/ / Beynəlxalq Seçki Müşahidə Missiyası: MSK şəffaf surətdə işləmək üçün səylər göstərib və beynəlxalq müşahidəçilərə münasibətdə xoşməramlı olub
Beynəlxalq Seçki Müşahidə Missiyası: MSK şəffaf surətdə işləmək üçün səylər göstərib və beynəlxalq müşahidəçilərə münasibətdə xoşməramlı olub
14.02.2020 [09:21]
Missiyanın ilkin hesabatında əksini tapmış müsbət məqamlar ölkəmizdə parlament seçkilərinin ədalətli və şəffaf keçirildiyini təsdiq edir
Fevralın 9-da Azərbaycanda keçirilmiş parlament seçkiləri yerli qanunvericiliyə və beynəlxalq standartlara tamamilə uyğun olub. Ölkəmizə gəlmiş beynəlxalq müşahidəçilər də seçki prosesinin tam demokratik keçdiyini vurğulayıblar. Həm ayrı-ayrı müşahidəçilər, həm də seçki prosesini işıqlandıran beynəlxalq media nümayəndələri Azərbaycanda seçkilərin şəffaf və ədalətli keçməsi üçün hər cür şəraitin yaradıldığını, yüksək seçici fəallığının seçkilərə böyük marağın olmasından xəbər verdiyini diqqətə çatdırıblar. Seçki məntəqələrində yaradılan şəraitin, xüsusilə veb-kameralar vasitəsilə müşahidə imkanının yaradılmasının isə mütərəqqi təcrübədən xəbər verdiyi bildirilib. Bütün bunlar isə seçkilərin demokratikliyi və şəffaflığı ilə yadda qaldığını, xalqın iradəsini əks etdirdiyini göstərir.
Bunlarla yanaşı, MDB müşahidəçilər missiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin müşahidə missiyası, Şanxay Əməkdaşlıq Təşkilatının müşahidə missiyası, TÜRKPA-nın müşahidə missiyası, Türk Şurasının müşahidə missiyası, GUAM Parlament Assambleyasının müşahidə missiyası, digər bir sıra müşahidə missiyalarının Milli Məclisə seçkilərlə əlaqədar açıqladıqları rəylərdə seçicilərin heç bir təzyiqə məruz qalmadan öz seçimlərini etdikləri, seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyi əksini tapıb. Eyni zamanda, Avropa İttifaqı Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı bəyanat yayıb. Sənəddə Avropa İttifaqı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ilkin qiymətləndirməsini bölüşdüyünü bəyan edir. Bildirilir ki, Avropa İttifaqı bütün vətəndaşların mənafeyi naminə dialoqun davam etdirilməsini və Azərbaycan təsisatları ilə, o cümlədən yeni seçilmiş parlamentlə sıx işləməyi səbirsizliklə gözləyir. Digər tərəfdən, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyası (BSMM) Milli Məclisə seçkilərlə bağlı ilkin qənaətlərini açıqlayıblar.
Bu kontekstdə bir sıra məqamları xüsusilə diqqətə çatdırmaq məqsədəmüvafiq olar. Birincisi, missiya üzvləri çoxlu sayda müşahidəçilərin prosesi izləməyə dəvət olunmasının müsbət hal olmasını, bunun şəffaflığın təmin edilməsi istiqamətində atılmış mühüm addım olduğunu diqqətə çatdırıblar. İkincisi, Beynəlxalq Seçki Müşahidə Missiyasının hesabatında seçkilərdə çoxlu sayda namizədliyin qeydə alınması, namizədlərin qeydiyyatı prosesinin inklüziv olması müsbət faktlar kimi əksini tapıb. Bu sıraya 19 siyasi partiyanın seçkilərdə iştirak etməsi, öz namizədlərini irəli sürməsi faktları da daxil edilib. Hesabatda əksini tapan məsələlər sırasında seçki administrasiyasının resurslarla yaxşı təmin olunması, qısa vaxta baxmayaraq, qanunla müəyyən edilmiş bütün müddətlərə riayət etməsi, MSK-nın şəffaf surətdə işləmək üçün səylər göstərməsi, beynəlxalq müşahidəçilərə münasibətdə xoşməramlı olması yer alıb. Bununla yanaşı, iclasların müşahidəçilərə və mediaya açıq olması, qərarların bir qayda olaraq həmrəyliklə qəbul edilməsi və vaxtında sayta yerləşdirilməsi şəffaflığı artıran amillər olaraq qeyd edilib. Digər tərəfdən, şəffaflıq məqsədilə seçki məntəqələrində mindən çox kamera yerləşdirildiyinin vurğulandığı sənəddə həmçinin bildirilib ki, çoxsaylı məcburi köçkünlərin ortaya çıxmasına səbəb olmuş Ermənistanla münaqişə ilə əlaqədar Azərbaycanın nəzarətindən tam və qismən kənar olan 10 seçki dairəsində seçkilər keçirilə bilmədi: “Məcburi köçkünlərin seçki hüquqlarının təmin edilməsi sahəsində mühüm işlər görülmüşdür”.
Ümumiyyətlə, Beynəlxalq Seçki Müşahidə Missiyasının hesabatına nəzər saldıqda DTİHB-nin budəfəki dəyərləndirməsində prosedur-təşkilati, metodoloji yanaşmanın üstünlük təşkil etməsi aydın görünür. İddia edilən çatışmazlıqlar prosedur və təşkilati nöqteyi-nəzərdən qiymətləndirilir və seçkinin nəticələrinə təsir edə biləcək formada təqdim olunmur. Yəni yerli və məhəlli xarakter daşıyır. Bir məqamı xüsusi olaraq vurğulamaq gərəkdir ki, DTİHB-nin seçkilərlə bağlı tənqidləri yalnız Azərbaycana münasibətdə özünü göstərmir, Qərbi Avropa ölkələrində bəzən daha kəskin problemlər müəyyən olunur.
Bütövlükdə, Beynəlxalq Seçki Müşahidə Missiyasının seçkilərlə bağlı mətbuat konfransı tamamilə aqressiyadan uzaq bir şəraitdə keçdi. “Sapı özümüzdən olan balta”lar isə canfəşanlıq edərək Azərbaycan nümayəndə heyətinə AŞPA-da səlahiyyət verilməməsi məsələsini qaldırsalar da, uğursuzluğa düçar olaraq məyusluq yaşadılar. Belə ki, verilən suala cavab olaraq qatı anti-azərbaycançı Frank Şvabe məsələyə skeptik yanaşdığını, xüsusilə də AŞPA-da Rusiya nümayəndə heyəti ilə yaşananlardan sonra onun daha da mürəkkəb olduğunu qeyd etdi. Milli Məclisin yeni tərkibinin legitimliyi ilə bağlı ikinci suala verilən cavab da antimilli ünsürlərdə xəyal qırıqlığı yaratdı. ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Artur Gerasimov legitimlik məsələsini yalnız Azərbaycan xalqının müəyyən etdiyini dedi. DTİHB-nin müşahidə missiyasının rəhbəri Piter Teyler isə qeyd etdi ki, məsələ onların mandatına aid deyil. Beləliklə, antimilli ünsürlərin arzuları gözündə qaldı, “sapı özümüzdən olan balta”ların manipulyasiya cəhdləri nəticəsiz qaldı. Bir daha bəlli oldu ki, Azərbaycan hökumətinin beynəlxalq ictimaiyyətdən gizlədəcəyi, çəkinəcəyi heç bir problemi yoxdur və istənilən beynəlxalq təşkilatla konstruktiv əsasda əməkdaşlığa hazırdır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10
Dünya
05 Avqust 12:06
Elm
05 Avqust 12:05
Gündəm
05 Avqust 11:50
Gündəm
05 Avqust 11:40
Analitik
05 Avqust 11:20
COP29
05 Avqust 10:57
Analitik
05 Avqust 10:40

