Fransa Senatının qəbul etdiyi qərəzli qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur
28.11.2020 [00:59]
Ekspertlərin fikrincə, Senatın bu təxribatçı addımı Fransa siyasi dairələrinin ənənəvi erməni təəssübkeşliyinin göstəricisidir
Məlum olduğu kimi, Fransa Senatında erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 saylı qətnamə layihəsi təqdim olunub, noyabrın 25-də müzakirə edilərək qəbul edilib. Qeyd etmək lazımdır ki, heç bir hüquqi qüvvəsi olmayan bu “sənəd” beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulmasıdır. Eləcə də bu qərəzli qətnamənin qəbulu Fransanın istər Minsk qrupunun həmsədr ölkəsi olması, istərsə də BMT TŞ-nin daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə uzlaşmır. Senatın bu təxribatçı addımı Fransa siyasi dairələrinin ənənəvi Ermənistan təəssübkeşliyinin təzahürüdür.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, Fransa Senatının qəbul etdiyi qərəzli qətnamə Azərbaycan üçün mənasız kağız parçasından başqa bir şey deyil. Onun fikrincə, BMT çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyan Fransa bu cür addımlarla açıq-aydın beynəlxalq hüququn normalarına qarşı çıxış edir: “ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi neytral mövqe nümayiş etdirməyi öz boynuna götürmüş Fransa hazırda tam ermənipərəst mövqe tutub və Azərbaycana qarşı yönəlmiş işğalçılıq faktını dəstəkləyir. Bu qətnamənin Fransa Senatının Rəyasətində qəbul edilərək plenar iclasa ötürülməsi Azərbaycanın beynəlxalq səviyyədə, o cümlədən elə Fransanın özü tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq hörmətsizlik deməkdir. Bu addım BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin heçə sayılmasıdır. Nəzərə alsaq ki, bu 4 qətnamənin qəbul edilməsinə Fransa da səs verib, bununla da Fransa öz-özünü inkar edir. Fransa Senatının qəbul etdiyi qətnamənin Azərbaycan üçün hüquqi yükü olmasa da, Fransanın Minsk qrupundakı fəaliyyətini kölgə altına aldı”.
Milli Məclisin deputatı Tamam Cəfərova da Fransanın həmsədrlik mandatına uyğun olaraq neytral tərəf kimi çıxış etməli olduğu halda, açıq-aşkar ermənipərəst siyasət yürütdüyünü və tamamilə əsassız şəkildə Azərbaycana qarşı ittihamlar irəli sürdüyünü söyləyib. Millət vəkili qeyd edib ki, bir qrup ermənipərəst, anti-Türk və anti-Azərbaycan əhval-ruhiyyəli senatorlar tərəfindən Fransa Senatına belə bir təklifin edilməsi bu ölkənin indiki hakimiyyətinin adekvat olmadığını və Fransa Prezidentinin siyasətdə naşı olduğunu göstərir: “Bu sənəd Fransadakı erməni lobbisi və ermənipərəst qüvvələrin Senata təzyiq və təsirinin nəticəsidir. ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətindən biri olaraq Fransanın Senatı tərəfindən belə qərəzli mövqenin ortaya qoyulması qəbuledilməzdir. Fransa nəinki 30 il ərzində həmsədr kimi heç bir işə yaramayıb, eyni zamanda, sentyabrın 27-dən fəal döyüş əməliyyatları başlayandan bəri mandatına zidd olaraq münaqişə tərəflərindən birini aşkar şəkildə dəstəkləyib. Belə olan halda, neytral vasitəçi və həmsədr kimi həm hüquqi, həm də mənəvi olaraq vasitəçilik haqqını bitirən Fransanın Prezidentinin və xarici işlər nazirinin Qarabağ probleminin nizamlanmasında hələ də özünü görməsi, bununla bağlı hansısa bəyanatlar səsləndirməsi artıq diplomatik dillə ifadə edilməsi mümkün olmayan siyasi tərbiyəsizlikdir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

