/ / Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma aparması yolverilməzdir
Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma aparması yolverilməzdir
16.09.2020 [09:15]
Ekspertlərin qeyd etdikləri kimi, müharibə cinayəti hesab olunan təxribatçı hərəkətlərini davam etdirən işğalçı dövlət bir daha təcavüzkar mahiyyətini nümayiş etdirir
Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşdırma siyasətini davam etdirməkdədir. Belə ki, Livandan gətirilən erməni ailələrinişğal altındakı Dağlıq Qarabağda yerləşdirilməsi faktları artıq təsdiqlənir. Artıq onların Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik Şuşa şəhərində yerləşdirilməsi barədə məlumatlar yayılıb. Qeyd etmək lazımdır ki, 1949-cu il Cenevrə Konvensiyası və ona əlavə Protokollara zidd olan bu köçürməni həyata keçirməkdə Ermənistanın əsas məqsədi Azərbaycanın işğal olunmuş ətraf rayonlarının etnik strukturunu, demoqrafik vəziyyətini öz lehinə dəyişməkdir. Bununla yanaşı, Ermənistanın Suriya və Livandan işğal olunmuş Azərbaycan torpaqlarına köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə etməsi əsas məqsədlərdəndir. Ümumiyyətlə, beynəlxalq hüquqa əsasən, işğalçı dövlət tərəfindən zəbt olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilməlidir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, Livandakı partlayışdan sonra həmin ölkədə yaşayan erməniləri saxta təbliğat və yalan vədlərlə Azərbaycanın işğal olunmuş torpaqlarına köçməyə həvəsləndirmək erməni riyakarlığının növbəti təzahürüdür. Onun sözlərinə görə, bir dövlətin işğal olunmuş ərazilərində başqa bir dövlət tərəfindən qanunsuz məskunlaşdırma siyasətinin həyata keçirilməsi beynəlxalq hüquqa ziddir. “Ermənistan qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməklə işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik vəziyyəti, etnik quruluşu zorla və süni şəkildə dəyişməyə çalışır. Bu da o deməkdir ki, Ermənistanın qanunsuz məskunlaşdırma fəaliyyəti beynəlxalq hüququn kobud şəkildə pozulması ilə yanaşı, həm də hərbi cinayətdir. Beynəlxalq təşkilatlar Ermənistanın qanunsuz məskunlaşma siyasətinin qarşısını qətiyyətlə almalı, təcavüzkar dövlətə sanksiyalar tətbiq etməlidirlər” , -deyən millət vəkili əlavə edib ki, Ermənistan rəhbərliyinin məqsədi danışıqlar prosesini tamamilə məhv etmək və Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına nail olmaqdır. Belə bir niyyət isə Cənubi Qafqazda hərbi eskalasiyanı dərinləşdirə bilər. Bu zaman bütün məsuliyyət Ermənistan tərəfinin üzərində olacaq.
Milli Məclisin deputatı Aqil Məmmədov isə Ermənistanın Azərbaycanın işğal olunmuş əraziləritndə qeyri-qanuni məskunlaşdırma siyasətinin aparmasının yolverilməz olduğunu deyib. Onun sözlərinə görə, Suriya və Livandan köçürülən ermənilərin işğal olunmuş torpaqlarımızda məskunlaşdırılması danışıqlar prosesini pozmaqla yanaşı, beynəlxalq hüquqa da ziddir: “İlk növbədə beynəlxalq konvensiyalar pozulur. Digər tərəfdən Suriyadan, Livandan gətirilənlər terror təşkilatlarının təlim keçdiyi muzdlu döyüşçülər, daha dəqiq desək, terrorçular ola bilər. Biz bilirik ki, həm Suriya, həm də Livan hər zaman erməni terrorçu təşkilatlarının təlim və sığınacaq yeri olub. Əminliklə deyə bilərəm ki, Livandan Qarabağa gətirilən ermənilər Azərbaycana, Türkiyəyə qarşı “nifrət məktəbi” keçib. Ona görə də Ermənistanın bu addımı atmaqda məqsədi həm münaqişənin nizamlanması üçün aparılan danışıqları pozmaq, həm də xaricdən gətirilən ermənilərdən muzdlu döyüşçü kimi Azərbaycana qarşı istifadə etməkdir. Belə demək mümkündürsə, ermənilər işğal altındakı Azərbaycan torpaqlarında ASALA üçün yeni təlim məkanı yaratmaq niyyətindədir”.
Millət vəkili onu da əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, o cümlədən beynəlxalq ictimaiyyət bu köçürülmələrə qarşı çıxmalı, kəskin mövqe ifadə etməlidirlər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55

