Əli Əhmədov: ABŞ Ermənistanla sərhədlərin açılması üçün Türkiyəyə təzyiqlər göstərir
17.04.2010 [15:18]
SİA-nın məlumatına görə bunu deyən YAP Sədrinin müavini, millət vəkili Əli Əhmədovun məsələyə münasibəti kifayət qədər konkret olub: “Son dövrlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində bir sıra təşəbbüslər irəli sürülüb. Eyni zamanda, bununla yanaşı, digər bir proses Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və bu istiqamətdə bir sıra Qərb dövlətlərinin, Amerika Birləşmiş Ştatlarının verdiyi dəstəkdir. Prinsip etibarı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, iki dövlət arasında sərhədlərin açılması həmin dövlətlər arasında olan münasibətlərlə birbaşa əlaqədardır. Bu baxımdan da, Azərbaycan və yaxud da digər dövlətlərin bu məsələyə müdaxilə etməsi düzgün deyil. Amma bütün bunlara baxmayaraq, bir sıra Qərb dövlətləri, xüsusilə də, Amerika Birləşmiş Ştatları Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məqsədilə Türkiyəyə bir sıra istiqamətdə təzyiqlər göstərib. Baxmayaraq, Türkiyə Ermənistanla sərhədlərin açılmasının başlıca səbəbinin həmin ölkənin Azərbaycana qarşı işğalçılıq siyasəti yürütdüyünü faktlarla göstərib. Türkiyə, həmçinin, bu problem aradan qaldırıldıqdan sonra sərhədlərin açılması ilə bağlı hər hansı problemin olmayacağını da dilə gətiribdir”.
Ə.Əhmədov onu da bildirib ki, ABŞ Minsk qrupunun həmsədrlərindən biri olmasına baxmayaraq, Ermənistanla Türkiyə arasındakı sərhədlərin açılmasınının Dağlıq Qarabağ münaqişəsinin nizama salınması problemi ilə əlaqələndirilməsinə qəti şəkildə əks mövqe nümayiş etdirir: “ABŞ belə bir mövqe nümayiş etdirməklə çox ciddi iki mühüm səhvə, daha dəqiq desək, ədalətsizliyə yol verir. Bu isə onu bir daha sübut edir ki, ABŞ ikili standart nümayiş etdirir. Yəni iki dövlət arasında sərhdələrin açılması məsələsi həmin dövlətlərin daxili problemi olduğu halda, ABŞ həmin dövlətlərdən birinə təzyiqlər göstərir. Hesab edirəm ki, bu həm beynəlxalq hüquq, həm də ədalət normaları baxımından da, qəbul ediləcək addım deyil. Bütün bunlar bir daha ABŞ-ın Minsk qrupu həmsədrlərindən biri olmaqla münaqişənin nizama salınması istəyində olmadığını göstərir. Əgər belə bir mövqedə olmasaydı, o zaman gərək ABŞ bu münaqişənin nizama salınması üçün Türkiyənin təklif etdiyi dəstəyi qəbul edərdi. Bu dəstəyin də mahiyyəti ondan ibarətdir ki, Azərbaycan torpaqlarının işğaldan azad edildiyi zəmində Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması qarşısında hər hansı bir problemi görmür. Bütün bunları nəzərə alaraq, belə hesab edirəm ki, ABŞ-ın tutduğu mövqeni ədalətsizlik, beynəlxalq münasibətlər normalarına sığmayan qanunsuzluq kimi qiymətləndirmək olar”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41

