Ekoloji biliklərin təbliği genişlənir
28.04.2010 [10:06]
Məlum olduğu kimi, 7-11 aprel 2010-cu il tarixində Azərbaycan Respublikası Təhsil , Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, Azərbaycan Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkətinin dəstəyi və “çağ” öyrətim Şirkətinin təşkilatçılığı ilə ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunmuş ənənəvi Ətraf Mühitin Mühafizəsi lV Beynəlxalq Layihə Olimpiadası keçirilib. Olimpiadanın məqsədi ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaq, onlarda ətraf mühitə qarşı diqqət və qayğı, həssas münasibət formalaşdırmaq, təbii, mədəni, tarixi və sosial-estetik dəyərlərin qorunması ruhunu aşılamaqdır. Olimpiada 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan olunmasına həsr edilib.
2007-ci ildə ilk dəfə Azərbaycanda keçirilən bu olimpiadada dünyanın 17 ölkəsindən 70-ə yaxın şagird iştirak edib. 2008-ci ildə isə iştirakçıların sayı artıb. 30 fərqli ölkədən 200-ə qədər şagird təbiəti qorumaq uğrunda öz biliklərini sınayıblar, “kəşf” və yeniliklərini təqdim edərək ətraf mühitin qorunması üçün ideya və təkliflərini modelləri əsasında, əyani olaraq sərgi iştirakçılarına təqdim ediblər. 2009-cu ildə ətraf mühitin mühafizəsi layihə olimpidasında iştirakçı ölkələrin sayı artaraq 31 ölkəyə çatıb. Bu il keçirilən olimpiadaya 33 ölkədən 300-ə qədər iştirakçı qoşulub. Qaliblərin təltif olunması mərasimində ekoloji biliklərin təbliği və geniş yayılması işində fəal iştirakına görə “İki sahil” qəzeti də mükafata layiq görülüb. Dünən “çağ” öyrətim Şirkətinin Baş idarə rəisi, Ekoloji Cəmiyyətin sədri Arif Gömleksiz və müşavir Ağarəsul Məmmədov “İki sahil” qəzetinin redaksiyasının qonağı olub. Redaksiya ilə tanışlıqdan sonra qəzetin baş redaktoru Vüqar Rəhimzadə ilə görüşən qonaqlar ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılması naminə həyata keçirilən tədbirlərdən, ARDNŞ-in bu istiqamətdə göstərdiyi səylərdən razılığını ifadə ediblər. Arif Gömleksiz Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan edilməsini bu diqqətin bariz nümunəsi kimi yüksək dəyərləndirib.
Ekoloji maarifləndirmənin əhəmiyyətindən bəhs edən A.Gömleksiz belə tədbirlərin gənc nəslin fəallığının artırılmasına xüsusi önəm verdiyini bildirib.
“İki sahil” qəzetinin baş redaktoru V.Rəhimzadə mükafata görə “çağ” öyrətim Şirkətinin rəhbərliyinə minnətdarlığını ifadə edərək, gələcəkdə əməkdaşlığın daha da möhkəmlənməsinin gərəkliyini bildirib.
Vurğulayıb ki, “çağ” öyrətim Şirkətinin həyata keçirdiyi tədbirlərin mütəmadi işıqlandırılması üçün belə əməkdaşlıq hər baxımdan əhəmiyyətlidir.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

