Yuri Zbitnev: Azərbaycan Cənubi Qafqazda sabitliyin qarantı ola bilər
27.02.2010 [21:51]
Y.Zbitnev bu gün Azərbaycanda gündəmdə olan və ölkə rəhbərliyinin uğurla həll etdiyi geosiyasi və geostrateji məsələlərə xüsusi diqqət yetirib. O, deyib: “Beynəlxalq siyasətdə iki yanaşma - praqmatik və romantik yanaşma həmişə əlaqəlidir. Sonuncu yanaşmada həmişə romantik piramidalar qurulur, birinci yanaşmada isə dövlətlərin milli mənafeləri nəzərə alınmaqla yeni paradiqmalar, beynəlxalq münasibətlərin yeni arxitektonikası yaradılır. Azərbaycanın siyasətini məhz bu cür düşünülmüş praqmatik yanaşmaya aid etmək olar. Ukrayna kimi, Azərbaycan da bir çox geosiyasi qüvvə mərkəzlərinin kəsişdiyi məkanda yerləşir. Buna görə də ölkə rəhbərliyi təkcə öz dövlətinin güclənməsinə deyil, həm də regionda sabitliyin qorunub saxlanmasına yönəlmiş dəqiq və çevik siyasət yeridir. Dünyada vəziyyətin sürətlə dəyişməsi, ərazi, resurslar və iqlimlə bağlı problemlər Cənubi Qafqazda təhlükəsizliyin yeni arxitekturasının yaradılması məsələsini zəruri edir. BMT-nin nüfuzunun azalması (təəssüf ki, onun qəbul etdiyi qətnamələrin heç də hamısı üzv ölkələr tərəfindən icra edilmir), dövlətlərarası qurumların yetərincə səmərəli olmaması böhrandan sonrakı dövrdə dövlətlərin qarşısında prinsipcə məsul vəzifələr qoyan yeni reallıqlara dəlalət edir.
Bu şəraitdə güclü bir dövlət kimi məhz Azərbaycan, təkcə Dağlıq Qarabağ probleminin tənzimlənməsi istiqamətində deyil, həm də enerji daşıyıcıları ilə təchizat, nəqliyyat dəhlizlərinin yaradılması, Xəzər dənizinin statusu və bir sıra başqa məsələlərlə əlaqədar düzgün və düşünülmüş addımlar atır. Rusiya, Türkiyə, İran, Avropa İttifaqı başa düşür ki, Cənubi Qafqazla bağlı məsələlərdə çox şey, bəlkə də hər şey məhz Azərbaycandan asılıdır. Mənim fikrimcə, tezliklə biz Azərbaycanın yeni geosiyasi təşəbbüslərinin şahidi ola bilərik - Azərbaycan çox güman ki, Ukrayna ilə birlikdə Şanxay Əməkdaşlıq Təşkilatı ilə “dialoq üzrə tərəfdaşlar” kimi çıxış edə bilər. Yaxud başqa bir misal: dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı problemlərinin təkmilləşdirilməsinə və tamamlanmasına həsr edilmiş, şərti adı “Helsinki-2” olan beynəlxalq konfrans keçirmək olar. Axı “dondurulmuş münaqişələr” problemi təkcə Qafqazın problemi deyil, həm də Ukraynanın, Avropanın, bütövlükdə dünyanın problemidir.
Əminəm ki, Azərbaycan Cənubi Qafqazda sülhün və sabitliyin qarantı ola bilər və olmalıdır. Ona görə ki, biz tarixi yaxşı bilirik və sülhün qədrini bilməliyik”.
Ukraynalı siyasətçi onun ölkəsindəki vəziyyət barədə sualı şərh edərək deyib: “Ukraynanın yeni Prezidenti Viktor Yanukoviçin qarşısında, ilk növbədə iqtisadi inkişaf və səmərəli şaquli idarəetmənin tənzimlənməsi sahəsində çox mürəkkəb vəzifələr durur. Əsla şübhə yoxdur ki, Azərbaycan ilə münasibətlərdə həm indiyə qədər qəbul edilmiş sazişlərin yerinə yetirilməsində varislik prinsipi qorunub saxlanacaq, həm də beynəlxalq əməkdaşlığın yeni məqamları yaranacaq”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41

