/ / Azərbaycan səfirindən İtaliya erməni icmasına cavab: Diqqətinizi Ermənistandakı acınacaqlı proseslərə yönəldin!
Azərbaycan səfirindən İtaliya erməni icmasına cavab: Diqqətinizi Ermənistandakı acınacaqlı proseslərə yönəldin!
02.09.2020 [08:53]
İtaliyanın “Politicamente Corretto”, “L’Opinione”, “Notizie Geopolitiche”, “Sicurezza Internazionale”, “Sardegnagol”, “Kmetro0”, “Giornale Diplomatico” kimi mətbuat orqanlarında dərc olunmuş Azərbaycanın səfiri Məmməd Əhmədzadənin “Münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyünün bərpasından keçir” sərlövhəli məqaləsi bu ölkədəki erməni icmasını “hiddətləndirib”. İtaliyada yaşayan ermənilər “Roma Erməni İcması Şurası” adlı qurumun adından səfir M.Əhmədzadənin məqaləsi dərc olunmuş mətbuat orqanlarına etiraz məktubları ünvanlayaraq yerli ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən yayındırmağa hesablanmış sayıqlamalarla çıxış ediblər. Bu xüsusda, erməni tərəfinin məktubunu yaymış mətbuat orqanlarının (“Notizie Geopolitiche”, “Giornale Diplomatico”, “Politicamente Corretto”, “Sardegnagol”) redaksiyalarına Azərbaycanın İtaliyadakı səfirinin göndərdiyi cavab məktubu həmin KİV-lərin hər biri tərəfindən dərc olunub.
Ölkəmizin İtaliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məktubunda səfir M.Əhmədzadə, ilk növbədə, həmin mətbuat orqanlarına regionumuzdakı proseslərə göstərdiyi diqqətə, habelə onun məqaləsini dərc etməklə italyan oxuculara bölgədəki vəziyyət haqqında mənzərə barədə fikrin formalaşmasına yaradılan şəraitə görə təşəkkürünü bildirib, yalnız bu yolla həqiqətin üzə çıxa biləcəyini söyləyib. Erməni tərəfinin “Roma Erməni İcması Şurası” adlı qurum vasitəsilə onun məqaləsinə “cavab” vermək cəhdlərinə münasibət bildirən diplomat deyib ki, bu qurumun Ermənistanın təcavüzkar mahiyyətini inkar etmək üçün heç bir arqument ortaya qoya bilməməsi və diqqəti Azərbaycana qarşı ucuz qarayaxma kampaniyasına yönəltməsi bir tərəfdən işğalçı ölkənin təcavüzkar siyasətini ört-basdır etmək üçün uğursuz cəhddirsə, digər tərəfdən də rəsmi Yerevanın təcavüzkar, ölkəmizin isə təcavüzə məruz qalan tərəf olmasının etirafıdır.
Diplomat həmin quruma Azərbaycana qarşı ucuz qarayaxma kampaniyası aparmaqdansa, diqqəti müstəqillik illərində Ermənistandakı acınacaqlı daxili siyasi proseslərə yönəltməyi məsləhət görüb.
“Ermənistanın birinci prezidentinin rəhbərlik etdiyi dövrdə işğalçı ölkənin Azərbaycana hərbi təcavüzü, minlərlə insanın ölümü, müharibə cinayətləri, bəşəriyyət əleyhinə cinayətlər, bütün bölgəni çağdaş tarixin ən ağır siyasi, demoqrafik böhranlarından biri ilə üz-üzə qoyması ilə yadda qalıb. Sonradan bu vəziyyətin ölkəni dərin böhrana gətirib çıxardığını başa düşən və çıxış yolunu Azərbaycanla sülhün əldə edilməsində görən Ermənistanın birinci prezidenti hərbi-cinayətkar xunta tərəfindən devrilib. Azərbaycana qarşı hərbi təcavüz vaxtı əli mülki azərbaycanlıların qanına batmış Ermənistanın ikinci və üçüncü prezidentlərinin rəhbərlik etdikləri həmin hərbi-cinayətkar xunta isə 20 illik hakimiyyəti dövründə ölkəni bir dövlət kimi məhv olmaq təhlükəsinə sürükləyib. Belə bir acınacaqlı vəziyyətdə xalqın narazılığı və etirazlarından istifadə edərək hakimiyyəti ələ keçirən hazırkı baş nazir isə ölkədə inqilabi diktatura yaradıb. Artıq heç kəsə sirr deyil ki, erməni xalqının demokratiya gözləntiləri tamamilə puç olub. Qısa müddət ərzində bütün siyasi opponentlərinə, məhkəmə instansiyalarına, mətbuata və qeyri-hökumət təşkilatlarına müharibə elan edən hazırkı baş nazirin adı müxtəlif maliyyə və iqtisadi maxinasiyalar, həmçinin cinayətlər ilə yadda qalıb. İyulun 12-də Ermənistanın Azərbaycana qarşı növbəti hərbi avantürası da İrəvan rejiminin elə bu acınacaqlı daxili siyasi vəziyyətdən diqqəti yayındırmaq məqsədi daşıyırdı”, - deyə M.Əhmədzadə bildirib.
Azərbaycan diplomatı qeyd edib ki, əslində xaricdə yaşayan diasporun məqsədi öz vətəninin inkişafı və çiçəklənməsi olmalıdır, lakin erməni tərəfində bu, tamamilə əksinədir. Səfir, həmçinin qeyd edib: “Bizim yerləşdiyimiz regiondakı prosesləri düzgün qiymətləndirə bilməyən xaricdəki erməni təşkilatları öz zərərli hərəkətləri ilə Ermənistanı şəxsi ambisiyalarının girovuna çeviriblər. Əgər həqiqətən də erməni diasporu erməni xalqının gələcəyini düşünürsə və Ermənistanı sabit, inkişaf etmiş ölkə kimi görmək istəyirsə, birinci növbədə, onu öz qonşuları ilə normal münasibətlər qurmağa çağırmalıdır. Çünki heç bir daxili resurslara malik olmayan Ermənistanın gələcəyi bütün qonşuları, ilk növbədə, Azərbaycanla normal münasibətlərdən keçir. Bunun üçün isə Ermənistan ilk olaraq öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır”.
Diplomat məktubunu bu fikirlərlə tamamlayıb: “Erməni icması başa düşməlidir ki, hərdənbir Ermənistana ianələr göndərmək heç də onu sevmək demək deyil. Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla nə bu ianələri, nə də Ermənistanın səhvlərini ört-basdır etmək onun problemlərini həll etməyəcək. Ermənistanın bu gün yoxsul ölkə olaraq qalması və ağır siyasi, iqtisadi, sosial böhran içərisində boğulması birbaşa olaraq Azərbaycana qarşı hərbi təcavüzündən irəli gəlir. Kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Ermənistanda bu siyasət dəyişmədikcə ölkənin vəziyyəti daha da ağırlaşacaqdır”.
Erməni tərəfinin məktubunu dərc etmiş “Giornale Diplomatico” qəzetinin redaksiyasının “Ermənistan və Azərbaycanın silahlı qarşıdurma və mətbuat səhifələrindən bir-birinə qarşı iddialar səsləndirmək əvəzinə, danışıqlar masasına oturub problemin sülh yolu həllini tapmağa çağırışına” münasibət bildirən M.Əhmədzadə deyib: “Azərbaycan 30 ilə yaxındır ərazilərinin 20 faizinin işğal olunmasına baxmayaraq, münaqişənin sülh yolu ilə həllinə sadiq qalır. Bizim danışıqlarda məqsədimiz münaqişənin həllinə nail olmaq üçün nəticəyə hesablanmış substantiv danışıqlar aparmaqdır. Lakin Ermənistanın məqsədi danışıqlar prosesini uzatmaq və status-kvonu saxlamaqdır. Redaksiyanın münaqişənin tezliklə həllinə çağırışını alqışlayırıq, lakin bu çağırış Azərbaycana yox, əraziləri işğal altında saxlayan tərəfə edilməlidir”.
Azərbaycan diplomatının “Giornale Diplomatico”da dərc edilmiş bu şərhi “Askanews”, “Yahoo Notizie”, “Yahoo Finanza” kimi KİV-lərin də marağına səbəb olub və onlar tərəfindən də yayılıb.
Xəbər lenti
Hamısına baxMədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35

