Majoritar seçki sistemi özünü kifayət qədər doğruldub
04.02.2010 [10:19]
“Parlament seçkiləri ilində bəzi siyasi partiyalar tərəfindən proporsional seçki sisteminin bərası ilə bağlı təkliflərin səsləndirilməsi təbiidir. çünki dünyada hər iki sistem mövcuddur. Eyni zamanda, çoxpartiyalı sistemin mövcudluğunu da nəzərə alsaq belə müzakirələr normaldır”. Bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova bəzi müxalifət partiyalarının proporsional seçki sisteminin bərpası ilə bağlı təkliflərinə münasibət bildirərkən deyib.
B.Muradovanın sözlərinə görə, seçki ərəfəsində belə müzakirələr başadüşüləndir və bu müzakirələr həmişə ola bilər. Amma vitse-spiker hesab edir ki, referendumda bu məsələyə baxıldığı üçün Azərbaycanda proporsional sistemin bərpası real deyil.
Onun fikrincə, majoritar sistem özünü kifayət qədər doğruldub: “Bu seçki sistemi həm siyasi partiyalar, həm də konkret şəxslər üçün daha faydalıdır. Bütün tərəflərin öz gücünü ortaya qoyması üçün tam şərait yaradılır. Siyasi partiyalar belə müzakirələr açmaqdansa, seçki hazırlığı ilə məşğul olsunlar. Majoritar sistemlə partiyalar sosial bazalarına uyğun olaraq uğurlarını təmin edə bilərlər”.
Seçki komissiyaları haqqında təkliflərə gəlincə, B.Muradova bildirib ki, bu komissiyaların indiki formatı ölkədəki siyasi qüvvələr balansını özündə ehtiva edir. Eyni zamanda, seçicilərin mütləq əksəriyyəti seçki komissiyalarının indiki formatına etimad göstərdiyini dəfələrlə sübut edib. B.Muradovanın sözlərinə görə, seçkilərdə iştirak edən siyasi partiyaların da əksəriyyəti bu formatın balanslı olduğunu bildiriblər.
“Bəzi partiyalar seçkilərdə iştirakdan ona görə məhrum deyillər ki, seçki komissiyaları bu səviyyədədir. Onlar öz imkanlarını bildikləri üçün seçkilərə qatılmırlar və komissiyalara öz namizədlərini göndərməkdən imtina edirlər” deyən vitse-spikerin sözlərinə görə, bu partiyalar özlərinə sərf edən format istəyirlər. Amma buna getmək olmaz. “Komissiyalar seçkilərin nəticəsindən asılı olaraq qüvvlərin balansı əsasında formalaşır. Biz beynəlxalq təşkilatların rəyi əsasında buna getmişik. ölkəmizdə ən münasib seçki formatı mövcuddur. Ona görə də, belə müzakirələr mənasızdır” deyə Bahar Muradova vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

