Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatı davam edir
07.11.2020 [08:39]
Ermənistanın münaqişəni beynəlmiləlləşdirmək, digər ölkələri prosesə cəlb etmək, onların dəstəyini qazanmaq cəhdləri iflasa uğradı
Sentyabrın 27-də Azərbaycan Ordusunun Ermənistanın təxribatlarının qarşısını alması və əks-hücum əməliyyatlarına başlaması ilə işğal altında olan torpaqlarımız azad edilir. Dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycanın Silahlı Qüvvələri qısa zaman kəsiyində işğal altında olan böyük bir ərazinin azad edilməsinə nail olub. Bu gün döyüş meydanında baş verənlər Ermənistanın mütləq məğlubiyyətini şərtləndirir. Yeri gəlmişkən, noyabrın 4-də İspaniyanın “EFE” informasiya agentliyinə müsahibəsində Prezident İlham Əliyev cəbhədəki vəziyyətin Azərbaycan Ordusunun üstünlüyünü göstərdiyini bildirib. Ölkə başçısı qeyd edib ki, biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik: “Döyüş meydanındakı bu müddət ərzində Azərbaycan, demək olar ki, 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib. Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatı davam edir. Bu, bir daha onu göstərir ki, biz güclü ölkəyik və öz torpağımızda döyüşürük. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini, Azərbaycanın ərazi bütövlüyünü bərpa edirik”.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, bu gün cəbhədə uğurlu əks-hücum əməliyyatları davam etməkdədir və hazırkı vəziyyət Azərbaycan Ordusunun üstünlüyünü göstərir. Millət vəkili vurğulayıb ki, Azərbaycan beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünün tam bərpası uğrunda mübarizə aparır və bu mübarizənin qalibiyyətlə bitəcəyinə şübhə yoxdur. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman qeyd edib ki, münaqişənin danışıqlar vasitəsilə həllini dəstəkləyirik. Sadəcə bu gün qarşı tərəfin davranışı onu göstərir ki, Ermənistan nəinki sülh danışıqları aparmağa, hətta adi müharibə qanunlarına belə riayət etmək fikrində deyil: “Sentyabrın 27-dən bu günə qədər əldə edilmiş 3 humanitar atəşkəsin hər birini Ermənistan pozub. Bütün razılaşmaların ardından Azərbaycanın cəbhə xəttindən kənarda yerləşən ərazilərinə raket hücumları olunub, dinc əhali qətlə yetirilib. Bu, bir daha işğalçı Ermənistanın faşist mahiyyətinin göstəricisidir. Cənab Prezidentimiz İspaniyanın “EFE” informasiya agentliyinə müsahibəsində bildirib ki, bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünü öz doğma torpaqlarına, onların əsrlərboyu yaşadıqları ərazilərə geri qaytarmaq və bundan sonra həmin ərazidə Azərbaycan əhalisi və erməni icması arasında sülh şəraitində birgəyaşayışı təmin etməkdir. Hazırda Ermənistanın sülhlə, kompromislə bağlı konkret fikir bildirməməsi isə onların mövqeyini ortaya qoyur”.
“Ötən dövr ərzində 3 dəfə humanitar atəşkəsin əldə olunmasına baxmayaraq, Azərbaycanın şəhər və rayonlarına edilən terror hücumları bir daha göstərir ki, Paşinyan sadəcə, vaxt qazanmaq, hərbi yardım almaq üçün atəşkəs istəyir. Bu isə onların qeyri-səmimi olduqlarını, öz işğalçı niyyətlərindən əl çəkmədiklərini bir daha ortaya çıxarır”, - deyə millət vəkili əlavə edib.
Milli Məclisin deputatı Jalə Əhmədova da bildirib ki, bu gün Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin və ətraf 7 rayonun azad edilməsinin aktiv mərhələsindəyik. Onun sözlərinə görə, düşməndən fərqli olaraq Azərbaycanın mövqeyi sağlam düşüncəyə, humanitar zəminə əsaslanır və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Ermənistanın destruktiv mövqeyinin bariz sübutu 3 dəfə elan edilmiş humanitar atəşkəsdən resursları səfərbər etmək və yeni hücuma keçmək üçün istifadə etmək istəməsidir: “Düşünürəm ki, mövcud vəziyyətdə sülh prosesi artıq qismən yerinə yetirilmiş əsas baza prinsiplərinin qalan hissəsinin icrasına əsaslanmalıdır. Cənab Prezident İspaniyanın “EFE” agentliyinə müsahibəsində bu məsələlərə toxundu. Dövlətimizin başçısı Azərbaycanı muzdlulardan istifadə etməkdə ittiham edənlərə də tutarlı cavab verdi. Bizi sübutsuz şəkildə ittiham etməyə çalışanlar nə üçün faktlara əsasən Ermənistan tərəfindən muzdluların döyüşdüyünü görmürlər? Ermənistan tərəfi münaqişəni beynəlmiləlləşdirmək istəyindən əl çəkməlidir, bunun üçün heç bir əsas yoxdur. Azərbaycan vətəndaşlarının, düşmən tərəfindən amansızcasına hədəfə alınan dinc əhalinin təhlükəsizliyini təmin etmək və əməliyyatın daha səmərəli olması üçün ermənilərin mühüm hərbi obyektləri vurulmalı idi”.
Millət vəkili onu da vurğulayıb ki, Ermənistan hakimiyyəti 30 ildir, yürütdüyü işğalçılıq siyasəti və faşist ideologiyası ucbatından beynəlxalq siyasi müstəvidə tamamilə təcrid olunub. Onun sözlərinə görə, işğalçılıq siyasətini davam etdirən Ermənistan bu gün döyüş meydanında ən ağır cəzasını alır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

