/ / Aleksandr Karavayev: Prezident İlham Əliyev Cənubi Qafqaz üçün sabitlik və inkişaf platforması ideyasını yenidən nəzərdən keçirməyi təklif edib
Aleksandr Karavayev: Prezident İlham Əliyev Cənubi Qafqaz üçün sabitlik və inkişaf platforması ideyasını yenidən nəzərdən keçirməyi təklif edib
17.12.2020 [09:13]
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Zəfər paradı zamanı çıxışlarında Cənubi Qafqaz üçün iki elementdən - Türkiyə və Azərbaycandan ibarət kollektiv inteqrasiya missiyası barədə bəyan ediblər.
Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi, politoloq Aleksandr Karavayev AZƏRTAC-a müsahibəsində bu barədə danışıb.
Politoloq deyib: “Mən üç məqamı vurğulamaq istərdim. Birincisi, Azərbaycan və Türkiyə Kiçik Asiya ilə Xəzər dənizi arasında Rusiyaya və Rusiyanın layihələrinə münasibətdə dost mövqe tutan cazibə zonasıdır. Prezident Ərdoğan RF Prezidenti Vladimir Putinə Dağlıq Qarabağ münaqişəsi barədə mövqeyinə görə təşəkkürünü bildirəndə onun replikalarından çıxan nəticə belədir. Ərdoğan Minsk qrupunu iki hissəyə bölür - bir hissə işə əngəl törədir və öz funksiyalarının bir qismini sadəcə yerinə yetirmir, Rusiya isə siyasi liderlik mövqeyindədir. Ərdoğan çox dəyərli sözlər dedi ki, V.Putinin iştirakı olmasaydı, ya bu qələbə baş tutmaz, ya da münaqişə çox mürəkkəb forma alardı”.
A.Karavayev Rusiya Prezidentinin televiziya müsahibələrində danışıqlar prosesini bir neçə necə açıqlamasını xatırlayır: “O deyirdi ki, oktyabr ayı ərzində, yəni döyüş əməliyyatlarının başa çatması və üçtərəfli bəyanatın imzalanması ərəfəsində Ermənistana qərar qəbul etmək təklif olunmuşdu, lakin Yerevan bu təklifi qəbul etməyə hazır deyildi və bir-birinin ardınca zərbə alırdı, Putin isə güclə dəstək metodlarından istifadə etmirdi”.
Ekspert daha sonra deyib ki, Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin nəzərincə, Rusiya regionda ümumi təhlükəsizlik balansının mühüm elementidir.
A.Karavayevin fikrincə, ikinci məqam yeni regional arxitekturanın formalaşması ilə bağlıdır. Bu halda nəzərə alınmalıdır ki, regional landşaftı dəyişmək iqtidarında olan üç güclü və fəal aktor var - Azərbaycan, Türkiyə və Rusiya. Agentliyin müsahibi sözünə davam edərək deyib: “Prezident İlham Əliyev Cənubi Qafqaz üçün sabitlik və inkişaf platforması ideyasını yenidən nəzərdən keçirməyi təklif edib. Məsələnin bu cür qoyuluşu, əslində 1990-cı illərdən irs qalıb. Müxtəlif dövrlərdə əsasən Türkiyə tərəfindən, lakin başqa tərəflərdən də bu cür ideyalar səslənirdi. Dezinteqrasiya prosesləri və Cənubi Qafqazda, habelə Şimali Qafqazda döyüş əməliyyatları faktiki olaraq bu platformanı yaratmağa imkan vermirdi”.
A.Karavayev hesab edir ki, postsovet dövründə Cənubi Qafqaz barəsində Türkiyə diplomatiyasının təşəbbüsü indi R.T.Ərdoğan, İ.Əliyev və V.Putinin gücü ilə həyata keçirilə bilər. Politoloq deyib: “Söhbət, məsələn, Rusiya-Azərbaycan-İran və ya Azərbaycan-Türkiyə-Rusiya qarşılıqlı maraq qruplarının yaradılmasından gedir. Burada Azərbaycan fəal rol oynayacaq. Platforma kapitalın və insanların yerdəyişməsi üçün nəqliyyat kommunikasiyalarının sərbəstliyini təmin etməlidir. Orada bütün aktorların və marağı olan biznes subyektlərinin, habelə, regiondan kənardakı dövlət subyektlərinin qüvvələri ilə layihələr həyata keçirilməlidir. Birinci element yerdəyişmə nəqliyyatının sərbəstliyi, ikinci element vətəndaşların şəxsi azadlığıdır, çünki söhbət qaçqınların və məcburi köçkünlərin geri qayıtmasından gedir. Üçüncü məqam bütövlükdə regionun inkişaf layihələridir, yəni elektrik enerjisi, su təchizatı və infrastruktur şəbəkəsinin sair elementləri genişlənməlidir”.
Politoloq vurğulayıb ki, bu təşəbbüsün mühüm ünvan sahiblərindən biri Ermənistandır. O deyib: “Bakıda keçirilən brifinqdə prezidentlər Ərdoğan və Əliyev birmənalı şəkildə, açıq-aydın bəyan etdilər ki, əgər Ermənistan xoş məram nümayiş etdirərsə, bu ölkələrlə müsbət və səmərəli qarşılıqlı fəaliyyətə hazır olduğunu bildirərsə, Türkiyə və Azərbaycan sərhədyanı əməkdaşlıq çərçivəsində və daha geniş miqyasda Ermənistanla qarşılıqlı fəaliyyətə hazırdırlar. İlk növbədə, nəqliyyat kommunikasiyalarının açılmasından, onların təhlükəsizliyinin və keyfiyyətinin təmin edilməsindən söhbət gedir. Bu kommunikasiyalar beynəlxalq tələblər səviyyəsində olmalıdır. Liderlərin bu çıxışları Ermənistanla əməkdaşlıq təklifi deməkdir. Ermənistanda bu təklifin necə qəbul ediləcəyi başqa məsələdir. Hesab etmək olar ki, indi top Ermənistan tərəfindədir. Ən başlıcası, bu sözlər Bakıda, Zəfər paradında deyilib. Azərbaycan ona qarşı yönəlmiş təcavüzü aradan qaldırdı, düşməni darmadağın etdi, özünün təhlükəsizlik sistemini elə qurdu ki, bu təcavüz bir daha heç vaxt təkrarlanmasın. Yeni regional arxitekturanın ikinci hissəsi ağır, dramatik baqajdan imtina edərək açıq, transparent qarşılıqlı fəaliyyət modelini reallaşdırmağa hazır olan Ermənistan rəhbərliyi ilə və ya hər hansı iqtisadi fəaliyyət subyektləri ilə işləməyə hazır olmaqdır”.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41

