/ / Azərbaycanda əhalinin rifahının daha da yüksəldilməsinə xidmət edən sosial siyasət ardıcıl xarakter daşıyır
Azərbaycanda əhalinin rifahının daha da yüksəldilməsinə xidmət edən sosial siyasət ardıcıl xarakter daşıyır
15.04.2020 [10:29]
Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncam xüsusi karantin rejimi dövründə vətəndaşlara sosial xidmətlərin səmərəli təşkilinə xidmət edən şəxslərə, ümumiyyətlə, sosial xidmət işçilərinin əməyinə verilən yüksək dəyərin və onlara dövlət qayğısının ifadəsidir
Sosial dövlət olan Azərbaycanda koronavirus pandemiyası səbəbindən yaranan indiki şəraitdə insanların gəlir imkanlarının təmin edilməsi, iş yerlərinin qorunması və bu qəbildən olan digər mühüm məsələlər aidiyyatı dövlət və özəl qurumların qarşısına xüsusi vəzifə kimi qoyulub. Respublikamızda əhalinin müəyyən qruplarına, o cümlədən də ahıl və tənha yaşayan yaşlı insanlara isə daha həssas yanaşma sərgilənir və onlara dövlət qayğısının miqyası getdikcə genişləndirilir. Prezident İlham Əliyev ölkəmizdə yeni növ koronavirus (COVİD - 19) infeksiyasına ilk yoluxma faktı qeydə alınandan etibarən pandemiyanın mənfi təsirlərinə məruz qalan insanların sosial müdafiəsinin təmin edilməsini hədəfləyən çoxsaylı sənədlər imzalayıb. Bəhs olunan sənədlərə əsasən respublikamızda pandemiyanın sosial sferaya mənfi təsirlərinin qarşısının qabaqcadan alınması məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub və bu istiqamətdə müvafiq addımlar atılır.
Bu məqamda vurğulamaq yerinə düşər ki, ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 aprel 2020-ci il tarixində “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” müvafiq Sərəncam imzalayıb. Bəhs olunan Sərəncam xüsusi karantin rejimi dövründə vətəndaşlara sosial xidmətlərin səmərəli təşkilinə xidmət edən şəxslərə, ümumiyyətlə, sosial xidmət işçilərinin əməyinə verilən yüksək dəyərin və onlara dövlət qayğısının ifadəsidir.
Məlum olduğu kimi, pandemiya səbəbindən respublikamızda tətbiq edilən karantin rejimi ilə əlaqədar ciddi sosial təcridetmə tədbirləri görülür. Bu tədbirlərin görülməsində əsas məqsəd pandemiyanın ölkə ərazisində daha geniş miqyasda yayılmasının qarşısını almaq və insanların həyatını xilas etməkdən ibarətdir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə reallaşdırılan operativ tədbirlər ölkə vətəndaşları tərəfindən rəğbətlə qarşılanır. O cümlədən karantin rejiminin davam etdiyi dövrdə ahıl və tənha yaşayan yaşlı insanlara qayğının ifadəsi olaraq onlara yaşadıqları ünvanlarda sosial xidmətlər təşkil edilib. Bəhs olunan Sərəncamda koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının bir misli miqdarında müddətli əlavə müəyyən edilməsi nəzərdə tutulur. Sərəncam DSMF-nin rayon (şəhər) şöbələrindəki 1400 və Fondun tabeliyindəki sosial xidmət müəssisələrində çalışan 600 nəfəri, ümumilikdə isə, 2 min sosial xidmət işçisini əhatə edir.
Qeyd edək ki, xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı şəxslərin pandemiyadan qorunması məqsədilə sosial xidmət işçiləri səfərbər edilib, gücləndirilmiş iş rejimi şəraitində həmin kateqoriyadan olan inasnlar evlərində gündəlik sosial xidmətlərlə təmin olunurlar. Hazırda 15 mindən çox tənha yaşlıya evlərində sosial xidmətlər (ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s.) göstərilir. DSMF-nin 9 sosial xidmət müəssisəsində isə 1000-dən çox şəxs stasionar şəraitdə reabilitasiyayönümlü sosial xidmətlərlə təmin olunurlar.
Əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə respublikamızda qlobal pandemiyanın yayılmasının qarşısının alınması ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə zəruri preventiv və profilaktik işlər aparılır, karantin rejiminin elan olunması ilə əlaqədar həssas əhali qruplarının qayğıları xüsusilə diqqətdə saxlanılaraq onların sosial ehtiyaclarının ödənilməsi istiqamətində lazımi tədbirlər görülür. Eyni zamanda, ölkə ictimaiyyəti, ayrı-ayrı dövlət və özəl təşkilatlar koronavirus infeksiyası ilə mübarizə tədbirlərində sosial həmrəylik nümayiş etdirir, dövlət başçısının və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın azərbaycanlıların hər zaman, xüsusilə çətin anlarda bir-birilərinə, böyüklərimizə mərhəmətlə, qayğı və həssaslıqla yanaşılması ilə bağlı çağırışlarına qoşularaq aztəminatlı ailələrə, ahıl və tənha vətəndaşlara baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasında köməkliklərini əsirgəmirlər.
Nəticə etibarilə, Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasət əhalinin bütün təbəqələrini əhatə edir, insanların rifahının daha da yüksəldilməsinə xidmət edən məqsədyönlü tədbirlər ardıcıl xarakter daşıyır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

