomobil yolu ətrafında da aparılan yaşıllaşdırma işləri başa çatmaq üzrədir. Burada həyata keçirilən maraqlı texnologiyadan bəhs edən nazir tullantı suların suvarmada istifadə edilməsindən danışıb. Nazirin sözlərinə görə, Ələtdə kanalizasiya sistemi olmadığından evlərin, iri binaların çirkab suları qeyri-mütəşəkkil şəkildə dənizə axıdılır. Kanalizasiya şəbəkəsi qurulmadan isə binalardan axıdılan suyu bir yerə toplamaq mümkün deyil. Lakin iri binalarda tətbiq edilən yeni texnologiya çirkab sularının təmizlənərək təkrar istifadəsinə imkan verəcək. Nazirin sözlərinə görə, Azərbaycan üçün çox unikal və yeni olan bu tip layihələr Avropa ölkələrində çoxdan ənənəviləşib.
Son vaxtlar müzakirə mövzusuna çevrilən dəniz suyunun duzsuzlaşdırılması layihəsinin məqsədi isə heç də əhalini içməli su ilə təmin etmək deyil. “Biz heç kəsi dəniz suyu içməyə hazırlamırıq”, - deyən nazir bildirib ki, hazırda Azərbaycanın yetərincə su ehtiyatları var. Xəzər dənizi tükənməz su ehtiyatı olduğu üçün bu suyun da şirinləşdirib istifadəsinə hazır olmalıyıq. Onun sözlərinə görə, dəniz suyu şirinləşdirildikdən sonra içməli su standartlarına cavab verəcək. Həmin sudan isə içməli su kimi deyil, təsərrüfat məqsədilə istifadə ediləcək: “Əsas məqsəd, lazım gələrsə, dəniz suyundan ölkənin su ehtiyatı mənbələrindən biri kimi istifadə etmək texnologiyalarına hazır olmağımızdır. Ona görə də, sutkada 100 kubmetr suyu təmizləmək gücünə malik qurğu üçün tender elan olunub. Ehtimal ki, qurğu Xıdırlı kəndi ətrafında quraşdırılacaq”.
Hətta Şirvan Parkı bütünlüklə dəniz suyundan istifadə edəcək. Belə ki, parkın ərazisindəki yaşıllıqların təmizlənmiş dəniz suyu ilə suvarılması nəzərdə tutulub.
Nazir dəniz suyunu şirinləşdirəcək 2 mobil hərəkət edən qurğular barədə də məlumat verib. Quraşdırılacaq həmin qurğular gündə 25-30 ton kubmetr dəniz suyunu şirinləşdirəcək.
Hüseyn Bağırov Güzdək ərazisində ayrılan 55 hektar sahədə yaradılacaq zooloji park barədə məlumat verərək deyib ki, hazırda həmin zooloji parkda yerli mühitə uyğun canlıların və ya xaricdən gətirilən heyvanların saxlanılmasına dair müzakirələr aparılır. Onun sözlərinə görə, dünyanın ən müasir şəhərlərində, Yaxın Şərq, ön Asiya və Mərkəzi Asiyada ixtisaslaşmış böyük zooloji parklar yoxdur. Şəhərin kənarında ilk zooloji park region ölkələri arasında məhz Azərbaycanda yaradılıb.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

